1. Üstündə nəzarət (göz) olmayan (olmadan), nəzarət edilməyən, baxıcısız, heç kəs tərəfindən nəzarət edilməyən. □ Nəzarətsiz əkin. Nəzarətsiz tikinti.
2. Zərf kimi: üstündə nəzarət (göz) olmayan (olmadan), nəzarət edilməyən, baxıcısız, heç kəs tərəfindən nəzarət edilməyən. □ ...Bostanı nəzarətsiz qoymağa Qaranın ürəyi gəlmirdi. (Ə.Əbülhəsən).
3. Baxımsız. □ Nəzarətsiz uşaqlar.
1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi; göz, baxış. □ Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək.
2. Məcazi mənada: nəzərində şəklində – ...gözündə, ...təsəvvüründə, ...düşüncəsinə görə. □ ...Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. (Mir Cəlal).
3. Göz, diqqət, himayə, kömək. □ ...Bacıoğlu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. (B.Talıblı).
4. Məcazi mənada: bədbəxtlik, uğursuzluq, gözə gəlmə, gözdəymə. □ ...Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi. (Mir Cəlal).
See also:
1. Nəzəriyyəyə əsaslanan, nəzəriyyə olan, nəzəriyyə ilə əlaqədar, nəzəriyyə əsasında qurulmuş. □ Nəzəri əsər. Nəzəri məqalə. Nəzəri nəticə.
2. Mücərrəd məntiqi və ya riyazi hesablamalar yolu ilə alınan. □ Nəzəri hesablama.
3. İlkin əsaslara, şərtlərə görə mümkün ola bilən, nəzərdə tutulan. □ Maşının nəzəri məhsuldarlığı.
4. Nəzəri məsələlərə həsr olunan, nəzəri məqsəd daşıyan. □ Nəzəri konfrans. Nəzəri məruzə.
1. Biliyin hər hansı bir sahəsində rəhbər tutulan ideyalar sistemi, elmi sistem; ictimai-tarixi həyatın gedişində toplanmış təbiət və cəmiyyət haqqındakı biliklərin məcmusu. □ İnqilabi nəzəriyyə. Ehtimal nəzəriyyəsi.
2. Təcrübi biliyin əksinə olaraq, hər hansı bir elmin, sənətin mücərrəd məntiqi planda işlənmiş ümumi əsasları. □ Nəzəriyyə ilə məşğul olmaq.
3. Təcrübi fəaliyyət və ya həqiqi varlığın əksinə olan ümumi mücərrəd mühakimə.
See also: