Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

RƏQİBƏ

ərəb. raqib sözündəndir. Raqib bu gün dilimizin əsas fonetik qanununa əsasən, rəqib biçimindədir.

Müasir Azərbaycan dilində ümumişlək sözlərdən olan rəqib hər hansı bir işdə, vəziyyətdə başqalarından üstün gəlməyə çalışan (adam), eyni şeyi tələb edən, istəyən, arzu edən şəxslərdən hər biri, hər hansı bir yarışda iştirak edən tərəflərdən biri mənasındadır. Rəqibə qadın adı Raqib kişi adından (bax: ad – RAQİB) ənənəvi yolla yaranmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti