Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HİKMƏTULLA ərəb.

mürəkkəb adların tərkibində işlənən Hikmat Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində Hikmətüllah (bax: ad – HİKMƏT; ÜLLAH) şəxs adı Tanrının müdrikliyi, Allahın hikməti mənasını ifadə edir.

Adın təhrif olunmuş forması Hikmətulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Hikmətulla şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HİLAL ərəb.

hilal sözündəndir.

Azərbaycan dilində təzə çıxmış bir iki günlük, bir neçə günlük aya hilal, yəni təzə ay deyilir.Aypara (bax: ad – AYPARA) mənası da vardır. Bununla, yəni aypara ilə əlaqədar şifahi xalq yaradıcılığında da, klassik ədəbiyyatda da gözəlin təsvirində qaşına hilal sözü ilə işarə edilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÖKMƏLİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Höküm Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Hökməli (bax: ad – HÖKÜM; ƏLİ) kişi adının mənası Əlinin hökmü, Əlinin əmri, buyuruq sahibi Əli, sərəncam verən Əlidir. Azərbaycan ərazisində Hökməli kəndi Abşeron yaxınlığındadır. Mənbələrdə Hökməli kəndinin adı kəndi salmış Hökməli şəxs adı ilə əlaqələndirilir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÖKMULLAH ərəb.

mürəkkəb adların tərkibində işlənən hökm Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Hökmullah (bax: ad – HÖKÜM; ÜLLAH) kişi adı Allahın əmri, Allahın buyurduğu mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Hökmulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Hökmulla şəklindədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti