ərəb. raif (əslində rauf) sözündəndir. Raifə qadın adı çox mərhəmətli, mehriban, ürəyi həddən artıq yumşaq, acıyan, dərd anlayan, əlindən gələni əsirgəməyən mənalarını ifadə edən Raif kişi adından (bax: ad – RAİF) ənənəvi yolla yaranmış qadın adıdır.
Adın dilimizin fonetik qanununa görə dəyişmiş forması Rayifə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti