- Qorxursan pişikdən, niyə çıxırsan deşikdən? (Azərbaycan)
- Qorxan gözə çöp düşər. (Azərbaycan)
- Qorxaq hər şeyi dörd görər. (Azərbaycan)
- Qorxa-qorxa cənnətə gedincə, gülə-gülə
cəhənnəmə get!
(Azərbaycan)
- İgidin başı qalda gərək! (Azərbaycan)
- İgid odur, atdan düşə, atlana,
İgid odur, hər əzaba qatlana!
(Azərbaycan)
- İgid basdığını kəsməz. (Azərbaycan)
- İgid qovğasız olmaz. (Azərbaycan)
- Qanlını qan tutar! (Azərbaycan)
- Qanı qan ilə yumazlar. (Azərbaycan)
- Vuran igid dayısına baxmaz! (Azərbaycan)
- Vura bilməyən daşın böyüyündən yapışar. (Azərbaycan)
- Keçmə namərd körpüsündən, qoy aparsın sel səni. (Azərbaycan)
- Namərdin çörəyi dizinin üstə olar. (Azərbaycan)
- Namərdin adı olmaz. (Azərbaycan)
- Mərdi qova-qova namərd eləməzlər. (Azərbaycan)
- Mərd özündən bilər, namərd – yoldaşından. (Azərbaycan)
- Mərd əli kasad olmaz. (Azərbaycan)
- Ağac əyildi – sındı, igid əyildi – öldü. (Azərbaycan)
- Balta ağac kəsməzdi, sapı ağac olmasaydı! (Azərbaycan)