Yerin xəyali fırlanma oxunun Cənub yarımkürəsində onun səthi ilə kəsişdiyi nöqtə.
Antarktida materikində 2800 metr yüksəklikdə yerləşir. Yerin iki coğrafi qütbündən biridir. C.Q.-nə ilk dəfə 1911-ci il dekabrın 14-də Norveç tədqiqatçısı Rual Amundsen çatıb.
See also:
Coğrafiya terminləri lüğətilat. depressio – sıxılma, çökmə
Cənubi Afrika üzərində (ekvatorla cənub tropiki arasında) quruda havanın qızması nəticəsində əmələ gələn qapalı alçaq təzyiq (754 mm) sahəsi.
C.A.D. ekvatorial barik depressiyanın bir hissəsi olub ancaq qışda (Cənub yarımkürəsinin yayında) özünü büruzə verir.
Coğrafiya terminləri lüğətiyun. anti – əks, zidd + kyklon – fırlanan
Atlantik okeanının cənub hissəsində çoxillik atmosfer təzyiqi xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 765 mm, iyulda 768 mm) sahəsi.
C.A.A. Cənub yarımkürəsində subtropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.A.A.-nun öz mərkəzi isə Müqəddəs Yelena adası yaxınlığında yerləşir.
See also:
Coğrafiya terminləri lüğətiHind okeanının cənub hissəsində atmosferin çoxillik təzyiq xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 765 mm, iyulda 770 mm) sahəsi.
C.H.O.A. Cənub yarımkürəsində subtropik və tropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.H.O.A.-nun öz mərkəzi isə Mavriki adası yaxınlığında yerləşir.
See also:
Coğrafiya terminləri lüğətiSakit okeanın cənub-şərq hissəsində atmosferin çoxillik təzyiq xəritələrində aşkar nəzərə çarpan qapalı yüksək təzyiq (yanvarda 764 mm, iyulda 766 mm) sahəsi.
C.S.O.A. Cənub yarımkürəsində subtropik və tropik enliklərdə bütün il ərzində atmosferin daimi hərəkət mərkəzlərindən biridir. C.S.O.A.-nun öz mərkəzi isə Pasxa adası yaxınlığında yerləşir.
See also:
Coğrafiya terminləri lüğəti1. Dünya okeanında daimi və dövri su axını.
Böyük su kütlələri müəyyən istiqamətdə hərəkətə gəlir və C. yaradır. Dünya okeanında suyun hərəkətə gəlmə səbəblərinə daimi küləklərin okean və dəniz səthinə təsiri, güclü yağıntı və buxarlanma nəticəsində səthin relyefinin dəyişməsi, qabarma və çəkilmə yaradan qüvvələr, atmosfer təzyiqinin dəyişməsi və s. aiddir. Ətraf sahələrdə suların temperaturu ilə müqayisədə isti və soyuq C.-lar fərqləndirilir. İsti C.-lar ekvatordan qütblərə doğru (məsələn, Qolfstrim), soyuq C.-lar qütblərdən ekvatora doğru (məsələn, Labrador) hərəkət edir.
2. Atmosferdə daimi və dövri hava axını.
See also:
Coğrafiya terminləri lüğəti