Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

HÖKÜM ərəb.

hökm sözündən olub, dilimizdə höküm kimi tələffüz edilir.

Dilimizin fonetik qanunlarına əsasən, iki yanaşı samitin ortasına sait artırılır. Sonradan səs artımı yazıda da ifadə edilmişdir. Şəxs adı da Höküm kimi formalaşmışdır. Höküm kişi adı əmr, buyuruq, sərəncam, hökumət, idarə etmək mənasındadır. Bu gün Höküm kişi adı populyarlığını itirmiş adlardan olsa da, Azərbaycan antroponimikasında tərkibində adın iştirak etdiyi Hökümə (bax: ad – HÖKÜMƏ), Hökməli (bax: ad – HÖKMƏ- ), Hökmulla (bax: ad – HÖKMULLA) və s. kimi mürəkkəb şəxs adları mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti