- Suda boğulan saman çöpündən yapışar. (Azərbaycan)
- Su yaranıb axmağa, göz yaranıb baxmağa! (Azərbaycan)
- Diş yox ikən dodaq var idi. (Azərbaycan)
- Qarnım üçün deyil, qədrim üçündür. (Azərbaycan)
- Qarın başa bəladır. (Azərbaycan)
- Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq. (Azərbaycan)
- Boynu uzun, beyni boş, tut qulağından cütə qoş! (Azərbaycan)
- Kosa getdi saqqal gətirə, bığı da qoydu gəldi! (Azərbaycan)
- Gəldi əcəl, vermədi macal. (Azərbaycan)
- Zurnaçı zorunu püfünə verər. (Azərbaycan)
- İstədiyim yar idi, yetirdi pərvərdigar. (Azərbaycan)
- Gözdən uzaq, könüldən iraq. (Azərbaycan)
- Adın nədir? – Daşdəmir. Yumşalısan, yumşalı! (Azərbaycan)
- Üstümü unlu görüb, adımı dəyirmançı çağırma! (Azərbaycan)
- Kor tutduğunu buraxmaz. (Azərbaycan)
- Balığı nə vaxt tutsan, təzədir. (Azərbaycan)
- Toydan sonra nağara! (Azərbaycan)
- Lay-lay başa düşürsən, niyə yatmırsan?! (Azərbaycan)
- Beş gün yaraq, bir gün gərək! (Azərbaycan)
- İstədi qaşın düzəldə, vurdu gözün çıxartdı! (Azərbaycan)