Reklam
Reklam
  • Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdir deyirmiş. (Gürcü)
  • Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. (Gürcü)
  • Dövlətli ölüyə ağladı, kasıb xərcin dərdini çəkdi. (Gürcü)
  • Dişlər dilin qəsridir. (Gürcü)
  • Dilin sümüyü yoxdur. (Gürcü)
  • Dəvə oğurlayan da oğrudur, iynə oğurlayan da. (Gürcü)
  • Dəmir od içində bərkiyər, insan ehtiyac içində. (Gürcü)
  • Daş nə qədər ki yerindədir — ağırdır, tərpətdin — yüngül gələcək. (Gürcü)
  • Dartılan ip tez qırılar. (Gürcü)
  • Dahi vaxtından qabaq qaçar, müdrik onun ardınca gedər, axmaq çaşar. (Gürcü)
  • Çay öz yatağını itirməz. (Gürcü)
  • Çağırılmamış qonaq taundan pisdir. (Gürcü)
  • Bütün quyulara tüpürsən, suyu haradan içərsən?! (Gürcü)
  • Bu dünyada bircə şey dilsiz danışır — vicdan. (Gürcü)
  • Böyük yelkənləri ancaq güclü küləklər aça bilər. (Gürcü)
  • Böyük ağrıya kiçik dərman kömək edir. (Gürcü)
  • Böyük ağac güclü küləyi sevir. (Gürcü)
  • Bir şey demək istəyirsənsə, əvvəlcə bax gör kimə deyirsən. (Gürcü)
  • Bir it iki dovşanı birdən tuta bilməz. (Gürcü)
  • Bir ağacdan kürək də düzəlir, bel də. (Gürcü)