fr. sujet – mövzu
Əsərdə təsvir edilən hadisələrin ardıcıl inkişaf xətti.
Müəllifin bu hadisələri oxucuya, dinləyiciyə, yaxud tamaşaçıya hansı formada təqdim etməsindən asılı olmayaraq S. dedikdə onların məhz xronoloji ardıcıllığı nəzərdə tutulur. Bununla da S. fabuladan – müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığından fərqlənir.
Jurnalistika terminləri lüğətiing. soap opera – sabun operası
İnsanların gündəlik qayğı və problemlərindən bəhs edən, süjet ardıcıllığı ilə seçilən televiziya və radio serialları formatı.
Bu seriallar melodram xarakteri daşıyır, emosiyalarla zəngin olur. Termin 1930-cu illərdə ABŞ-da yaranıb. Gündüzlər efirə verilən və auditoriyası, əsasən, evdar qadınlardan ibarət olan ilk radio seriallarının başlıca sponsorları və reklam sifarişçiləri yuyucu maddələr, o cümlədən sabun istehsal edən kommersiya təşkilatları idi. Serialların ümumi adı da buradan götürülüb. Radioda ilk S.O. 1930-cu ildə, televiziyada isə 1946-cı ildə yayımlanıb. S.O. hazırda da televiziyada populyarlığını saxlayır. Onların bəziləri yüzlərlə seriyadan ibarət olur, illərlə davam edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Faktları qəsdən təhrif etmə, uydurma.
2. İctimai rəyi çaşdırmaq üçün qəsdən təhrif olunmuş, uydurulmuş sənədlərə istinad vermə, onlardan sitat gətirmə.
3. Birinin demədiyi fikirləri, etmədiyi hərəkətləri onun adına yazma.
Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında S. «vətəndaşların informasiya almaq hüququnu pozan hərəkət» kimi qiymətləndirilir: «… aşağıdakı hərəkətlər peşə etikası normalarına zidd sayılır: … Jurnalist… saxta oxucu, dinləyici, tamaşaçı məktubları ilə (bu məktubları özü təşkil edirsə) ictimai fikirdə anlaşılmazlıq yaradırsa, yaxud öz yazısını başqa real şəxsin mülahizəsi kimi qələmə verirsə, radio jurnalisti materialında adını çəkdiyi konkret adamın əvəzinə efirə başqa şəxsin səsini verirsə...».
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiRəsmi şəxslərlə onların fəaliyyətini tənqid edən kütləvi informasiya vasitələri və jurnalistlər arasında münasibətləri tənzimləyən qaydalardan ibarət prinsipin qeyri-rəsmi adı.
Bu prinsip ilk dəfə 1964-cü ildə ABŞ Ali Məhkəməsi tərəfindən «New-York Times Sallivana qarşı» işi üzrə çıxarılmış qərarda əksini tapıb və tezliklə bütün Qərbdə diffamasiya haqqında qanunvericiliyin konseptual əsasını təşkil edib. 1960-cı ilin martında New-York Times-da Alabama ştatında Martin Lüter Kinqin mübarizəsinə dəstək kampaniyası çərçivəsində reklam müraciəti dərc olunub. Yerli polis rəisi Sallivan reklamda Kinqin yeddi dəfə həbs olunması (əslində, dörd dəfə), bu kimi bəzi başqa yanlışlıqları əsas gətirərək qəzeti və müraciəti imzalayanları böhtana görə məhkəməyə verib. ABŞ Ali Məhkəməsi işi cavabdehlərin xeyrinə həll edərək qərar çıxarıb: müəllifin xüsusi qərəzə, yayımçının kobud səhlənkarlığa yol verdikləri müəyyən olunmayıbsa, rəsmi şəxslər mətbuatda getmiş «yanlış» və «nüfuzdan salan» məlumatlara görə zərərin ödənilməsini tələb edə bilməzlər. Məhkəmə həmçinin iddiaçının üzərinə yanlış məlumat yaymış tərəfin pis niyyət güddüyünü sübut etmək öhdəliyi qoyub: «Mətbuat rəsmi şəxslərin ictimai davranışına aid faktların təqdimatında yol verdiyi səhvə görə məsuliyyətə cəlb olunmamalıdır, çünki bu hallarda onu ziyanın ödənilməsinə məcbur etmək mətbuatda qorxu və cəsarətsizlik mühiti yarada bilər… Mətbuat vicdanlı səhvə yol vermək üçün sağlam «həyati məkan»a malik olmalıdır». İnsan Haqları üzrə Avropa Məhkəməsinin diffamasiya ilə əlaqədar sonrakı qərarlarında bu prinsip inkişaf etdirilib.
Jurnalistika terminləri lüğətirus. сам – özüm + издательство – nəşriyyat
1. Müxtəlif səbəblərdən rəsmən nəşr edilməsi mümkün olmayan əsərlərin, mətnlərin, qəzetlərin, jurnalların senzuradan keçirilmədən gizli şəkildə çapı və yayılması.
2. Müxtəlif səbəblərdən rəsmən nəşr edilməsi mümkün olmayan, buna görə gizli şəkildə çap olunan və yayılan əsər, mətn, qəzet, jurnal.
S. totalitar və avtoritar ölkələrdə hökumətin nəzarət edə bilmədiyi çap məhsullarıdır. Termin SSRİ-də yaranıb və tərcümə edilmədən dünyanın bir çox xalqlarının dilinə (o cümlədən Azərbaycan dilinə) keçib. Terminin müəllifi sovet şairi Nikolay Qlazkov sayılır. Şeirləri sovet senzurasından keçməyən Qlazkov 1940-cı illərdə onları makinada çap edib kitab şəklinə salır və titul səhifəsində, adətən, dövlət nəşriyyatının adının göstərildiyi yerdə (məs.: «Госиздат» – «Dövlətnəşr») «Самсебяиздат» («Özümözümünəşr») yazır, dostlarına paylayırdı.
Jurnalistika terminləri lüğətiOxucu diqqəti cəlb etmək xatirinə qalmaqal, sensasiya yaratmağa meyil edən, şayiələrə, uydurmalara, əyləncəli və hətta qadağa qoyulmuş mövzulara geniş yer verən, adətən, ucuz qiymətə satılan çap kütləvi informasiya vasitələri.
Termin XIX əsrin sonunda ABŞ-da yaranıb və sonradan Avropada yayılıb. 1895-ci ildə Cozef Pulitserin New York World qəzeti «sarı köynəkli oğlan»ın komikslərini çap etməyə başlayıb. Təxminən həmin vaxtlarda Uilyam Hörstün New York Journal qəzeti də eyni görkəmli uşağın komikslərinin ardıcıl nəşrinin əsasını qoyub. Komiks tezliklə populyarlaşıb və qəzetlər arasında «sarı köynəkli oğlan»ın kimə məxsus olması üstündə müharibə başlayıb. Nüfuzlu New York Press qəzeti professional dairələrdə sensasiyaçılıqda ittiham olunan hər iki nəşri ikrahla «sarı mətbuat» adlandırıb. 1898-ci ildə bu qəzet yazırdı: «Biz onlara ona görə sarı deyirik ki, onlar həqiqətən sarıdır».
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifars. serapa – fəxri geyim
Xidməti və ya malı bəyənmiş istehlakçıların onları başqalarına tərifləməsi yolu ilə həyata keçirilən pulsuz reklam.
Bu termin xidmət və mallar haqda informasiyanı şifahi üsulla yayan adamlara da şamil edilir. Belə şəxslərə insanlar daha çox inanırlar, çünki onlar göstərdikləri xidmətin müqabilində qazanc əldə etmirlər. Terminin etimologiyası mübahisəlidir.
Jurnalistika terminləri lüğətilat. satelles – yol yoldaşı, cığırdaş
1. Radio, televiziya siqnallarının yüksək keyfiyyətlə ötürülməsi, digər kommunikasiya məqsədləri üçün kosmosa çıxarılmış və Yerin ətrafında dövrə vuran süni peyk.
2. Əsas saytın inkişafına, tanınmasına, bu saytın göstərdiyi xidmətin genişləndirilməsinə, habelə internetdə axtarışın müəyyən istiqamətdə yönəldilməsinə xidmət edən köməkçi sayt.
Jurnalistika terminləri lüğətilat. satira – meyvələrin qarışığından ibarət yemək
Ədəbi, publisistik әsәrdə baş verənləri və ictimai hәyatın mәnfiliklәrini kәskin tənqid edən bədii gülüş.
Burada əsas tənqid hədəfi cəmiyyətdəki ədalətsizlik, insan hüquqlarının, mənəvi dəyərlərin tapdalanması və bu kimi mühüm sosial məsələlərdir. Azərbaycan mətbuat tarixində «Molla Nəsrəddin», sovet dövründə «Kirpi» jurnalı, «Mozalan» kinojurnalının publisistik S.-nın inkişafında böyük rolu olub.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. sound – səs + ing. bite – dişlək, parça
1. Siyasətçinin, ictimai xadimin çıxışından götürülərək radio və televiziya xəbərlərində səsləndirilən qısa, yaddaqalan cümlə, ifadə.
Termin 1970-ci illərdə ABŞ telejurnalistikasında yaranıb, 1980-ci illərdə mahir natiq Ronald Reyqanın prezidentliyi dövründə populyarlaşıb. Reyqanın Berlin divarının uçurulması zamanı söylədiyi «Mister Qorbaçov, bu divarları göz yaşları yıxdı» kimi S-B.-ları dünya mediasında təkrar-təkrar efirə verilib. Ümumiyyətlə, S-B.-lar çıxışçının məsələyə münasibətini çox yığcam və «əyani» şəkildə nümayiş etdirdiyi üçün auditoriyada maraq doğurur. Buna görə də Qərbdə piar texnologiyalarından geniş istifadə edən siyasətçilər böyük tədbirlər, xüsusilə prezident seçkiləri vaxtı çıxışlarında əvvəlcədən hazırlanmış, sonradan xəbərlərdə S-B. kimi istifadə oluna biləcək fikir və şüarlar səsləndirməyə çalışırlar. Misal: «Bu gün, həqiqətən, saund-bayt söyləmək günü deyil. Amma mən tarixin əlini çiyinlərimizdə hiss edirəm» (İngiltərənin baş naziri Toni Blerin Belfastda Şimali İrlandiya ilə danışıqlar zamanı nitqindən. 8 aprel 1998-ci il).
2. Videosüjeti, reklam çarxlarını müşayiət edən, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət ustaları tərəfindən səsləndirilən qısa və ekspressiv ifadələr, şüarlar, çağırışlar.
Jurnalistika terminləri lüğətiing. sound – səs + ing. track – iz, cığır
Filmin, cizgi filminin, serialın, televiziya və radio tamaşasının musiqi müşayiəti.
S.-lərin yazılmış olduğu filmlərdən, tamaşalardan ayrıca səsləndirilməsi televiziya və radio jurnalistikasında, yeni mediada geniş yayılıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. seance – iclas, toplantı, hərfi mənada: «birnəfəsə, biroturuma»
1. Bir işin icrasının arasıkəsilmədən davam etdiyi müddət; məs.: filmin seansı.
2. Silsilə əməliyyatların bir hissəsi, təhsil, müalicə, yaxud bərpa prosesinin mərhələsi; məs.: postkonflikt reabilitasiya seansları, hazırlıq kurslarında test seansları.
3. Kompüterlə istifadəçi, yaxud iki və daha artıq istifadəçi arasında interaktiv fasiləsiz informasiya mübadiləsi.
İnformatikada S. sorğudan və cavabdan ibarətdir. Onun təmin olunmasına çoxlu sayda proqramlar xidmət edir. S. əlaqəli rabitə formasıdır: internet əlaqəsi kəsilən kimi o, bitmiş hesab olunur.
Jurnalistika terminləri lüğəti