Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HİKMƏT ərəb.

hikmat sözündəndir. Azərbaycan dilində hikmət sözü bir neçə məna ifadə edir: 1. Müdrik söz, dərin fikir, dərin məna, müdriklik, dərinlik; 2. Keçmişdə təbiət elmlərinə, xüsusən fizikaya, həmçinin fəlsəfəyə verilən ad (hikmət elmi), məc. sirr, anlaşılmaz, müəmma, gizli səbəb. Hikmət kişi adı sözün birinci mənası ilə əlaqədar olub, müdriklik, dərinliklə bağlıdır.

Adın ərəb dünyasında da, sonradan İslamı qəbul edən xalqların dilində həddən artıq populyar, sevilən adlardan olması da Allahın məlum 99 adından olması ilə əlaqədardır desək, yəqin ki, yanılmarıq. Əsasən müdriklik, dərin fikir mənasını ifadə edən Hikmət antroponimi dilimizdə işləndiyi vaxtdan etibarən bütün dövrlərdə oğlan övladlara sevə-sevə verilən şəxs adlarındandır. Adın məşhur daşıyıcılarından XX əsrin ortalarından ədəbiyyata qədəm qoymuş tanınmış şair, tərcüməçi Hikmət Ziya (Əfəndiyev) (1929-1995) Azərbaycanda, əsasən, bədii cəhətdən çox dəyərli təmsilləri ilə oxucuların yaddaşında dərin iz buraxmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti