- Yemək yeyəndə it də susur. (Gürcü)
- Yaxşı ovçunun tüfəngi pas atmaz. (Gürcü)
- Dinləyicin pisdirsə, yaxşı danışmağın nə faydası. (Gürcü)
- Yaxşı atın arpasını artırarlar, pis atın qamçısını. (Gürcü)
- Vicdanın dişi yoxdur, amma dişləyib-didir. (Gürcü)
- Vicdan əzabı qamçıdan güclüdür. (Gürcü)
- Üzü küləyə tüpürən adam öz üzünə tüpürər. (Gürcü)
- Uşağınızı cəzalandırırsınızsa, axmaqsınız. (Gürcü)
- Uşağa demə kökə verəcəksən, deyibsən, ver. (Gürcü)
- Ulağı toya çağırdılar — su daşımağa. (Gürcü)
- Tülkü öləndə də başını toyuq hininə tərəf çevirər. (Gürcü)
- Təzə dost qazan, köhnəni də unutma. (Gürcü)
- Tənbəl çoban sürünü uzaqdan qaytarar. (Gürcü)
- Şirin dillə dağ maralını da sağmaq olar. (Gürcü)
- Şeytanlar öz aralarında didişirlər, insanlarla vuruşanda birləşirlər. (Gürcü)
- Şahın qəzəbinə gəlsən — xalqa üz tut, xalqın qəzəbinə gəlsən — qaç. (Gürcü)
- Sözün düzü xoşa gəlməz, xoşa gələn də təkdənbir düz olar. (Gürcü)
- Sirr olar iki nəfər arasında, üçüncü bildi — aləm bildi. (Gürcü)
- Pişiyin başına kolbasa gurultuyla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". (Gürcü)
- Pis insan bütün insanların onun kimi olduğuna inanır. (Gürcü)