Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABAN türk.

aban sözü nüfuzlu, hörmətli, ləyaqətli anlamına gəlir.

Bu gün Aban antroponimi haqqında fi kirlər müxtəlifdir. Bir sıra araş dırmalardan məlum olur ki, etnonimdir, m.ə. qarqarlarla bir-likdə Qafqaza – Albaniyaya gələn abant/aban (t samiti sonradan düş müş və ya ixtisar edilmişdir) türk mənşəli tayfalardan birinin adı kimi izah edilir. Aban sözünün m.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir. Qarqarların Şimal-Qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə m.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plu-tarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Lakin bu izah dəqiq he sab olunmur. Çünki bəzi mənbələrdə fars dilində olan aban sözü ilə əlaqələndirilir. Mənası su, sular oğlu kimi izah edilir. Bir məsələ də var ki, bəzən ad fars dilində aban ayının – səkkizinci ayın adı ilə əlaqələndirilir. Araşdırmalar da təsdiq edir ki, Azər-baycanda Aban antroponimi çox qədim adlardandır. Yuxarıda qeyd etdiyimiz kimi, qədim türk mənşəli tayfanın adındandır. İslamaqədərki ərəb adlarından olması barədə də mənbələrdə inandırıcı görünən məlumatlar var. İrəvanın Şərur-Dərələyəz qəzasında, Keşişkənd (Yeğeqnadzor) bölgəsində Aban kəndi, Türkiyədə Abant gölü var. Rus dilçiliyində Rusiyanın Krasnoyarsk vilayətində Abanskoe kəndinin adı da türk mənşəli aban sözü ilə əlaqələndirilir. Fikrimizcə, Aban şəxs adının etnonim olması daha inandırıcı görünür. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aban bu gün yalnız soyad-larda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABBAS ərəb.

əbbas sözü (əslində əl-Əbbas) qaynayıb-qarışmayan, ada mayovuşmaz, hirsli, acıqlı, tutqun, qaşqabaqlı; heybətli, vahiməli, qəzəbli anlamlarını ifadə edir.

Burada əl ərəb dilində olan müəyyənlik artiklidir, adla işlənsə də, mənasını dəyişmir. Abbas antroponiminin təhrif olunmuş Abas forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bəzi araşdırmalarda Abas adının Abbas adı ilə heç bir əlaqəsi olmaması barədə fikirlərə rast gəlinir, Abas antroponimi Alban katolikosunun (551–595) adı ilə əlaqələndirilir. Türk dilində Abas adının (a-ı əvəzlənməsi) abıs, apas, abız (geniş savadlı anlamında) sözündən olduğu barədə məlumatlara da rast gəlinir. Tatar anroponimikasında Abas, Apaz şəxs adları mövcuddur. Bir çox tədqiqatlardan o da məlum olur ki, Abbas ərəblərdə də hələ İslamaqədərki şəxs adlarındandır. Mənbələrdə Məhəmməd Peyğəmbərin əmisinin adının da Abbas ibn Abd-al-Müttalib olması barədə əsaslandırmalar yer almış dır. Araşdırmalarda bu şəxsin VI əsrdə yaşadığı barədə də məlumat verilir. Əski əlifb alı kitablarda Abbas adı düzgün yazılsa da, ərəblərin ayn samitinin farslar kimi əyn oxunması səbəbindən uzun müddət yanlış olaraq Əbbas kimi oxunmuşdur. Sonralar bu səhv aradan qaldırılmışdır. Azərbaycan antroponimika sında Abas kişi adı ilə yanaşı, tərkibində adın iştirak etdiyi ki fayət qədər mürəkkəb şəxs adı mövcuddur. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda yeni doğulan övladlara ad qoyarkən ya valideynlərin, ya da əvvəlki övladların adı na yaxın və ya qafiyə uyğunluğu olan adlar qoymaq həmişə dəb də olmuşdur və deyərdik ki, bu gün də bu ənənə davam edir. Məsələn, ailədə Abbas adlı birisi varsa, o biri övladlara Abbasəli, Gülabbas, Əlabbas və s. adlar qoyulur. Azərbaycanda Abbasov, Abasov, Abbaslı, Abaslı, Abbaszadə, Abaszadə soyadlarına çox tez-tez rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABBASQULU ərəb.

mürəkkəb adların yaranmasında iştirak edən Abbas və azərb. Qulu adlarının birləşməsindən yaranmış şəxs adıdır.

Abbasqulu (bax: ad – ABBAS; QULU) kişi adı Abbasın qulu anlamını ifadə edir. Adın təhrif olunmuş Abasqulu forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abbasqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcıları arasında məşhur şəxsiyyət Abbasqulu ağa Bakıxanovun (1794-1847) milli ədəbiyyatımızda maarifçilik ideyalarının yaranmasında özünəməxsus rolu olmuşdur. Azərbaycan xalqının ictimai-mədəni fikir tarixində ensiklopedik biliyə sahib ziyalı A.Bakıxanov elmi əsərlərlə yanaşı, lirik şeirlər, qəzəllər, həmçinin mənzum hekayələr və təmsillər müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABBASMİRZƏ ərəb.

mürəkkəb adların yaranmasında iştirak edən Abbas və fars. Mirzə adlarının birləşməsindən yaranmış şəxs adıdır.

Abbasmirzə (bax: ad – ABBAS; MİRZƏ) kişi adı hörmətli, əmirza- də, oxumuş, savadlı Abbas anlamlarını ifadə edir. Adın təhrif olunmuş Abasmirzə forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abbasmirzə bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Bu adın Şərq ölkələrində populyarlığı şahzadə Abbasmirzənin adı ilə bağlıdır desək, yəqin ki, yanılmarıq. Tarixdən məlumdur ki, Fətəli şahın oğlunun adı Abbasmirzə (1782-1833) olmuşdur. Şahzadə, naib-sultan Abbasmirzə 1816-cı ildən fars taxt-tacının varisi idi və əslində özü dövləti idarə edirdi. İqamətgahı Təbriz şəhərində yerləşirdi. Vəliəhd həmçinin İran Azərbaycanına başçılıq etmiş, Rus–İran mühari- bələri (1804-1813 və 1826-1828) zamanı orduya da şəxsən özü rəhbərlik etmişdir. Adın daşıyıcılarından biri də Azərbaycanda XX əsrin əvvəllərində milli teatrın tanınmış xadimlərindən olan Abbasmirzə Şərifzadədir. Xalqın estetik tərbiyəsində özünəməxsus rolu olmuş A.Şərifzadə Mirzəbala Məhəmmədzadənin 1918- ci ilin mart hadisələrindən bəhs edən “Bakı uğrunda müharibə” faciəsini ilk dəfə tamaşaya qoymuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti