mürəkkəb adların yaranmasında iştirak edən Abbas və fars. Mirzə adlarının birləşməsindən yaranmış şəxs adıdır.
Abbasmirzə (bax: ad – ABBAS; MİRZƏ) kişi adı hörmətli, əmirza- də, oxumuş, savadlı Abbas anlamlarını ifadə edir. Adın təhrif olunmuş Abasmirzə forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abbasmirzə bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Bu adın Şərq ölkələrində populyarlığı şahzadə Abbasmirzənin adı ilə bağlıdır desək, yəqin ki, yanılmarıq. Tarixdən məlumdur ki, Fətəli şahın oğlunun adı Abbasmirzə (1782-1833) olmuşdur. Şahzadə, naib-sultan Abbasmirzə 1816-cı ildən fars taxt-tacının varisi idi və əslində özü dövləti idarə edirdi. İqamətgahı Təbriz şəhərində yerləşirdi. Vəliəhd həmçinin İran Azərbaycanına başçılıq etmiş, Rus–İran mühari- bələri (1804-1813 və 1826-1828) zamanı orduya da şəxsən özü rəhbərlik etmişdir. Adın daşıyıcılarından biri də Azərbaycanda XX əsrin əvvəllərində milli teatrın tanınmış xadimlərindən olan Abbasmirzə Şərifzadədir. Xalqın estetik tərbiyəsində özünəməxsus rolu olmuş A.Şərifzadə Mirzəbala Məhəmmədzadənin 1918- ci ilin mart hadisələrindən bəhs edən “Bakı uğrunda müharibə” faciəsini ilk dəfə tamaşaya qoymuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti