ing. image – obraz, təsvir
Hər hansı şəxsin, təşkilatın, məhsulun, xidmət növünün müəyyən əhali qrupu arasında məqsədyönlü fəaliyyət nəticəsində formalaşdırılan obrazı.
İ. KİV-də piar, reklam və təbliğat yolu ilə, insanların psixologiyasına digər üsullarla təsir göstərməklə yaradılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. imagemaker < image – obraz, təsvir + make – yaratmaq
İctimai xadimin, siyasətçinin, iş, yaxud sənət adamının populyarlığını artırmaq üçün onun müsbət obrazını formalaşdırmaqla məşğul olan mütəxəssis.
İ. reklam və media texnologiyaları da daxil olmaqla müxtəlif sahələrdə bilikləri, bacarıqları ilə seçilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. impuctus < impingo – qarşıda sədd, qəsd + lat. factor – edən, yaradan
Elmi jurnalların səmərəliliyini, nüfuzunu ölçmək və müqayisə etmək üçün göstərici.
İ-F. kəmiyyət göstəricisidir və bir jurnala müəyyən zaman kəsiyində (bir il, üç il və s.) digər nəşrlərdə istinadların (sitatların) sayı ilə müəyyənləşdirilir. Bu indeks eyni elm sahəsinə aid jurnalların müqayisəsi üçün daha yararlıdır. İ-F.-u 1960-cı illərdən yüksək beynəlxalq nüfuza malik Elmi İnformasiya İnstitutu (Institute for Scientific Information, ISI – 1992-ci ildən sonra Thomson Scientific adlanır) ölçür və vaxtaşırı Journal Citation Report jurnalında dərc edir.
Jurnalistika terminləri lüğətiing. in – daxilə + lat. plaudere – əl çalmaq
1. Daxilə yönəlmiş partlayış.
İ. termini həm texnika, geologiya, astronomiya, psixologiya elmlərində, həm də mediada (əsas mahiyyətini («daxilə yönəlmə») saxlamaqla) fərqli izahlara malikdir.
2. İnformasiyanın həcminin artması, sıxlaşması nəticəsində onun öz mənasını itirməsi prosesi.
Bu prosesə çox zaman «məna İ.-sı» deyilir. İ. – faktik olaraq məlumatın fərdi şüur tərəfindən qavranılma qabiliyyətini itirməsi, onun məğzinin deyil, formasının, kommunikasiya faktorunun özünün önə çıxmasıdır. Dünyada informasiya sıxlığı (partlayışı) elə bir dumanlı mühit yaradır ki, burada detallar, mənalar artıq gözdən itir, kanadalı filosof Marşall Maklüenin məşhur aforizmində ifadə olunduğu kimi, kommunikasiya vasitəsi özü məlumat rolunu oynayır.
3. Real dünya ilə xəyali aləm arasında sərhədlərin silinməsi nəticəsində həyatın xüsusi estetik qavrayış forması.
İ. gerçəkliklə virtuallığı (simulyakrları) birləşdirərək klassik stereotipləri dağıdır. Real həyatda o, çox vaxt insanın fəallığının aşağı düşməsi, tənqidi qavrayışının zəifləməsi və s. ilə müşayiət olunur. Yaradıcılıqda İ. utopik layihələrdə, paralel dünyalar arasında şəffaflığı təsvir edən əsərlərdə və s.-də özünü göstərir.
Jurnalistika terminləri lüğətilat. improvisus – gözlənilməyən, qəfildən, ani
1. İfa və ya çıxış zamanı əvvəlcədən nəzərdə tutulmayan gedişlər, mətndə gözlənilməz dəyişikliklər.
2. Müəyyən bir hadisəyə əvvəlcədən hazırlaşmadan, dərhal verilən reaksiya.
3. Bədahətən ifa edilən musiqi, söylənilən şeir və s.
Uğurlu İ. insandan istedad, zəngin müşahidə, iti ağıl, bədii təfəkkür, söz sənəti sirlərinə dərindən bələd olma kimi xüsusiyyətlər tələb edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. index – göstərici, siyahı
1. Hərf, rəqəm, digər simvollardan ibarət şərti işarələr sistemi.
İ. rabitə sistemində poçt ünvanının, nəşriyyat sistemində çap məhsullarının təsnifatını aparmağa imkan verir, onların tapılmasını asanlaşdırır. İndeks eyni zamanda müəyyən elementin sistemdə yerini göstərir.
2. Hər hansı sahədə inkişaf və ya dəyişmənin nisbi göstəricisi.
İ. obyektlərin, elementlərin mühüm keyfiyyətlərini müqayisəli şəkildə əks etdirir.
3. Verilənlər bazasında məlumat axtarışının sürətləndirilməsinə xidmət edən obyekt.
4. Ad və ünvanların siyahısı, reyestri.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Hər hansı informasiyanın, məhsulun, elementin şərti olaraq hərf, rəqəm və ya simvollarla işarələnməsi.
2. Axtarış sistemlərində: sənədin forma və məzmununun işarələnməsi, onun yığcam təsvir edilməsi prosesi.
İ. nəticəsində hər sənəd özünəməxsus açar sözə (sözlərə) malik olur və lazımi məlumatın axtarışı prosesi sürətlənir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Cəmiyyətdə kəskin informasiya çatışmazlığı.
Kollektiv surətdə dərk edilən İ.A., adətən, hər hansı hadisə, yaxud konkret mövzu ilə əlaqədar olur; məsələn, təbii fəlakət zamanı dövlət orqanları və KİV-in əhalini vaxtında xəbərdar etməməsi, təlimatlandırmaması İ.A.-na səbəb olur, bu da şayiələrin artması ilə nəticələnir.
2. İnsanın informasiyaya olan daimi ehtiyacı, habelə bu ehtiyacı ödəmək imkanı məhdudlaşan zaman keçirdiyi hiss.
İnsanlar qismən birbaşa ünsiyyət, daha çox texniki vasitələrlə (mobil telefon, kompüter və s.) ardıcıl informasiya mübadiləsinə alışırlar. Tədricən prosesin özü məlumatın xarakterindən, növündən də mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə hər hansı səbəbdən fasilə yarandıqda İ.A. hiss olunur. Psixoloqlar İ.A.-nı sensor deprivasiyasının forması hesab edirlər. Sensor deprivasiyası – insanın hissiyyat orqanları xarici təsirdən məhrum edilərkən onun düşdüyü həyəcanlı vəziyyət, haldır.
Jurnalistika terminləri lüğətiOperativ xəbərləri toplamaq və yaymaq sahəsində ixtisaslaşan kütləvi informasiya vasitəsi.
İ.A.-nin əsas vəzifəsi qəzetləri, jurnalları, televiziya və radio kanallarını, habelə digər istifadəçiləri ən yeni xəbərlərlə təmin etməkdir. Belə agentliklər həm açıq (internetdə ödənişsiz), həm qapalı (yalnız abunəçilər üçün), həm də qarışıq (qismən ödənişsiz, qismən abunəçilər üçün) rejimdə fəaliyyət göstərə bilər. Azərbaycan qanunvericiliyində KİV redaksiyası, naşiri və yayıcısı statusu İ.A.-nə də şamil edilir. Agentliklərin xəbər və materialları digər KİV-də yayılarkən mütləq mənbəyə istinad edilməlidir.
Jurnalistika terminləri lüğətiHər hansı problemə bu və ya digər dərəcədə aidiyyəti olan, mövzunu həmin problemə yönəltmək üçün istifadə edilən hadisə, fakt.
Məsələn, keyfiyyətsiz dərmandan zəhərlənmə hadisəsi ölkədə dərman biznesini araşdırmaq üçün İ.B. yarada, yaxud məktəbi əla qiymətlərlə bitirmiş abituriyentin qəbul imtahanından kəsilməsi bu məktəbdə tədrisin vəziyyəti barədə söz açmaq üçün ipucu verə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti