Reklam
Reklam
  • Ziyalı hərdən içib keflənməlidir ki, axmaqların söhbətlərinə tab gətirə bilsin.
  • İntizam – çox istədiyin məqsədə nail olmaq üçün heç istəmədiyin işlərlə məşğul olmaqdır.
  • Çətinliklərlə qarşılaşmaq labüddür, amma məğlubiyyəti qəbul etmək insanın öz seçimidir.
  • Dil elə bir alətdir ki, daim istifadə olunduqca daha da itilənir.
  • Qəzəblə başlayan utancla bitər.
  • Mübarizə aparan məğlub ola bilər, aparmayan artıq məğlubdur.
  • Kütlə dini həqiqət kimi qəbul edir, müdrik onu yalan hesab edir, iqtidar isə faydalı kəşf olduğunu düşünür.
  • Oyun bitəndə şahı da, piyadanı da bir qutuya qoyurlar.
  • Müdriklər danışırlar, çünki deməyə sözləri var, axmaqlar danışırlar, çünki nəsə deməlidirlər.
  • Ağıllı insanların məqsədi olur, qalanların – arzusu.
  • Mən ixtiraçı deyiləm, Allahın yaratdığı möcüzənin təsadüfi şahidiyəm.
  • Elm insanı Allaha yaxınlaşdıran yollardan biridir, çünki o, yaradılmış nizamı anlamağa çalışır. Elmin böyüklüyü onun nə qədər sual doğurduğunda gizlidir, cavablarda yox.
  • Elm – şübhə ilə başlayan, sübutla davam edən, şüurlu qəbul ilə nəticələnən bir yoldur. Elmi sevmək – hər an düşünmək və dəyişməyə hazır olmaq deməkdir.
  • Elm cəhalətin səssiz üsyanıdır. Bir insan sual verməyə başladıqda, azad düşünməyə başlayar. Elm təkcə faktlar toplusu deyil – bu, düşünmək cəsarətidir.
  • Elmi mənəviyyatla birləşdirməyən cəmiyyət texnologiyaya sahib ola bilər, amma həqiqi inkişafa yox.
  • Elm, insan ağlının ulduzlara çatma cəhdidir. Hər dəfə bir sual verdikdə, kainat bir sirrini açır. Elm heç vaxt bitməyən bir səfərdir – başladığın yerdən uzaqlaşdıqca, nə qədər az bildiyini daha yaxşı anlayırsan.
  • Ağlı başında olan hər kəs bilirdi ki, bu, mümkün deyil, lakin bir gün bir geri zəkalı gəldi və bunu etdi.
  • Axmaqlıqla dahiliyin bir fərqi də budur ki, dahilik hüdudsuz deyil.
  • Hər bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən mənada uşaqdır.
  • Üç növ yalan var: yalan, açıq yalan və statistika.