lat. diffamo – ləkələyirəm
Şəxsin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən qeyri-dəqiq informasiyaların yayılması, şərləmə, böhtan atma.
Beynəlxalq standartlara görə, hər hansı məlumatın D. kimi qiymətləndirilməsi üçün o: yalan olmalı; mülahizə deyil, faktiki mahiyyət daşımalı; real zərər vurmalı və aid olduğu şəxsin nüfuzuna qarşı yönəlməlidir, yəni kütləvi nümayiş etdirilməli, yayılmalıdır. KİV-də D. hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məhkəmə iddialarının əksəriyyəti məhz belə hallarla əlaqədardır. Bununla belə, hökumətlərin D. haqqında qanunlar əsasında tənqidçi jurnalistləri ağır cəzalandırmaq cəhdlərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar (BMT, Avropa İttifaqı, Avropa Şurası və s.) bütün dövlətləri onu dekriminallaşdırmağa çağırır. Artıq bir çox ölkələrin qanunvericiliyində D. cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti