►Hər hansı pis əmələ görə utanmaq, xəcalət çəkmək, ifşa edilmək, adam içinə çıxa bilməmək.
İfadənin qədim şaman adətlərindən qaynaqlandığı ehtimal edilir.
Şaman adətlərinə görə, qədim dövrlərdə pis əməl törədən şəxsləri el-oba arasında kütləvi şəkildə ifşa edərdilər. Uşaqdan böyüyə kimi hamı həmin şəxsin bəd əməlindən xəbər tutardı. Adət belə idi: hər hansı günah işlətmiş, məsələn, oğurluq etmiş şəxsin üzünü kömürlə qaraldar, sonra küçə-küçə gəzdirib ona lənət yağdırarmışlar. Beləliklə, üzüqaralıq başqa adamları günah işlərdən çəkindirərmiş. Sonradan həmin adət aradan qalxsa da, ifadə işlənməkdə davam edib.
Hazırda dilimizdə «yanında üzüqara çıxmaq», «üzün qara olsun» ifadələri də işlədilir.
Məsəllər, deyimlər►Xoşxasiyyətlilik edən, az zamanda rəğbət qazanıb özünü sevdirməyi bacaran adamlar haqqında işlədilən ifadə.
İfadə qədim insanların şeytanın davranışları, xüsusən şəkildəyişmələri haqqındakı təsəvvüründən qaynaqlanır.
Həmin inanca görə, şeytan müxtəlif cildə girərək insanları yoldan çıxarmağa çalışır. O, bəzən gənc oğlan surətində peyda olub qız-gəlinləri günah işləməyə məcbur edir, ya da əksinə. Özü şər qüvvəni təmsil etdiyinə baxmayaraq o, adamların gözünə şirin, gözəl, xoşxasiyyət, hörmətcil, mülayim görünməyə çalışır.
«Şeytan tükü» ifadəsi məşhur «Məlik Məhəmməd» nağılında aşağıdakı versiyada verilir:
«Məlik Məhəmməd gözlərini yumdu. Şeytan bir tük olub tutuquşunun tükünə qarışdı. Məlik Məhəmməd gözlərini açanda at dedi:
– Məlik Məhəmməd, qoçağım, tüklü tutuya sahib olacaqsan, tez tap.
Məlik Məhəmməd bildi ki, şeytan tük olub quşun tükünə qarışıb, dedi:
– Şeytan qardaş, gözlərinə tük dolar. Tutuquşunun tüklərinin içindən kənara çıx».
«Üzündə şeytan tükü var» deyəndə bəzən nağıldakı kimi şeytanın özünün tük kimi insana qarışdığına işarə edirlər.
Məsəllər, deyimlər►Simaca həddindən artıq gözəl olan birinə baxıb zövq almaq; hayıl-mayıl olmaq.
İfadә mәşhur «Yusif vә Züleyxa» dastanından qaynaqlanaraq yayılmışdır.
Şərqin bu məşhur dastanında deyilir ki, sima etibarilə çox gözәl olan Yusif Misirdә valilik edəndə yeddi il qıtlıq olmuşdu. Bu müddәtdә Yusif xalqa hәmişә buğda paylamış, onu aclıqdan xilas etmişdi. Amma yeddinci il buğda tükәnmiş, yeni mәhsulun yetişmәsinә isә qırx gün qalmışdı. Ac camaat Yusifin yanına gәlir. Guya Yusif çölә çıxıb bir uca yerdә durur, üzündәn niqabı qaldıraraq camaata:
– Üzümә baxın, – deyir.
Guya xalq onun üzünü görüb «әhsən» dedi vә qarınları qırx gün müddәtinә doydu. Deyilənə görə, hәmin müddәtdә Yusifin üzünü görənin aclığı dərhal yadından çıxarmış.
Kökü hәmin hadisә ilә әlaqәdar olan ifadә müasir dilimizdә mәnaca daha da şiddәtlәndirilәrәk «üzünә baxmaqla doymaq olmur» şәklini almışdır.
Məsəllər, deyimlər►Özünü bədnəzərdən, kənar gözdən, naməhrəmdən qorumaq, utanmaq.
İfadə qədim zamanlarda insanların hamılıqla niqab gəzdirmək adətindən qaynaqlanaraq yayılmışdır.
Qәdimlәrdә qadınlarla bərabər, sifətcə gözәl olan kişilәr də gözə gəlməsinlər deyə niqabla gәzirdilәr vә niqab, adәtәn, əlәk formasında olurdu. Odur ki sadә xalq dilindә niqab örtmәk elә üzә әlәk tutmaq şәklindә ifadә edilmәyә başlamışdır.
«Kitabi-Dәdә Qorqud» dastanında «Qanturalı boyu»ndan məlum olur ki, mәhz gözәl olduğu üçün Qanturalı niqabla gәzir: «Qanturalı camal vә kamal yiyәsi yigit idi. Oğuzda dörd yigit niqabla gәzirdi. Biri Qanturalı, biri Qara Çökür vә oğlu Qırqqunuq vә boz ayğırlı Beyrәk. Qanturalı niqabın sәrpdi. Qız köşkdәn baxırdı, daraqlığı boşaldı, kədisi mavladı, öysәl olmuş dana kimi ağzının suyu axdı».
Başqa bir boyda Bamsı Beyrәyin üzü niqablı gәzməsindәn bәhs edilir: «Qızlar aydır: – Vallah, sultanım, bu yigit üzü niqablı yaxşı yigitdir. Bәy oğlu bәy imiş, – dedilәr.
Banıçiçәk aydır: – Hey, hey dayәlәr! Babam mәnә «sәni üzü niqablı Beyrәyә vermişәm» deyәrdi. Olmaya kim, bu ola».
Göyçәk kişilərin qәdim zamanlarda niqab örtmәsi müәyyәn әfsun xarakteri daşıyır, gözdәymәdәn qorunmaq mәqsәdi güdürdü; mәsәlәn, Şәrqdә gözәllik rәmzi hesab olunan Yusif üzünü daim niqabla xalqdan gizlәdәrmiş.
Məsəllər, deyimlər►Vaxtın dəyərliliyinə, zamandan daha səmərəli istifadə etməyə, az vaxtda çox iş görə bilməyə işarə ilə işlədilən ifadə.
İfadә Amerika alimi vә siyasi xadimi Bencamin Franklinin (1706–1790) «Gәnc tacirә mәslәһәt» (1748) әsәrindәn yayılıb.
Buna bәnzәr bir fikri qәdim yunan filosofu Teofrast da (e.ə. 372–287) söylәyib: «Vaxt baһa mәsarifdir».
Hәsәn bәy Zәrdabi 1877-ci ildә «Әkinçi» qәzetində yazırdı: «Bizim zәmanә zәһmәt zamanı olduğuna görə çox zәһmәt çәkәn artıq nәf tapır. Ona binaәn һükәma vaxta – dövlәt deyir. Yәni һәr kәsin zәһmәt çәkmәyә vaxtı çox isә o kәs artıq dövlәtli һesab olunur».
Bәzi yazılarda bu ifadә atalar sözü kimi tәqdim olunur.
Sabit Rәһmanın «Hüseyn Әrәblinski» pyesindә һökumət adamı deyir: «Әgәr ortada quru söz varsa, mәn әlimi bulaşdırmaq istәmirәm. Vaxt qızıldır, itirmәk olmaz».
İfadə bәzәn dә «vaxt – qızıl demәkdir» şәklindә işlәnir.
Məsəllər, deyimlər►Vaxtın çox qiymətli olduğunu, onun lazımınca qiymətləndirilməsinin vacibliyini bildirən ifadə.
Deyim görkəmli ictimai-siyasi xadim Bencamin Franklinə (1706–1790) məxsusdur.
B.Franklin həmin ifadəni «Gənc ticarətçiyə məsləhətlər» əsərində işlətmişdir. Həmin «məsləhətlərdən» birində belə deyirlər: «yadından çıxartma, vaxt – puldur, əgər sən gündə 10 şillinq qazana bilərsənsə və günün yarısını bikar oturursansa, deməli, hər gün 5 şillinq itirirsən».
Əslində, bu ifadə Britaniya mətbuatında ilk dəfə 1719-cu ildə işlədilmiş, lakin diqqəti o qədər də cəlb etməmişdir. Lakin B.Franklinin sayəsində «vaxt puldur» deyimi xeyli populyarlaşaraq aforizmə çevrilmişdir. Ana dilimizdə bu ifadə daha çox «vaxt qızıldır» şəklində işlədilir. Eyni zamanda dilimizdə vaxtla bağlı bir çox atalar sözü, həmçinin daha çox başqa dövlətlərdən gəlmiş «daşları yığmaq lazımdır», «vaxt sıxır», «vaxtı bitmək» və s. ifadələr işlədilir.
Məsəllər, deyimlər►Zamanında görülməyən işin və ya deyilməyən sözün sonralar bəla gətirəcəyinə eyhamla işlədilən ifadə.
İfadәnin yaranması qәdim zәrdüştlüklә әlaqәdardır.
«Avesta»da göstәrildiyinә görә, Yer üzündә birinci insan vә birinci padşah olan Kәyumәrs divlәr tәrəfindәn öldürülmüş oğlu Huşәngin intiqamını almaq üçün gedәrkәn bir ağ xoruzun ilanla vuruşduğunu və banladığını görür. Kәyumәrs ilanı öldürüb xoruzun banlamağını yaxşı әlamәt hesab edir vә onu alıb evə gәtirir.
Lakin Kәyumәrs ömrünün sonunda xәstәlәnir. Bir dәfә xoruz axşam vaxtı banlayır. Xoruz bu vaxta qədәr axşamlar banlamazmış. Ona görә adamlar onun bu vaxtsız banına tәәccüb edirlәr. Gәlib Kәyumәrsin öldüyünü görürlәr. Bundan sonra xoruzun axşam (vaxtsız) banı pis әlamәt hesab olunur. Belә xoruzun banı kәsilmәsә, fәlakәt üz verә bilәr.
Zərdüştilәr xoruzun vaxtında banlamasını mübarək fal һesab edirdilәr. Həm də xoruz ona görə müqәddәs hesab edilirdi ki, o, sabaһın açılmasını xəbər verirdi. Bu isә günәşin, işığın qaranlıq üzәrində qәlәbәsi demәk idi («Avesta»da xoruz «pәridar» adlanırdı). Xoruzun banlaması onun günәşi tәlәsdirməsi ilә әlaqәlәndirilirdi. Xoruz ölmәkdә olan gecәyә öz banı ilә sehrli tәsir göstәrir, onu öz canını başlanan gündüzә vermәyә mәcbur edir.
Məsəllər, deyimlər►Müqavimətə gücü çatmayan günahsız insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirən ifadə.
İfadə XVI əsrdə Fransada katoliklərin protestantları kütləvi şəkildə qətlə yetirdikləri Varfolomey bayramının adından götürülmüşdür.
Fransada məzhəb müharibələri zamanı hugenotların (Roma katolik kilsəsinə qarşı yönəlmiş yeni və islahatçı xristian məzhəbi olan protestantlara o dövrdə həqarətlə verilən ad) katoliklər tərəfindən kütləvi qətliamı Parisdə 1572-ci ilin 24 avqustuna keçən gecə (müqəddəs Varfolomey bayramı) başlamışdır.
Hücumu kral IX Karlın anası Yekaterina Mediçi (hər ikisi katolik idi) və əsilzadə giz nəslinin nümayəndələrinin rəhbərlik etdiyi Katolik liqa təşkil etmişdi. Katoliklər hugenotların güclənməsindən və onların başçıları admiral Qaspar Kolinyinin krala təsirindən ehtiyat edirdilər. Qətliam gecəyarısı kilsə zənginin işarəsi ilə başlamışdı.
Varfolomey gecəsi zamanı Parisdə başlanmış bu qırğın kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayıldı. Azğınlaşmış katoliklər protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşdular. Varfolomey gecəsindən sonra Fransada məzhəb müharibəsi daha da alovlanmışdı.
Parisdə təqribən üç min, bütün Fransada isə otuz minə yaxın protestant qətlə yetirilmişdi. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma papası XIII Qriqori bu faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis olunmasını əmr etmişdi. Lakin hadisədən 425 il sonra Roma papası II İohann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.
«Varfolomey gecəsi» ifadəsi bir çox xalqların dilinə daxil olaraq mənfi çalar qazanmış, hadisənin özü haqqında isə çoxlu filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır.
Məsəllər, deyimlər►Bir ölkədə iqtisadi vəziyyətdən asılı olmayaraq cəmiyyətdə sosial ədalətsizliyin mövcudluğunu bildirən ifadə.
İfadə ingilis şairi Persi B.Şellinin (1792–1822) yaradıcılığından qaynaqlanaraq sosial məzmun almış və geniş yayılmışdır.
Məşhur ifadə görkəmli şairin 1821-ci ildə yazdığı və 1840-cı ildə çap olunmuş «Poeziyanın müdafiəsi» əsərindən götürülmüşdür. Əsərdə həmin fikir bu şəkildə ifadə olunmuşdur: «Varlılar daha da varlandı, kasıblar isə daha da yoxsullaşdı, dövlət gəmisi isə Siciliya anarxiyası ilə Haribda despotizmi arasında irəliyə doğru sürətlə hərəkət edir».
P.B.Şellinin adıçəkilən əsəri nəşr olunduqdan sonra Böyük Britaniya və Fransa qəzetlərində məlum ifadəni tez-tez işlətməyə və ona sosial-siyasi məzmun verməyə çalışdılar. Publisistik yazılarda və parlament çıxışlarında da hər hansı iqtisadi islahatın cəmiyyətə ciddi fayda vermədiyini bildirmək üçün bu məşhur ifadədən istifadə edirdilər.
Müasir dövrdə iqtisadi təhlilçilər və siyasi analitiklər də öz nitqlərini daha məzmunlu ifadə etmək və proseslərin mahiyyətini dolğun bildirmək üçün bu məşhur ifadəni işlədirlər.
Məsəllər, deyimlər►Hәr kәsin öz peşәsinə uyğun işlә mәşğul olmasının vacibliyini bildirən ifadə.
İfadә rus ədəbiyyatının parlaq nümayəndəsi İvan Krılovun «Durna balığı vә pişik» tәmsilindən qaynaqlanaraq yayılmışdır.
Müxtəlif dillərə tərcümə edilmiş həmin məşhur təmsildə belə misralar var:
Hәr sәnәtkar öz işinә getmәlidir, nә gәrәk:
Çörәkçi çәkmә tiksin, çәkmәçi yapsın çörәk.
Üzeyir Hacıbәyli «Tәәssüflәr olsun» mәqalәsindә («Tәrəqqi» qәzeti, 25 mart 1909-cu il) yazır: «Əgәr başmaqçı durub bulka çörəyi bişirә vә bulkaçı da başlayıb başmaq tikә, – bu cürә işdәn әziyyәtdən başqa heç zad çıxmaz».
Dilimizdə «çörəyi ver çörəkçiyə, birini də üstəlik» kimi məşhur ifadə də vardır.
Məsəllər, deyimlər►Həqiqətin və vəziyyətdən çıxış yolunun hər kəsə bəlli olduğu şəraitdə yeni variantların axtarılmasına ehtiyacın olmadığını bildirən ifadə.
İfadə velosipedin icadı ilə bağlı tarixçədən qaynaqlanır.
Velosipedin icad edilməsinin tarixçəsi isə çox maraqlıdır. Hələ qədim misirlilərdə ikitəkərli arabacığın olması barədə məlumat var. Düzdür, bu arabacıq ayaqla yerdən itələnmə hesabına hərəkətə gətirilirdi. Müasir velosipedlərə bənzər mexanizmlər XIX əsrin əvvəllərində icad edilmişdir. Həmin əsrin ortalarına yaxın velosipedə pedallar əlavə olundu və sürət xeyli artdı. Sonra yüngül metal konstruksiyalı təkərlərə hava vurulmuş rezin haşiyələr əlavə edildi və rahatlıq dərəcəsi yüksəldi.
Velosipedin çoxsaylı növləri icad edilsə də, ən geniş yayılmış model, demək olar ki, yüz ildir dəyişməz qalır. Bu, eyniölçülü iki təkər, oturacaq, pedal və ötürücü zəncirdir. Velosiped durmadan təkmilləşir; müxtəlif jurnallarda, sərgilərdə, xüsusən internet səhifələrində onun yeni və çox maraqlı modellərini görmək mümkündür.
Məsəllər, deyimlər►Qürbətdən vətənə gəlib çıxmış, vətən həsrəti çəkmiş adamlar haqqında deyilən ifadə.
İfadə xalq arasında yayılmış aşağıdakı rəvayətlə bağlıdır.
Bir xan qəfəsdə bülbül saxlayırmış. Qəfəsin yan-yörəsində hər cür güllər varmış. Ancaq bülbül hətta bahar fəslində də oxumazmış.
Xan eşikağasını çağırıb deyir:
– Burax bu bülbülü, getsin. Ancaq onu izlə, gör hara gedir.
Eşikağası bülbülü buraxıb dalınca düşür. Görür ki, quş bir qaratikan kolunun üstündəki yuvaya qondu və «vətənə gəldim, imana gəldim» deyərək cəh-cəh vurmağa başladı. Xan öz-özünə fikirləşir: «Mən onu gül-çiçəyə qərq eləmişdim. Sən demə, bütün bunlar qaratikan kolunun yanında heç nə imiş».
Buna bənzər fikir Azərbaycan folklorunda da var. Rəvayətə görə, Qarabağ xanının qızı Ağabəyim ağa İran şahına ərə verildikdən sonra vətən üçün çox darıxırmış. Əri qarabağlı qızın könlünü almaq məqsədilə onun üçün hər cür şərait qurur, hətta Qarabağ ellərindəkinə bənzəyən ayrıca bağ da salır. Ancaq doğma torpağının həsrətini çəkən qadın deyir:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Məsəllər, deyimlər►İnsanın idarəolunmaz aqressiyasını, dağıtmaq, hətta öldürmək istəyi ilə müşayiət olunan ağır psixopatik vəziyyətini səciyyələndirən ifadə.
İfadə ABŞ-ın Vyetnamda apardığı uzunmüddətli müharibə ilə əlaqədar meydana çıxaraq yayılmışdır.
Amerika siyasətçilərinin yol verdikləri səhv üzündən 1957-ci ildə Vyetnama qarşı başlamış qanlı müharibə 18 il davam etmişdi. ABŞ bu müharibədə guya Cənubi Vyetnamın mövqeyini müdafiə edən sülhməramlı kimi çıxış edirdi. Amma hadisələrin gedişi açıq şəkildə göstərirdi ki, Amerika hərbçiləri bu müharibədə işğalçılıq niyyəti güdür. Dünya ictimaiyyətinin müqaviməti sayəsində onların istəkləri baş tutmadı və hərbi əməliyyatlar başa çatandan sonra Vyetnam yenə bütöv dövlət kimi qaldı. Məlum oldu ki, milyonlarla insanın həyatına son qoymuş bu müharibə tamamilə mənasız imiş.
Tədqiqatçılar qeyd edirlər ki, Vyetnam sindromuna yanaşma tərzindən asılı olaraq onun bir neçə forması var. Birincisi, ABŞ siyasəti sferasında Vyetnam sindromu – vətəndaşların həmin ölkədə müharibənin davam etməsi üçün döyüşməyi rədd etməsi, hərbi əməliyyatları başladan siyasi xadimlərin öz seçiciləri tərəfindən kəskin tənqid olunması, sıravi amerikalıların bu mənasız müharibənin qurtarması ilə bağlı tələbləridir. İkincisi, sosial sferada Vyetnam sindromu – hərbi əməliyyatlarda iştirak edənlərə qarşı açıq, yaxud gizli nifrətdir. Veteranları qatil adlandırır, onlara insan cildinə girmiş canavar kimi baxır, adi həyatda onlara ehtiyatla yanaşır və çox zaman qəsdən bu həyata uyğunlaşmalarına mane olurdular.
Bundan başqa, ölkədə mövcud olan sosial nifrət və fərdi-psixoloji problemlər də müharibədən qayıdan əsgərlərdə Vyetnam sindromu deyilən natamamlıq kompleksinin yaranmasına gətirib çıxardı.
Sonralar bu sindrom Əfqanıstanda aparılmış hərbi əməliyyatlarda iştirak edənlərdə də müşayiət olunmağa başladı. Bunun adını «əfqan sindromu» qoysalar da, mahiyyətcə elə Vyetnam sindromu idi.
Məsəllər, deyimlər►Bir adamda olan qəhrəmanlığın, igidliyin gendən, qandan gəldiyini vurğulayan ifadə.
İfadə igidliyin nəsildəngəlmə olduğuna dair xalq inancından yaranmışdır.
Tarixən xalq arasında meydana çıxan hər hansı qəhrəmanı əvvəllər onun nəslində olan hansısa igid şəxsə oxşadıblar, onun qanından olduğunu iddia ediblər. Burada niyə məhz «dayı» sözü işləndiyini tibb elmi əsaslı şəkildə izah edir.
Müasir tibb elminin genetik əlamətlərə aid məlumatlarına əsasən müəyyən edilib ki, oğlan uşaqları ata tərəfin, qız uşaqları ana tərəfin daha çox irsi əlamətlərinin daşıyıcısı olurlar. «Ot kökü üstə bitər», «anasına bax, qızını al» kimi deyimlər məhz bu mülahizələrə görə meydana gəlmişdir.
Bəs niyə yaxşı igid dayısına oxşadılır? İş burasındadır ki, ana tərəfin irsi əlamətlərinin oğlan uşağında üzə çıxıb özünü göstərməsi, əslində, az təsadüf olunan hadisədir. Ona görə də belə hala rast gəlmək el arasında fövqəladə müsbət təzahür kimi qiymətləndirilir.
Bəzən bu ifadə iş yarıtmayan, bacarıqsız gənc insanlara münasibətdə istehza kimi də işlədilir.
Məsəllər, deyimlər►Hay-küyçü, özündәn deyәn, bir şeydən danışarkən onu şişirdən adam haqqında işlədilən ifadə.
İfadә qәdim kәndirbazlıq oyunu ilә әlaqәdar formalaşaraq yayılmışdır.
Əvvəllər kәnd vә şәhәrlәrin böyük meydanlarında kəndirbaz oyunları nümayiş etdirilirdi. Dirәklәr basdıraraq üzәrindən kәndir çәkdikdәn sonra kәndirbaz әlindә lәngәr (balans) tutub ipin üstündә gәzməyә başlayırdı. Kәndirbaz bәdnәzәrdәn qorunmaq üçün qoluna və boynuna cürbәcür hәmaillәr vә dualar asır, әlindəki ləngәrlә müvazinәtini saxlayaraq kәndirin üzәrində gәzib müxtәlif oyunlar çıxarır, atılıb-düşür, rәqs edirdi. Böyük bir qazanın üstündә oturaraq kәndirin üzәri ilә sürüşür, ayaqlarına xәncәr bağlayaraq oynayır vә s. üsullarla tamaşaçıları əyləndirirdi.
Kәndirbazın yanında «yalançı pəhlәvan» vә ya «keçәpapaq» deyilәn bir kömәkçisi də olurdu. Bəzi şivәlәrdә sadәcә «keçi» adlandırılan bu adamın işi sirklәrdәki kloun kimi camaatı әylәndirib güldürməkdən ibarət idi. O, kәndirbazı uğursuz bir şəkildə yamsılayır, yüngül əşyaları qaldırıb guya pəhləvan kimi güclü olduğunu göstərir, hər hərəkətdən sonra sinəsini döyür və başqa məzəli hərəkətləri ilə camaatı güldürürdü.
Bu gün iş görmək əvəzinə sadəcə danışan və hay-küy salan adamı buna görə «yalançı pəhləvan» və ya «dil pəhləvanı» adlandırırlar.
Məsəllər, deyimlər