israf sözündən olub, dilimizə tərcümədə malın, pulun həddən artıq sərf edilməsi (israfçılıq) deməkdir.
İsraf İslam dinində boş şeylərə sərf edilməsi ilə əlaqədar ən böyük günahlardan hesab edilir. İsraf kişi adı da müvafiq olaraq artıq və lazım olmayan yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma, puç etmə mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətis’erafim sözü ərəb dilinə keçdikdən sonra ərəbcələşdirimiş, israfil formasına düşmüşdür.
Bəzi mənbələrdə isə İsrafil qədim yəhudi dilində mövcud olmuş Sarof adının ərəbcələşdirilmiş forması kimi izah edilir. İsrafil odlu, atəşli, yandırıcı, yandıran anlamlarını ifadə edir. Xristian teologiyasına əsasən birinci dərəcəli səmavi ruhdur. İslam dininə görə isə İsrafil dörd əsas mələkdən birinin adıdır. Həmin bu mələk Qiyamət gününün gəlməsini insanlara şeypur çala-çala xəbər verərək ölüləri dirildəcəkdir. Bu gün İsrafil kişi adı məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəslində yıs’ra’el olub, dilimizdə İsrail/İsrayıl kimi işlənən adın mənası mübariz Allahdır, mübariz Tanrıdır, Allah hakimdir mənalarındadır. Mənbələrdə Tanrının qulu, Allahın kö- ləsi, eləcə də Tanrıya qalib gələn, mübarizə aparan anlamlarını ifadə etməsi barədə məlumatlara rast gəlinir.
Rəvayətə görə, İsrail/İsrayıl adı Yaqub Peyğəmbərin ləqəbindəndir. “Bibliya”ya görə, guya yəhudi xalqı onun on iki oğlunun törəməsidir. İslam dinində bəni-İsrail də bu mənadadır. Azərbaycan antroponimikasına keçən əsrin otuzuncu illərindən dsaxil olmuş kişi adlarındandır. Məişətimizdə nadir adlardan hesab edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiittifaq sözü Azərbaycan dilində ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin, bəzən də dövlətlərin, millətlərin, xalqların birləşməsi, sıx əlaqəsidir.
Məlum olduğu kimi, 1922-ci ildə Rusiya tərəfindən əslində xalqların iradəsi xaricində on iki dövlətin daxil edildiyi Sovetlər İttifaqı yaradılmışdı. Bu dövrdə ideologiyanın diktəsi ilə yeni adlar da yaradılırdı. Belə adlar sonradan uzunömürlü olmadı. İttifaq da bu qəbildən olan şəxs adlarındandır. XX əsrin ortalarından unudulmuş adlar sırasındadır. Bu gün adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiizz ad-din sözü dilimizdə dinin qüdrəti, gücü, dinin qiyməti, dəyəri, etibarı, dinin şərəfi, hörməti anlamlarını ifadə edir.
İzzəddin kişi adı Azərbaycanda keçən əsrin 70-ci illərdən sonra müşahidəediləcək dərəcədə azalmışdır. Bu gün adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir. Azərbaycan antroponimikasında qədim şəxs adları sırasındadır. Xaqaninin müasiri olmuş, ilk dəfə haqqında A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilmiş, həmçinin dövrünün bir çox tanınmış şəxslərinin hamisi, öz əsrinin fəzl və kamal sahiblərindən olmuş İzzəddin Şirvani, eləcə də doğma Azərbaycan dilində şeiri gəlib çatmış ilk şair İzzəddin Həsənoğlu adın məşhur daşıyıcılarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiizzat sözündən olub, hörmət, şərəf, etibar, böyüklük, ucalıq, həmçinin namus, qeyrət, ismət mənalarını ifadə edir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İzzət məişətimizdə geniş yayılmışdır. İzzət kişi adı sözün qeyrət, namus, hörmət mənaları ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İzzat və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İzzətəli (bax: ad – İZZƏT; ƏLİ) kişi adı Əli hörməti, Əli şərəfi mənalarını ifadə edir.
Adın təhrif olunmuş forması İzzətalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad həm İzzətəli, həm də İzzətalı şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən İzzat və Üllah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İzzətullah (bax: ad – İZZƏT; ÜLLAH) kişi adı Allahın hörmətli bəndəsi, Tanrının şərəflisi, şərəfli qulu, köləsi, bəndəsi anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması İzzətulla da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Bu gün ad yalnız İzzətulla şəklindədir. Azərbaycanın, əsasən, cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycanın cənub bölgələrində geniş yayılmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti