ərəb. rahim (əslində rahim) sözündəndir. Rəhimə qadın adı dilimizdə çox rəhmli, ürəyiyumşaq, həddən ziyadə mərhəmətli, acıyan, rəhm edən, bağışlayan, mərhəmət sahibi anlamlarını ifadə edən Rəhim kişi adından (bax: ad – RƏHİM) ənənəvi yolla yaranmış qadın adıdır.
Rəhimə qadın adı dilimizin antroponimik vahidlər sistemində İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada din tarixinə daxil olmuş şəxslərin adları kimi, ailə üzvlərinin, yaxınlarının adlarına da üstünlük verilmişdir. Rəhimə VII imam və xəlifə sayılan Museyi-Kazımın (Musa əl-Kazımın) qızının adındandır. XX əsrdə məişətimizdə geniş yayılmış Rəhimə qadın adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti