►Hay-küyçü, özündәn deyәn, bir şeydən danışarkən onu şişirdən adam haqqında işlədilən ifadə.
İfadә qәdim kәndirbazlıq oyunu ilә әlaqәdar formalaşaraq yayılmışdır.
Əvvəllər kәnd vә şәhәrlәrin böyük meydanlarında kəndirbaz oyunları nümayiş etdirilirdi. Dirәklәr basdıraraq üzәrindən kәndir çәkdikdәn sonra kәndirbaz әlindә lәngәr (balans) tutub ipin üstündә gәzməyә başlayırdı. Kәndirbaz bәdnәzәrdәn qorunmaq üçün qoluna və boynuna cürbәcür hәmaillәr vә dualar asır, әlindəki ləngәrlә müvazinәtini saxlayaraq kәndirin üzәrində gәzib müxtәlif oyunlar çıxarır, atılıb-düşür, rәqs edirdi. Böyük bir qazanın üstündә oturaraq kәndirin üzәri ilә sürüşür, ayaqlarına xәncәr bağlayaraq oynayır vә s. üsullarla tamaşaçıları əyləndirirdi.
Kәndirbazın yanında «yalançı pəhlәvan» vә ya «keçәpapaq» deyilәn bir kömәkçisi də olurdu. Bəzi şivәlәrdә sadәcә «keçi» adlandırılan bu adamın işi sirklәrdәki kloun kimi camaatı әylәndirib güldürməkdən ibarət idi. O, kәndirbazı uğursuz bir şəkildə yamsılayır, yüngül əşyaları qaldırıb guya pəhləvan kimi güclü olduğunu göstərir, hər hərəkətdən sonra sinəsini döyür və başqa məzəli hərəkətləri ilə camaatı güldürürdü.
Bu gün iş görmək əvəzinə sadəcə danışan və hay-küy salan adamı buna görə «yalançı pəhləvan» və ya «dil pəhləvanı» adlandırırlar.
Məsəllər, deyimlər