Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

antisiklon

yun. anti – əks + yun. kyklon – fırlanan

Atmosferin yüksək təzyiq sahəsi ətrafında havanın genişmiqyaslı burulğanlı hərəkəti.

A. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində isə onun əksinə əsən küləklər sistemidir. A.-un mərkəzində təzyiq daha yüksəkdir, kənara getdikcə tədricən azalır. Ümumi atmosfer dövranının bir hissəsi olan A. müxtəlif coğrafi enliklər arasında istilik mübadiləsinə şərait yaradır. Siklonlar kimi onların da əsas hərəkət istiqaməti qərbdən şərqə doğrudur. A.-un orta sürəti saatda 30-40 km-dir, diametri 3-5 min km-ə çatır, maksimum 7-8 gün davam edir. A. şəraitində hava yuxarıdan aşağıya doğru endiyi üçün quru və aydın olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti