Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

stereotip

yun. stereos – bərk, həcmli + yun. typos – iz, ləpir

1. Poliqrafiyada nəşrlərin yüksək çap üsulu ilə çoxaldılması üçün ha­zırlanan qəlib. 

2. Uzunmüddətli sosial-tarixi təcrübə nəticəsində şüurlarda kök salmış, qəlibləşmiş təsəvvürlər, dav­ranış qayda­la­rı.

Bu termin, əsasən, tənqidi konteks­tdə işlədildiyi üçün mənfi tonallığa malikdir.

3. Şablon, orijinallıq­dan məhrum olan dü­şüncə tərzinin, əqli fəaliy­yətin nəticəsi, ya­radıcılıq məhsulu.

Jurnalistika terminləri lüğəti

stilistika

lat. stilus – üslub

1. Dilçilik ­el­minin kommunikasiya prosesində nit­qin funksional üslublarını, dildən istifadə ­üsul­­­larının qanunauyğunluqlarını öyrənən sahəsi. 

2. Ədəbiyyatşünaslıqda və jur­na­listikada bədii dilin üslub xüsusiyyətlərini, əsərlərin obrazlar sistemini, süjetfabulasını araşdıran sahə.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti