Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

feminist media nəzəriyyəsi

lat. femina – qadın

Cəmiyyətdə gender bərabər­li­yinin təmin edilməsi və individuallığın ­təb­liğində medianın əvəzsiz roluna dair nə­zə­riyyə.

F.M.N. həm mediada qa­dın­ların təmsilçiliyində haqsızlıqların aradan qaldı­rılması, onların jurnalistikada rolunun artırılması, həm də həyatın bütün sahə­lərində gender dav­ranışı baxımından media vasitəsilə formalaşdırılan stere­o­tiplərin dağıdılması üsullarından bəhs edir.

See also:

Jurnalistika terminləri lüğəti