əslində yıs’ra’el olub, dilimizdə İsrail/İsrayıl kimi işlənən adın mənası mübariz Allahdır, mübariz Tanrıdır, Allah hakimdir mənalarındadır. Mənbələrdə Tanrının qulu, Allahın kö- ləsi, eləcə də Tanrıya qalib gələn, mübarizə aparan anlamlarını ifadə etməsi barədə məlumatlara rast gəlinir.
Rəvayətə görə, İsrail/İsrayıl adı Yaqub Peyğəmbərin ləqəbindəndir. “Bibliya”ya görə, guya yəhudi xalqı onun on iki oğlunun törəməsidir. İslam dinində bəni-İsrail də bu mənadadır. Azərbaycan antroponimikasına keçən əsrin otuzuncu illərindən dsaxil olmuş kişi adlarındandır. Məişətimizdə nadir adlardan hesab edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti