- İtdən törəyən it olar. (Ləzgi)
- Kasıb hamama gedər, isti su buz bağlayar. (Ləzgi)
- Kasıb bacını doğma qardaş da istəməz. (Ləzgi)
- İnək su içər-süd olar, ilan su içər-zəhər. (Ləzgi)
- Toyuq yumurtasına görə qaqqıldar. (Ləzgi)
- İgidin qədrini igid bilər, gülün qədrini bülbül. (Ləzgi)
- Arifə bir söz bəsdir, eşşəyə bir əsa. (Ləzgi)
- Dosta borc vermə, hər ikisi əldən gedər. (Ləzgi)
- Qıfılsız dil baş ağrıdar. (Ləzgi)
- Əl mərd olar, göz namərd. (Ləzgi)
- Varlı kişi ya təzə ev tikər, ya da təzə arvad alar. (Ləzgi)
- Keçəlin bəxti yeyin olar. (Ləzgi)
- Dili bal, işi bəla. (Ləzgi)
- Kələklə gələn, küləklə gedər. (Ləzgi)
- Xəncər ləzgiyə yaraşar. (Ləzgi)
- Öz yuvasında siçan da aslandır. (Ləzgi)
- Çaya çatmamış şalvar çıxarmazlar. (Ləzgi)
- Vətən eldir, xalq - ailə. (Ləzgi)
- Donuz xortlamağı böyüyündən öyrənər. (Ləzgi)
- Sən görən kolda dovşan qalmayıb. (Ləzgi)