Müxtəlif sistemlərdə saxlanılan proqram və məlumatların yüksək sürətlə mübadiləsini və emalını həyata keçirərək onların vahid resurs şəklində istifadəsinə şərait yaradan texnologiya.
İstifadəçi şəbəkədə axtardığı informasiyanın toplanmasında və emalında iştirak edən avadanlıqlar kompleksinin daxili strukturunu görmür, onun vahid server olduğunu düşünür. Əslində isə bu prosesə müxtəlif mərkəzlərdə, hətta qitələrdə yerləşən serverlər qrupu cəlb edilə və informasiya onların yaratdığı «bulud topası»nda emal oluna bilər. B.T.-nın struktur yaradan müxtəlif tipləri var. Elektron poçt xidməti də B.T.-na əsaslanır. Bu texnologiyanın başlıca üstünlüyü onun çoxşaxəliyində, əhatə etdiyi resursların genişliyindədir.
Jurnalistika terminləri lüğətiBaşlıca məqsədi məlumatlandırmaq deyil, əyləndirmək olan və əsasən, küçələrdə, köşklərdə satılan qəzetlər.
Yarandıqları illərdə (XIX əsrin ikinci yarısı) abunəçiləri olmadığı, məhz küçələrdə (bulvarlarda) satıldıqları üçün onlar belə adlandırılıb. B.M. ucuz, çoxtirajlı, alabəzək, sensasion olur, adətən, iri və rəngli manşetlərlə çıxır. Əksər hallarda B.M. terminini «sarı mətbuat» və «tabloid» anlayışlarının sinonimi kimi təqdim edirlər. Lakin tabloidlərdən fərqli olaraq B.M. formatdan asılı deyil. Eyni zamanda «sarı mətbuat» nümunələrinə uyğun gələn bütün xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, bulvar nəşrləri daha bəsit kontenti, əyləncəyə, şayiələrə daha çox meyilliliyi və keyfiyyətcə daha aşağı səviyyəsi ilə onlardan seçilir. Bu növ media məhsullarının yaradılması ilə məşğul olan KİV əməkdaşlarının fəaliyyət sahəsinə isə bulvar jurnalistikası deyilir.
Jurnalistika terminləri lüğətilat. bulla – möhürlü sənəd
1. Baş verən ən mühüm hadisələr haqda qısa məlumatlardan ibarət olan operativ nəşr, informasiya agentliklərinin, xəbər saytları və portallarının əsas məhsulu; televiziya və radioda, əsasən, bir mövzuya həsr olunmuş ayrıca xəbər buraxılışı.
B.-lər bir mövzuya həsr olunur, yaxud tematik bölmələrə ayrılır (siyasət, iqtisadiyyat, mədəniyyət, idman və s.). Onlar, əsasən, elektron formatda hazırlanır və yayılır, çox vaxt onlayn rejimdə yenilənir.
2. Təsis edildiyi təşkilatın maraq və bilik dairəsinə aid xəbərləri, habelə problemləri işıqlandıran, öz məqsədli auditoriyası olan dövri nəşr.
Elmi mərkəzlərin, universitetlərin aylıq və rüblük nəşrləri belə B.-lərə misal ola bilər.
Jurnalistika terminləri lüğətifr. bureau < burat – mahud
Media orqanının eksklüziv və operativ xəbərlər toplamaq məqsədilə auditoriyanın maraq dairəsində olan ölkələrdə yaratdığı nümayəndəlik, filial.
B.-nu daha çox böyük agentliklər, televiziya şirkətləri, transmilli nəşrlər yaradır. Adətən, onun əməkdaşları yerli jurnalistlər arasından seçilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. brand - damğa
Brendin formalaşdırılması və dəstəklənməsi prosesi, habelə bu məqsədlə ardıcıl olaraq həyata keçirilən tədbirlər kompleksi.
Belə tədbirlər kompleksinə bazarın öyrənilməsi, imicin, bir müəssisənin məhsullarını (xidmətlərini) digərlərindən fərqləndirməkdə istehlakçılara kömək edən simvol, loqotip və sloqanın yaradılması, onların populyarlaşdırılması üçün müvafiq kommunikasiya vasitələrindən planlı şəkildə istifadə olunması daxildir. Beləliklə, B., faktiki olaraq, brendin idarə edilməsi deməkdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti