Hərfi mənası “aprel suyu” deməkdir. Ab “su”dur (farsca), neysan isə uryanicə aprel ayının adıdır (bizə fars dilindən keçib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Ərəb mənşəlidir, “ibadət edən”, “Allah qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Ərəbcədir, əbədi sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
yun. a – inkar şəkilçisi + yun. bios – həyat... Ətraflı
lat. ablatio – dağılma, azalma... Ətraflı
Latın sözüdür, “qədimdən sakin olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Fars mənşəlidir, ab “su”, qora isə “kal üzüm” deməkdir (kal “üzüm suyu”, yəni “turş şirə” anlamını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
lat. abrasio – qaşıyaraq təmizləmə... Ətraflı
Ərəbcə tel (qızıl), farsca ab (su) sözlərindən əmələ gəlib, “parlaq” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Dilimizdə həm feil (acmaq), həm də ad (ac adam) kimi işlədilir. Aş (xörək) sözü zəminində yaranıb. Mənası “aş (xörək, yemək) istəmək”, “aş arzulamaq” demək olub. “Ərsəyə (əsli: əsrə) gətirmək”, “bəsləmək”(əsli: aşlamaq) sözləri də tarixi baxımdan aş (aşlamaq) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. E... Ətraflı
Birinci komponenti olan aş (acmaq, yəni “aş istəmək” demək olub) kəlməsinin dəyişmiş formasıdır. İkinci hissə isə yalın (lüt, olmayan, çılpaq) sözü ilə bağlıdır. Bütövlükdə sözün mənası “ac və lüt” deməkdir. Yalavac sözü bir vaxtlar həm də “səfir” mənasında işlədilib və əsli elavac olub, “elçi” d... Ətraflı
Sözün əsli aşgözdür. Elə ac sözü də aş kəlməsinin dəyişmiş formasıdır. Acgöz (aşgöz) yeməkdən doymayana, həmişə yem (aş) arxasına boylanana deyirlər. Az aşın duzu deyil, Nə tökərsən aşına..., Ayranaşı, qatıqaşı, aşpaz, aşxana kimi onlarla söz sübut edir ki, aş təkcə “plov” yox, ümumiyyətlə, “yem”... Ətraflı
Acıq kəlməsi ilə eyni kökə malikdir. Acı “turş” demək olub (indi məna bir qədər dəyişib), acıq isə “hirs” anlamında işlədilir. Bu da “turş” anlamı ilə əlaqədardır. Təsadüfi deyil ki, acıqlı adam üz-gözünü turşudur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Radlovda “turş” anlamında açıqlanıb. Ayran sözü də bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
“Yaram acışıb” deyirik, acışmaq kəlməsinin mənası rus dilində “обостряться, печалиться” kimi verilib. Halına acımaq ifadəsindəki acıma kəlməsi də bununla bağlıdır; “halı məni qəmgin edir (acılayır)” deməkdir. Acı sözünün yeni məna kəsb etməsi, onun omonimə çevrilməsi ilə bağlıdır. (Bəşir Əhmədov... Ətraflı
Açıq sözünün bir mənası “aydın” (ясно) demək olub (açıq hava və s.). Açıb-ağartmaq kəlməsi mənbələrdə açıq-adırlıq kimi qeydə alınıb. Adırlıq “ayırma” deməkdir. Açıb-ağartmaq (açıb-ayırmaq) – “aydın şəkildə hissələrə bölmək” (çözələmək, analiz etmək, ortaya qoymaq) deməkdir. Adır sözü qədim qayna... Ətraflı
İlk baxışda 2-ci söz “ay işığı” kimi başa düşülür, amma sözün əsli açıq-adırt olub (“ayırmaq, analiz, çözələmək” mənalarını əks etdirib). Deməli, tarixən burada “aydınlıq”dan yox, “ayırmaq”dan söhbət gedib. Adır (ayır) sözü təhrif nəticəsində aydın formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğ... Ətraflı
Mənbələrdə aç-ğın-ca kimi verilib. Kök (aç) feildir, aç-ğın sifətdir, sifətin üzərinə -ca qoşması artırılıb. Gəlincə, doyunca sözləri də həmin qəlib üzrə yaranıb. Deməli, -ınca4 feili bağlama şəkilçisi tarixi baxımdan mürəkkəbdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Sinonimi yazmaq feili olub. M.Kaşğaridə “Ər dügün yazdı” cümləsi “kişi düyünü açdı” mənasında işlədilib. Yazılmaq sözü ruscaya “быть развязанным” kimi tərcümə edilib. Məncə, açmaq feili həmin yazmaq kəlməsinin dəyişmiş formasıdır. Elə yaz (bahar) sözü də təbiətin oyanması, çiçəklərin açılması il... Ətraflı
Güllə açıldı, atəş açıldı kimi cümlələrdə aç sözünün əsli atmaq feili ilə bağlıdır. İndi həm aç, həm də at paralel işlədilir: güllə at, atəş aç və s. Beşatılan və beşaçılan sözləri paralel işlədilir. Tarixi baxımdan atmaq feili açmaq felindən qədimdir və ikinci söz birincinin dəyişmiş formasıdı... Ətraflı