- Mənə öyrənməyə mane olan yeganə şey – aldığım təhsildir. (Albert Eynşteyn)
- Tanrı təsadüflər vasitəsilə anonimliyini qoruyur. (Albert Eynşteyn)
- Uğur qazanmağa deyil, həyatınızın mənalı olmasına çalışın. (Albert Eynşteyn)
- Xoşbəxt yaşamaq istəyirsənsə, məqsədə bağlı ol, adam və əşyalara yox. (Albert Eynşteyn)
- Bir dəfə genişlənmiş ağıl heç vaxt əvvəlki dar çərçivəsinə sığmaz. (Albert Eynşteyn)
- Həyat velosiped sürmək kimidir: tarazlığı saxlamaq üçün hərəkət etməlisən. (Albert Eynşteyn)
- Əməyinin nəticəsini dərhal görmək istəyən adam ayaqqabı ustası olmalıdır. (Albert Eynşteyn)
- Sən problemi heç zaman həll edə bilməyəcəksən, əgər həmin problemi yaradanlar kimi düşünürsənsə. (Albert Eynşteyn)
- Təxəyyül bilikdən önəmlidir; bilik məhduddur, təxəyyülün isə sərhədi yoxdur. (Albert Eynşteyn)
- Eyni şeyi edib fərqli nəticələr gözləmək – sadəcə, axmaqlıqdır. (Albert Eynşteyn)
- Bilmirəm, üçüncü dünya müharibəsi hansı silahlarla aparılacaq, amma dördüncü – çubuqlar və daşlarla. (Albert Eynşteyn)
- Təhsil — məktəbdə öyrəndiklərini unudandan sonra şüurunda nə qalıbsa, odur. (Albert Eynşteyn)
- Bu həyatı yaşamağın iki yolu var. Birincisi, guya həyatda möcüzə yoxdur, ikincisi, sanki həyatımız özü möcüzədir. (Albert Eynşteyn)
- Nəzəriyyə odur ki, hər şey məlumdur, amma heç bir şey işləmir. Praktika odur ki, hər şey işləyir, amma heç kəs bilmir niyə. Biz isə nəzəriyyə ilə praktikanı birləşdiririk: heç bir şey işləmir və heç kim bilmir niyə! (Albert Eynşteyn)
- Yalnız axmağın düzənə ehtiyacı var – dahi xaosu idarə edir. (Albert Eynşteyn)
- Yalnız iki şey sonsuzdur: kainat və axmaqlıq, hərçənd kainatın sonsuzluğuna əmin deyiləm. (Albert Eynşteyn)
- Tənqidi düşünməyi öyrətməyən təhsil – sadəcə, itaətkar insanlar yetişdirmək üçün bir vasitədir. (Noam Çomski)
- Cəmiyyətin ən böyük imtahanı – gücsüzlərə necə yanaşmasıdır. (Noam Çomski)
- İnsan hüquqları universal deyilsə, deməli, heç bir yerdə mövcud deyil. (Noam Çomski)
- Cəmiyyətdə azadlıq yalnız zəiflərin hüquqlarını qoruyanda məna qazanır. (Noam Çomski)