ərəb. raif (əslində rauf) sözündəndir. Raifə qadın adı çox mərhəmətli, mehriban, ürəyi həddən artıq yumşaq, acıyan, dərd anlayan, əlindən gələni əsirgəməyən mənalarını ifadə edən Raif kişi adından (bax: ad – RAİF) ənənəvi yolla yaranmış qadın adıdır.
Adın dilimizin fonetik qanununa görə dəyişmiş forması Rayifə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. ramin (əslində ərəbcə rama) sözündəndir. Ramin sözünün bəzi mənbələrdə əslində ibrani dilində Günəş, Günəş oğlu mənalarını ifadə etməsi sonradan ərəb dilinə keçmə sözlərdən olması barədə də məlumatlar vardır.
Raminə qadın adı Ramin kişi adından (bax: ad – RAMİN) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti