Vətəndaşların və (və ya) qeyri-dövlət müəssisələrinin təsis etdikləri çap kütləvi informasiya vasitələri.
Azərbaycanda Ö.N. ölkə ərazisində daimi yaşayan vətəndaşlar və (və ya) yerli hüquqi şəxslər tərəfindən yaradıla bilər. Xarici ölkələrin hüquqi və fiziki şəxslərinin Azərbaycanda Ö.N. təsis etməsi isə dövlətlərarası müqavilələrlə tənzimlənir. Qanuna görə, «xarici dövlətin hüquqi şəxsi» dedikdə nizamnamə kapitalının (səhmlərinin) 30 faizindən, yaxud təsisçilərinin 1/3 hissəsindən çoxu xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olan təşkilatlar, müəssisələr başa düşülür.
See also:
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrinin fəaliyyət prinsiplərinin, jurnalistlərin davranış qaydalarının peşəkar dairələr tərəfindən müəyyənləşdirilməsi və onlara könüllü əməl olunması prosesinin nəzarətə götürülməsi.
Ö. yalnız qanunların media sahəsində ümumi məqsəd və vəzifələri müəyyənləşdirdiyi, onlara çatmaq üsullarını seçməyi isə bu sahədə fəaliyyət göstərənlərin öhdəsinə buraxdığı şəraitdə səmərəlidir. Mahiyyət etibarilə Ö.-nin başlıca funksiyası KİV-in müstəqilliyini qorumaq, hakimiyyətlə münasibətlərini tənzimləmək və cəmiyyət qarşısında məsuliyyətini təmin etməkdir. Ö. sisteminin bünövrəsində jurnalist təşkilatları və media orqanlarının geniş öhdəliklərlə qəbul etdiyi peşə etikası standartları durur.
See also:
Jurnalistika terminləri lüğətiyun. mechane – maşın
Medianın peşəkar dairələr tərəfindən müəyyənləşdirilmiş fəaliyyət prinsipləri, jurnalistlərin davranış qaydaları və onlara könüllü əməl olunmasına nəzarət sistemi.
Bu sistemin əsasını peşə etikası standartları təşkil edir: fəaliyyət prinsipləri və davranış qaydaları məhz orada əks olunur. Həmin standartlar əhatə dairəsindən asılı olaraq redaksiya kollektivləri, jurnalist təşkilatları, qurultaylar tərəfindən təsdiqlənir, onlara əməl olunmasına nəzarət üçün üsullar, qurumlar yaradılır. Redaksiyadaxili standartlara redaksiya şuraları və ombudsmanlar, ümumölkə və ya beynəlxalq standartlara isə mətbuat şuraları, xüsusi komissiyalar, onların birlikləri nəzarət edir. Nəzarət üsulları tənbehdən, ictimai qınaqdan, bəzi hallarda (əsasən, redaksiya daxilində) müəyyən cəza tədbirlərindən ibarətdir. Ö.M. yalnız medianın müstəqilliyinin və peşəkarlığının deyil, bütövlükdə demokratiyanın mühüm şərtlərindən biridir. Medianın Ö.M.-nin ilk institutları (etika kodeksləri) hələ XX əsrin əvvəllərində yaranıb. Lakin bir sistem kimi o, 1940-cı illərdən, ABŞ-da «mətbuat azadlığının perspektivlərini araşdırmaq» üçün Çikaqo universitetinin prezidenti Robert Hatçinsin rəhbərliyi ilə yaradılmış komissiyanın («Hatçins komissiyası») «Azad və məsuliyyətli mətbuat» hesabatı yayıldıqdan sonra formalaşmağa başlayıb. Hesabatda deyilirdi: «… kütləvi kommunikasiya vasitələrinin təmərküzləşməsi demokratiyaya təhlükə həddinə çatırsa, demokratiya bu problemi onların parçalanması yolu ilə həll edə bilmirsə, həmin vasitələr özünütənzimləməyə keçməlidir, əks təqdirdə hökumətin nəzarətinə götürüləcək. Amma onların hökumətin nəzarətinə keçməsi ilə biz totalitarizmdən başlıca müdafiə zəmanətimizi itirəcək, totalitarizmə doğru ciddi addım atmış olacağıq». Komissiyanın tövsiyəsinə uyğun olaraq ABŞ-da İnformasiya üzrə Milli Şura yaradıldıqdan sonra eyni proses sürətlə bütün dünyada yayıldı.
See also:
Jurnalistika terminləri lüğətilat. censor < censere – qiymətləndirmək, nəzərdən keçirmək
Müəllifin bu və ya digər səbəbdən ictimailəşdirməkdən çəkindiyi faktı, fikri şüurlu surətdə çıxışına, materialına daxil etməməsi, yaxud hər hansı hissəni əsərdən çıxarması.
Ö. redaktorun, jurnalistin, aparıcının və b.-nın kənardan açıq rəsmi nəzarət olmadan, ictimai maraqları deyil, şəxsi və korporativ maraqları əsas tutaraq söylədiklərinə və yazdıqlarına məhdudiyyətlər qoymasıdır, buna görə ona «daxili senzura» da deyilir. Ö. müxtəlif səbəblərdən yarana bilər: məsələn, jurnalistin qeyri-qanuni cəza tədbirlərindən, işdən çıxarılmaqdan ehtiyat etməsi, redaksiyanın reklam sifarişçisini itirmək təhlükəsi, hakimiyyət orqanları ilə münasibətləri korlamaq istəməməsi və s.
See also:
Jurnalistika terminləri lüğətiKitabların əvvəlində əsərin mövzusunu, ideyasını, məqsədini, sənətkarlıq xüsusiyyətlərini izah edən yazı; müqəddimə.
Ön söz həm müəllifin özü, həm də başqaları tərəfindən yazıla bilər. Başqaları tərəfindən yazılan ön sözlərdə əsər müəllifinin yaradıcılığı da təhlil olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1. Xanədəki güclü və zəif payların kəmiyyət ölçüsünü bildirən işarə.
Ölçü kəsrlə göstərilir: kəsr xəttinin altındakı rəqəm xanə bölgüsünün uzunluğunu, üstündəki rəqəm xanədəki payların miqdarını bildirir; məsələn: 2/4; 3/4; 3/8; 6/8 və s.
2. Hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid.
İbtidai siniflər üçün terminlər lüğətiHər hansı ölkənin və ya onun ayrı-ayrı bölgələrinin, şəhərlərinin, kəndlərinin təbiətini, əhalisini, təsərrüfatını, tarix və mədəniyyətini kompleks şəkildə öyrənən elm sahəsi.
Ö., öz növbəsində, bir sıra sahələrə bölünür: coğrafi Ö., tarixi Ö., etnoqrafik Ö., toponomik Ö. və s. Tədqiqatların, adətən, yerli mütəxəssislər tərəfindən aparılması Ö.-ın əsas fərqli xüsusiyyəti sayılır. Azərbaycanda bu elm XIX əsrdə inkişaf etməyə başlayıb: maarifpərvər ziyalılar doğma diyarın tarixinə və mədəniyyətinə dair materialları toplayaraq çap etdiriblər. Qabaqcıl müəllimlər məktəblərdə, kitabxanalarda Ö. dərnəkləri, kiçik muzeylər yaradıblar. Ö.-ın inkişafında XX əsrin 20-ci illərində fəaliyyət göstərmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin böyük rolu olub.
Tarix terminləri lüğəti1947-ci ildən başlayaraq Ölü dənizin şimal-qərb sahillərindəki mağaralarda aşkar edilmiş qədim manuskriptlər (əlyazmalar).
Qədim yəhudi, arami, nəbati, yunan, latın, Suriya-Fələstin və ərəb dillərində olan bu mətnlər dəri, papirus, eləcə də saxsı, mis və ağac üzərində yazılıb. Həmin manuskriptlər tapıldığı yerə görə üç hissəyə bölünür: Kumran, Masada və Xirbət-Mird əlyazmaları. E.ə. II əsr – eramızın I əsrinə aid Ö.D.Ə. Yaxın Şərqdə xristian təliminin yaranması və inkişafını əks etdirən qiymətli mənbə sayılır. Onlar Qüdsdə İsrail muzeyinin xüsusi bölməsi olan “Kitab məbədi”ndə saxlanılır və beynəlxalq araşdırmaçılar qrupu tərəfindən öyrənilir.
Tarix terminləri lüğəti