Böyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "ordovices" sözündən
Yerin geoloj inkişafı tarixində Paleozoy erasının ikinci dövrü.
O.D. təxminən 485 milyon il əvvəl başlanıb, 443 milyon il əvvəl sona yetib, yəni təqribən 42 milyon il davam edib. Dövrün adı Uels ərazisində yaşamış qədim ordovik tayfasının adından götürülüb və 1879-cu ildə ingilis geoloqu Çarlz Lapuors tərəfindən təklif olunub.
See also:
Coğrafiya terminləri lüğətiBöyük Britaniyada Uels əyalətində yaşamış kelt tayfasının adı olan "ordovices" sözündən + yun. systema – hissələrdən ibarət bütöv
Paleozoy erasının dağ süxurlarına aid aşağıdan ikinci süxur sistemi.
Bu sistemə daxil olan çökmə süxurlar Ordovik dövründə formalaşıb, Kembri və Silur sistemlərinin arasında yerləşir.
Coğrafiya terminləri lüğətilat. organismus < organizo – təşkil edirəm, qururam
1. Müstəqil surətdə mövcud olan, bütün orqanları əlaqəli fəaliyyət göstərən canlı varlıq.
O.-ləri cansız materiyadan fərqləndirən onların həyati xüsusiyyətlərinin (maddələr mübadiləsi, hərəkət, böyümə, inkişaf, çoxalma, dəyişkənlik, irsiyyət, həyat şəraitinə uyğunlaşma və s.) məcmusudur.
2. Geniş mənada: mürəkkəb tabeli və əlaqəli elementlərdən ibarət vahid sistem.
Canlı təbiət özü bütövlükdə mürəkkəb O.-dir. Bu sistemdə hər hansı əlamətin, o cümlədən coğrafi şəraitin dəyişməsi O.-in ümumi vəziyyətinə ciddi təsir göstərə bilər.
Coğrafiya terminləri lüğətiyun. organon – orqan + yun. genesis – yaranma
Bitki və heyvan orqanizmlərinin qalıqlarından və ya onların həyat fəaliyyəti məhsullarından ibarət çökmə süxurlar.
O.S.-a maddə tərkibinə görə silisiumlu (yosun, süngər qalıqlarından ibarət və s.), karbonatlı (rif, əhəngdaşı, təbaşir və s.), fosfatlı süxurlar, həmçinin kömürlər (qonur kömür, antrasit, yanar şist və s.) daxildir.
Coğrafiya terminləri lüğətiyun. oros – dağ + yun. grapho – yazıram, təsvir edirəm
Geomorfologiyanın Yer səthinin relyef formalarını öyrənən sahəsi.
O. relyef formalarını mənşəyindən, yaşından və inkişaf tarixindən asılı olmayaraq zahiri əlamətlərinə görə təsvir edir, onların təsnifatını yaradır.
Coğrafiya terminləri lüğətiBütün okeanların mərkəzi hissələrində yerləşən dağ silsilələri.
Abissal düzənliklər üzərində 2000-3000 metr yüksələn bu dağlar okean dibinin təxminən 15%-ni əhatə edir, onların ümumi uzunluğu 70 min km-ə çatır. Həmin strukturlarda yeni okean Yer qabığının formalaşması prosesi gedir. O.O.D.S. okean tavalarının hərəkəti nəticəsində yaranıb və fəal vulkanizmi, seysmikliyi ilə fərqlənir. Zirvələrinin səthə çıxdığı yerlərdə ada əmələ gəlir (məs.: Havay, İslandiya adaları). O.O.D.S.-nin mərkəzində fəal seysmikliyə malik rift dərələri olur.
Coğrafiya terminləri lüğətilat. temperatura – normal vəziyyət
Müəyyən zaman kəsiyində vaxtaşırı qeydə alınan temperatur dərəcələrinin orta göstəricisi.
Gündəlik O.T.-u müəyyənləşdirmək üçün, adətən, temperatur gün ərzində 8 dəfə (3 saatdan bir) ölçülür və ölçmələrin cəmi 8-ə bölünür. Aylıq O.T. ay ərzində orta sutkalıq (gündəlik) temperaturların cəmini günlərin sayına, illik O.T. isə il ərzində orta aylıq temperaturların cəmini ayların sayına bölməklə tapılır.
Coğrafiya terminləri lüğətiMal-qaranı otarmaq, habelə yem ehtiyatı hazırlamaq üçün istifadə edilən ot bitkiləri ilə örtülü geniş ərazi.
Təbii və süni O.-lar, öz növbəsində, ilboyu istifadə edilən və mövsümi O.-lara bölünür. Süni O.-lar ot toxumu səpmə və suvarma yolu ilə yaradılır. Ərazinin relyef və iqlim xüsusiyyətlərindən asılı olaraq yay və qış O.-ları fərqləndirilir. Azərbaycanda yay O.-ları alçaq və qismən orta dağlıq ərazilərdə, qış O.-ları isə düzənlik ərazilərdə yerləşir.
Coğrafiya terminləri lüğəti