Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABBASQULU ərəb.

mürəkkəb adların yaranmasında iştirak edən Abbas və azərb. Qulu adlarının birləşməsindən yaranmış şəxs adıdır.

Abbasqulu (bax: ad – ABBAS; QULU) kişi adı Abbasın qulu anlamını ifadə edir. Adın təhrif olunmuş Abasqulu forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Abbasqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcıları arasında məşhur şəxsiyyət Abbasqulu ağa Bakıxanovun (1794-1847) milli ədəbiyyatımızda maarifçilik ideyalarının yaranmasında özünəməxsus rolu olmuşdur. Azərbaycan xalqının ictimai-mədəni fikir tarixində ensiklopedik biliyə sahib ziyalı A.Bakıxanov elmi əsərlərlə yanaşı, lirik şeirlər, qəzəllər, həmçinin mənzum hekayələr və təmsillər müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti