Reklam
Reklam
  • Mənə öyrənməyə mane olan yeganə şey – aldığım təhsildir.
  • Tanrı təsadüflər vasitəsilə anonimliyini qoruyur.
  • Uğur qazanmağa deyil, həyatınızın mənalı olmasına çalışın.
  • Xoşbəxt yaşamaq istəyirsənsə, məqsədə bağlı ol, adam və əşyalara yox.
  • Bir dəfə genişlənmiş ağıl heç vaxt əvvəlki dar çərçivəsinə sığmaz.
  • Həyat velosiped sürmək kimidir: tarazlığı saxlamaq üçün hərəkət etməlisən.
  • Əməyinin nəticəsini dərhal görmək istəyən adam ayaqqabı ustası olmalıdır.
  • Sən problemi heç zaman həll edə bilməyəcəksən, əgər həmin problemi yaradanlar kimi düşünürsənsə.
  • Təxəyyül bilikdən önəmlidir; bilik məhduddur, təxəyyülün isə sərhədi yoxdur.
  • Eyni şeyi edib fərqli nəticələr gözləmək – sadəcə, axmaqlıqdır.
  • Bilmirəm, üçüncü dünya müharibəsi hansı silahlarla aparılacaq, amma dördüncü – çubuqlar və daşlarla.
  • Təhsil — məktəbdə öyrəndiklərini unudandan sonra şüurunda nə qalıbsa, odur.
  • Bu həyatı yaşamağın iki yolu var. Birincisi, guya həyatda möcüzə yoxdur, ikincisi, sanki həyatımız özü möcüzədir.
  • Nəzəriyyə odur ki, hər şey məlumdur, amma heç bir şey işləmir. Praktika odur ki, hər şey işləyir, amma heç kəs bilmir niyə. Biz isə nəzəriyyə ilə praktikanı birləşdiririk: heç bir şey işləmir və heç kim bilmir niyə!
  • Yalnız axmağın düzənə ehtiyacı var – dahi xaosu idarə edir.
  • Yalnız iki şey sonsuzdur: kainat və axmaqlıq, hərçənd kainatın sonsuzluğuna əmin deyiləm.
  • Tənqidi düşünməyi öyrətməyən təhsil – sadəcə, itaətkar insanlar yetişdirmək üçün bir vasitədir.
  • Cəmiyyətin ən böyük imtahanı – gücsüzlərə necə yanaşmasıdır.
  • İnsan hüquqları universal deyilsə, deməli, heç bir yerdə mövcud deyil.
  • Cəmiyyətdə azadlıq yalnız zəiflərin hüquqlarını qoruyanda məna qazanır.