- Yalançı çox and içər. (Azərbaycan)
- Yalan olmasa, doğru yeriməz. (Azərbaycan)
- Yalan danışan yanındakını qanmaz yerinə qoyar. (Azərbaycan)
- Yalan ayaq tutar, amma yeriməz. (Azərbaycan)
- Yalan cücərər, amma bitməz. (Azərbaycan)
- Yalan ilə dünyanı gəzmək olar, amma qayıtmaq olmaz. (Azərbaycan)
- Doğruya zaval yoxdur, çəksələr min divana. (Azərbaycan)
- Doğru söz acı olar. (Azərbaycan)
- Doğru deyənin başı keçəl olar. (Azərbaycan)
- Doğru büdrər, amma yıxılmaz. (Azərbaycan)
- Doğru tutulmayınca oğru tutulmaz. (Azərbaycan)
- Doğru yolla gedən yorulmaz. (Azərbaycan)
- Doğru dostluq qərəzsiz olar. (Azərbaycan)
- Yaxşılıq elə, at dəryaya,
Balıq bilməsə, xaliq bilər.
(Azərbaycan)
- Ehtiyat igidin yaraşığıdır. (Azərbaycan)
- Yıxılana balta çalmazlar. (Azərbaycan)
- Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq mərd kişinin işidir.
(Azərbaycan)
- Yaxşı igidin adını eşit, üzünü görmə! (Azərbaycan)
- Xain qorxaq olar. (Azərbaycan)
- Qisas qiyamətə qalmaz. (Azərbaycan)