►Birinin hədsiz tamahkar və yalançı olduğunu bildirən ifadə.
İfadə Molla Nəsrəddinə aid bir lətifə ilə bağlıdır.
Molla Nəsrəddin hər səhər yuxudan duranda dua eləyib Allahdan yüz qızıl istəyirmiş. Çox varlı olan tacir qonşusu bir gün bunu eşidib Molladan soruşur:
– Bəlkə, Allah yüz qızıl yox, bir az qızıl yetirdi. Bəyəm az qızıl olsa, götürməyəcəksən?
Molla cavab verir:
– Əgər doxsan doqquz qızıl da olsa, yenə götürməyəcəyəm.
Qonşu bu məsələdə Mollanı sınamaq istəyir. O, bir kisəyə doxsan doqquz qızıl yığır. Gözləyir, Molla dua edib Allahdan yüz qızıl istəyəndə kisəni bacadan onun qucağına salır. Molla kisədə olan qızılları sayır, görür doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:
– Heç zərər yoxdur, doxsan doqquzunu verən birini də yetirər.
Molla qızılları yığışdırır. Qonşu da gözləyir, Molladan bir səs çıxmır, axırda gəlib deyir:
– Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.
Molla deyir:
– Nə qızıl, dəli-zad olmamısan? Bu qızılları mənə Allah göndərib, birini də yetirəcək.
Axırda qonşu əlacsız qalıb deyir ki, gedək divanda məsələni aydınlaşdıraq.
Molla özünü sındırmadan deyir:
– Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Həm də cübbəm köhnədir. Bir qatır gətir, bir də cübbə al, geyinim, gedək.
Qonşu gedib bir qızıla yaxşı cübbə alır, bir də yaxşı qatır gətirir. Molla cübbəni geyib qatırı minir, gəlirlər qazının yanına. Qonşu əhvalatı qazıya danışır. Qazı Molladan bu kişinin doğru, yoxsa yalan danışdığını soruşur. Molla qonşu tacirin dediklərinin hamısını təkidlə danır.
Qonşu məsələni qazıya bir də danışır və «mən onu sınamaq üçün qızılı bacadan saldım» deyə and-aman edir.
Molla isə tövrünü pozmadan deyir:
– Qazı ağa, mən pullarımı sayanda bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa, deyər ki, mindiyin qatır da mənimdi.
Qonşu əsəbiləşib deyir:
– Əlbəttə, qatır da mənimdi, əynindəki cübbə də.
İşi belə görən qazı Mollanı haqlı bilib qonşunu haqsız hesab edir.
Məsəllər, deyimlər►Müәyyәn işin әvәzini çıxmağın, edilmiş pisliyin qısasını almağın vaxtının çatdığını bildirәn ifadə.
İfadə Şәrqdә çox mәşhurdur və alleqorik bir əhvalatla bağlıdır.
Həmin əhvalat XV әsrdә yaşamış Kaşifinin «Әnvәri-Süheyl» kitabında aşağıdakı kimi nәql olunur.
Çöldә yaşayan dәvә vә eşşәk birgә otlayırdılar. Bir dәfә eşşәk anqırmaq istәyir. Dәvә xahiş edir ki, anqırmasın, səsini eşidib bizi tutub apararlar. «Mәnim anqırmağım tutub», – deyә eşşәk sözə baxmır, anqırır. Tәsadüfәn ötәn karvan әhli bu sәsi eşidir, gәlib onları tutub karvana qatırlar. Azadlığını itirən dəvə eşşəyin bu hərəkətindən çox qəzəblənir.
Karvan bir həftə yol gedəndən sonra qarşıya çay çıxır. Çayda batmasın deyә eşşәyi götürüb dәvәyә yüklәyirlәr. Çayın ortasına çatanda dәvә suda ləngər vurmağa və oynamağa başlayır. Suya düşüb boğulacağından qorxan eşşәk dәvәyә yalvarır ki, oynamasın. Lakin dәvәyə əbəs yerə kinli heyvan demirlər: eşşәyin onun sözünә baxmayıb anqırmasını və onları fəlakətə salmasını unutmamışdı. Ona görə də dəvə «indi dә mәnim oynamağım tutub» deyә eşşәyi suya qərq edir.
Məsəllər, deyimlər►İkiüzlülüyü, ara qarışdırmağı, fitnәkarlığı bildirmək məqsədilə işlədilən ifadə.
İfadə İngiltәrә diplomatiyasının Şәrq ölkələrinə münasibətdə apardığı ikiüzlü və fitnәkar siyasәtinin nəticəsi kimi yaranaraq geniş yayılmışdır.
XVII əsrdən başlayaraq Şərq ölkələrində, o cümlədən müsəlman dünyası ilə münasibətlərdə müstəmləkə siyasəti yeridən Böyük Britaniya diplomatiyası dəfələrlə uğursuzluğa düçar olmuş, yerli xalqların etirazı ilə qarşılanmışdır.
Bəzən adamların ikiüzlü və riyakar hәrәkәtini sәciyyәlәndirmәk üçün də «ingilis barmağı» ifadəsindən yararlanırlar. Ümumiyyətlә, hansısa işdә bir başqasının müdaxilәsi, әli (barmağı) olduğunu bildirmәk üçün... «barmağın var», «barmaq onunkudur» ifadәlәri әvvәllәr dә işlәdilirdi.
Azərbaycan dilində «ingilis barmağı» ifadəsi ilə yanaşı, «şeytanın barmağı» deyimi də işlədilir.
Məsəllər, deyimlər►Çox sayda adamın iştirak etdiyi məclisdən və ya hər hansı bir toplantıdan bir kimsə ilə sağollaşmadan, o cümlədən dəvət etmiş şəxslə xudahafizləşmədən sakitcə getmək.
Bəzi ehtimallara görə, ifadə XVIII əsrdə Böyük Britaniya ilə Fransa arasında baş vermiş Yeddiillik müharibə zamanı yaranmışdır.
İfadənin yaranması isə fransız əsgərlərinin yerləşdikləri ərazini – döyüş mövqeyini özbaşına tərk etmələri ilə bağlı olmuşdur. İngilislərin ilk dövrlərdə fransızların ünvanına yumorla işlətdikləri ifadəni fransızlar onlardan əxz edərək «ingilissayağı getmək» şəklinə salmışlar. Başqa fərziyyəyə görə, bu ifadəni ingilislər özləri «fransızsayağı getmək» ifadəsindən düzəldərək yaymışlar. Bütün hallarda ifadə Avropada xeyli məşhurlaşaraq başqa dillərə də keçmişdir.
Bu ifadənin guya ingiliscədə «duman» sözünü bildirən leksik vahidin yazılışının hərf səhvindən də qaynaqlandığını iddia edənlər vardır. Lakin ifadənin etimologiyasını araşdıran alimlər bunun ağlabatan olmadığını iddia edirlər.
Məsəllər, deyimlər►Hər hansı şəraitdə adamı sorğu-suala tutanlar haqqında işlədilən ifadə.
Dini әfsanәlərə görə, ifadə məzarda ölüləri sorğu-suala tutan İnkir-Minkir adlı mələklərlə bağlı yaranmışdır.
Bu adlar klassik әdəbiyyatda Munkir-Nәkir kimi işlәnsә dә, xalq dilinin təsiri ilә sonralar indiki şәklә düşmüşdür. Bu isә dil qanunlarının dindәn üstün olduğunu, dini ifadәlәri forma və mәzmunca dәyişib, cilalayıb öz strukturuna tabe edə bildiyini göstәrir.
Mәlumdur ki, Azərbaycan dilinin qoşa sözlərinin sıralanma qanununa görә, saitlә başlanan söz əvvәl, samitlә (xüsusilə «m» samiti ilә) başlanan söz isә ondan sonra gәlmәlidir. Bu qanunun tәsiri ilәdir ki, «Nәkir» sözü «İnkir» şәkli almışdır.
Bәzi dialektlәrdә «sorğu-sual başlamaq» mәnasında «Hinkir-minkir başlamaq» ifadәsi işlәdilir; məsələn: «indi burda mənnən nə hinkir-minkir başlayıbsan?» və s.
Müsәlman adәtinә görә, ölünü basdıran gecәsi oxunan dua axşam namazına qәdәr icra olunmalıdır. Burada Allaһa yalvarırlar ki, mərһumun mәzarından cin-şәyatini qovsun. Dini inanclara görə, elə birinci gecә Munkir vә Nәkir adlı ölüm mәlәklәri mәrһumun başının üstünü kəsdirir və sorğu-suala başlayırlar. Sağ qalanlar dua etmәklә mәrhumun bu sorğu-sualda vәziyyәtini yüngülləşdirmәyә çalışırlar.
Məsəllər, deyimlər►Tarixən ictimai inkişafa təkan verən kütləvi etiraz hərəkatlarının, o cümlədən inqilabların siyasi əhəmiyyətini qabardan ifadə.
İfadə Karl Marksın (1818–1883) Fransada inqilabi mübarizəyə dair əsərindən qaynaqlanaraq yayılmışdır.
Elmi kommunizm nəzəriyyəsinin banilərindən olan K.Marksın «Fransada 1848 vә 1850-ci illәrdә sinfi mübarizәyə dair» әsәrinin tәrcümәsi vә marksizm ideyalarının yayılması ilә әlaqәdar bu ifadə dünyanın bir çox dillәrinə daxil olmuşdur.
Əslində, bu ifadə cəmiyyətdə hər hansı dəyişikliyə inqilab yolu ilə nail olmağın üstünlüyünü, inqilabın daha qabarıq və gərəkli olması baxımından cazibədar təqdim edilməsini bildirir və «tarixi inqilab çәkib aparar» qənaətinə bəraət qazandırır.
İnqilabın obrazlı tәrifi olan bu ifadә әdәbi-bәdii dilimizdә sovet һakimiyyәti illərindә geniş miqyasda işlәnilmәyә başlamışdır.
Məsəllər, deyimlər►Hər hansı məsələdə ədalətli, insaflı olmağı təlqin edən ifadə.
İfadə islam dininin müqəddəs kitabı olan «Qurani-Kərim»də insaflı olmağa, kimsənin haqqını tapdalamamağa çağırışlarla bağlı yaranmışdır.
Yüksək mənəvi-əxlaqi dəyərləri təbliğ edən islam dininin əsasında Allaha inam və sevgi ilə yanaşı, hər şeydə insaflı və ədalətli olmaq prinsipi dayanır. Bu mənəvi-əxlaqi dəyərlər müqəddəs kitab olan «Quran»da da öz əksini tapmışdır. 114 surə və 6 min 236 ayədən ibarət olan həmin kitabdakı 77 min 701 sözün arasında «insaf» sözü daha çox işlənir. Hətta bəzi tədqiqatçılar daha dəqiq hesablayırlar ki, «Qurani-Kərim»dəki 3 minlik sətrin 960-da insaf barədə danışılır. İfadə də məhz buradan qaynaqlanır.
Ümumiyyətlə, «Quran» Məhəmməd peyğəmbərə İlahidən nazil olmuş vəhylərin məcmusudur. Peyğəmbər 23 il müddətində aldığı vəhyləri əshabələrinə yazdırmışdır. «Quran» kitab şəklində peyğəmbərin vəfatından sonra yazıya alınmışdır.
Məsəllər, deyimlər►İnsana, insanlığa, onun çətinlik və sıxıntılarına laqeyd və qəddar yanaşmanı bildirən ifadə.
İfadənin rus bolşevizmindən qaynaqlandığı güman edilir.
Bu ifadə rus yazıçısı Anatoli Rıbakovun «Arbat uşaqları» (1987) romanı işıq üzü görəndən sonra dərhal məşhurlaşıb və aforizmə çevrilib. Əsərdə 1918-ci ildə hərbi mütəxəssislərin Saritsında güllələnməsi ilə əlaqədar Stalinin dilindən belə bir ifadə işlədilir: «Ölüm bütün problemləri həll edir. İnsan yoxdursa, problem də yoxdur».
İosif Stalinin milyonları ölümə göndərdiyini, həbs düşərgələrində çürütdüyünü bilənlər bu sözlərin diktatorun öz dilindən çıxdığına şübhə etmirlər. Amma on il sonra çap olunmuş «Roman-xatirələr» kitabında A.Rıbakov Stalinin «adından danışdığını» faktik olaraq etiraf edir: «Bəlkə, haradasa eşitmişəm, bəlkə də, özüm uydurmuşam. Bu, Stalinin prinsipi idi. Mən sadəcə onu qısa şəkildə ifadə etmişəm».
Əlbəttə, ifadənin sovet liderlərindən kimin adına çıxılması mübahisə doğura bilər, lakin belə yanaşmanın kütləvi qırğınlar törətmiş bir rejimin mahiyyətindən qaynaqlandığını heç kim dana bilməz.
Məsəllər, deyimlər►Fərdlər, xalqlar və millətlər üçün azadlığın, müstəqilliyin və hüquq bərabərliyinin vacibliyini ifadə edən deyim.
İfadə Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin (1884–1955) yaradıcılığından qaynaqlanaraq yayılmışdır.
I Dünya müharibəsi illərində müstəmləkə xalqlarının taleyi, onların öz müstəqilliyini qazanmasının vacibliyi, o cümlədən Azərbaycan türklərinin də öz istiqlalına qovuşması zərurəti M.Ə.Rəsulzadə publisistikasının əsas mövzularından biri idi. Onun siyasi fəaliyyətində də bu məqsəd öndə dayanırdı.
Haqqında söhbət gedən deyim ilk dəfə 1917-ci il iyunun 17-də «İnsanlara hürriyyət, millətlərə müsavat!» şəklində M.Ə.Rəsulzadənin lideri olduğu «Müsavat» partiyası ilə N.Yusifbəylinin rəhbərlik etdiyi «Türk-Ədəmi-Mərkəziyyət» partiyasının birləşmə qurultayında səslənmişdir. Daha sonra həmin ifadə «Müsavat» partiyasının orqanı olan və cəmi bir neçə nömrəsi çıxmış «Müsavat» qəzetində (10 sentyabr 1917, №1) verilmişdir. Daha çox Qərb dəyərlərini, ilk növbədə isə Fransa burjua inqilabının nailiyyətlərini əks etdirən bu ifadəni M.Ə.Rəsulzadə «İstiqlal» qəzetindəki yazılarında və sonrakı çıxışlarında cilalayaraq «İnsanlara hürriyyət, millətlərə istiqlal!» formasına salmışdır.
Dahi Rəsulzadə bu deyimin ilkin variantının o dövrün məşhur publisisti Əhməd Həmdiyə məxsus olduğunu göstərmiş, onu «məşhur kəlamın gerçək müəllifi» adlandırmışdır. M.Ə.Rəsulzadə onun haqqında yazır: «Həmdi bəy Batumdan, yoxsa Tiflisdən yeni gəlmişdi. Dərhal anlaşdıq. Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş olduq. «Açıq söz»ün çıxar-çıxmaz gürcü qonşularımız arasında, mətbuatında əks-səda oyandıra bilməsi ancaq Həmdi bəy sayəsində olmuşdur. Onun «İstiqlal» qəzetindəki məfkurəçilik rolu da unudulamaz. «İstiqlal» qəzetəsinin başlığı altındakı «İnsanlara hürriyyət, millətlərə müsavat!» şüarını ilk bulub tövsiyə edən odur» («Azəri Türk» jurnalı, 1928, №20, səh. 7–8).
Bütün millətlər və xalqlar üçün böyük önəm daşıyan «İnsanlara hürriyyət, millətlərə istiqlal!» deyiminin məşhurlaşmasının əsas səbəbi onun insan haqlarına önəm verən müasir demokratik dəyərlərlə həmahəng səsləşməsidir.
Məsəllər, deyimlər►Bəxti gətirməmək, darda qalmaq, çıxılmaz vəziyyətə düşmək; ömrü yarıda qalmaq, ölmək.
İfadə yunan әfsanәlәrindә insan taleyinə yanaşmalardan qaynaqlanır.
Yunan әfsanәlәrinә görә, insanların taleyini, hәyatını idarә edәn ilaһәlәr mövcuddur. Qoca qarılar şәklindә tәsәvvür edilәn bu ilahәlәr insanların hәyatı üçün ip əyirməklə mәşğuldurlar. Әsasәn, üç ilahə-qarı (Kioto, Laxesis, Atrona) xüsusilә mәşhur olmuşdur. Bunlardan biri tale ipini əyirib hazırlayır, ikincisi bu ipi taleyin, gәrdişin bütün faniliklәrindәn keçirib aparır, üçüncüsü isә ipi kәsmәklә insanın һәyatına son qoyur. Bu qarıların obrazı әdәbiyyat vә incәsәnәt әsәrlәrindә də geniş tәsvir olunmuşdur.
Bəzən «zәnciri//kәndiri kәsilmәk» şəklində də işlənən bu ifadә xalq arasında kök salmış bir mövhumi etiqada əsaslanır. Həmin etiqada görə, bu dünyada hәr kәsin həyatı vә taleyi sirli iplә (zәncirlə//kәndirlə) göylәrә bağlıdır. Bu ip qırıldıqda insanın da ömrü sona çatır.
Maraqlıdır ki, «Mәlik Məhəmmәd» vә digәr bir sıra nağıllarda, adәtәn, qәhrәman iplә quyuya salınır, sonra bu ip qardaşlar tәrәfindәn kәsilir, qәhrәman quyuda qalır, zülmәt dünyaya düşür vә s.
Məsəllər, deyimlər►Heç bir qayda-qanunla hesablaşmaq istәmәyәn, cızığından çıxan, ipә-sapa yatmayan adama təpinmək, onu cəzalandırmaq.
İfadənin meydana gәlmәsi el arasında yayılmış bir rəvayətlə bağlıdır.
Həmin rəvayətə görә, keçmişlәrdә gözәl nitqә malik bir şah var imiş. Mәclislərdә hər hansı mәsəlә barədə mübahisə düşərkən hamıya qalib gələrmiş, lakin axırda әcaib bir hәrəkәti və ya mənasız bir sözü ilə bütün işləri korlarmış. Şah özü də bu xasiyyətindən xeyli narazı imiş və hərdən vəzirindən bununla bağlı məsləhət istəyərmiş.
Bir dәfә yenә də mühüm bir dövlәt işi barәsindә ciddi söhbət olacaqmış. Vәziri ona deyir ki, qoy sәnin qarnına bir ip bağlayıb taxtın arxasında gizlәnim. Söhbәt zamanı nә vaxt ipi çәksәm, sәn sus, sözünə ara ver. Şah razılaşır. Mübahisә-müzakirә başlanır. Vaxt gәlir ki, vәzir şahın qarnına bağladığı ipi çәkir, şah müdrikcəsinə susub dayanır. Qonaqlar gedәndәn sonra vәzir şahdan soruşur ki, ipi çәkmәsәydim, nә deyәcәkdin? Şah cavab verir ki, soruşacaqdım, sizin dә qarnınıza ip bağlayıblar?
Dilimizdә «cilovunu çәkmәk», «zәncirini çәkmәk» ifadәlәrindən mәlum olur ki, «ipini çәkmәk» tәrkibi dә mәcazilik kәsb etmәk әsasında yaranmışdır.
Məsəllər, deyimlər►Etibarsız, güvənilməyən, yarı yolda qoyan, bununla yanaşı, etdiyindən peşman olmayıb hayla-küylə danışan adamlar haqqında deyilən ifadə.
İfadə qədimdə insanların bir-birinə yaxınlığının «iplə bağlı olması» barədə təsəvvüründən qaynaqlanaraq yayılmışdır.
Qәdimlәrdә «dostluq», «yoldaşlıq», «qardaşlıq» vә bu kimi mücәrrәd mәfhumlar dedikdə konkret vә real şәkildə belә tәsәvvür edilirdi ki, müxtәlif adamlar mәhz müәyyәn iplә bir-birinə bağlanmış olurlar. Odur ki vəfasız adamlar haqqında «qırdı-qaçdı» (dostluq ipini qırdı; dostluqda sabit deyil) deyilir. Xalq içәrisindә, xüsusən folklor ədəbiyyatında dostluğu (dostluq ipini) vә ya qardaşlığı (qardaşlıq ipini) kәsmәk adәti haqqında maraqlı nümunәlər vardır.
Qədimlərdə birisi ilə münasibətləri pozmaq, «dostluğu kәsmәk», əslindә, bu ipi, dostluq ipini kәsmәklә icra olunurdu. Bu tәrkibdә «ip» yerinə bәzən dә «tel» işlәnir: «dostluq tellәri ilә bağlanmışlar» və s. «İp», ümumiyyәtlә, hәyat, varlıq, mövcudluq bildirir. Buna görәdir ki, «ipliyi üzülmәk» ifadәsi «zәiflәmәk», «ölmәk» mәnalarında xalq dilindә geniş şəkildə işlәdilir.
İzahdan belə mәlum olur ki, ipi (dostluq ipini vә s.) gözlәnilmәdәn kәsə bilәn adamın ipinin üstünә odun yığmaq olmaz. Ümumiyyətlə, xalq arasında belə hesab edilir ki, hər hansı sınaqdan keçməmiş, bərkdən-boşdan çıxmamış adamın ipinin üstünə odun yığmaq olmaz.
Məsəllər, deyimlər►Çətin, olduqca mürəkkəb vəziyyətdən, problemdən çıxış yolunu tapmaq istiqamətində ilk düzgün addımı atmağa kömək etmək, yol göstərmək.
İfadə qədim yunan mifologiyası ilə bağlı yaranmışdır.
Mifik rəvayətdə deyilir ki, öz sevimli oğlu Androgeyin ölümünə görə afinalılardan qisas alan Krit çarı Minos şəhərdən ağır xərac istəyir: hər səkkiz ildən bir şəhər adamyeyən-bədheybət Minotavr üçün yeddi oğlan və yeddi qız göndərməli idi. Minotavr isə çıxış yolu bilinməyən, çoxsaylı yolları və keçidləri olan bir labirintdə yaşayırdı. Həmin labirintə girən adam çıxış yolunu tapa bilmədiyindən heç cür geri qayıda bilmir, ya çürüyüb oralarda qalır, ya da bədheybətə yem olurdu.
Cəsur və xeyirxah qəhrəman Tesey afinalıları bu dəhşətli cəzadan xilas etmək qərarına gəlir və bədbəxt gənclərlə birlikdə Kritə yollanır. Çar Minosun qızı Ariadna igid Teseyi görən kimi ona vurulur və kömək etmək qərarına gəlir. O, qəhrəmana ip yumağı verir, Tesey yumağın bir ucunu labirintin girişinə ilişdirir. Qəhrəman bədheybəti məhv edir, bütün oğlanları və qızları ipin köməyi ilə labirintdən çıxarır. Dünyanın bir çox dillərində işlənən «ipucu vermək» ifadəsi məhz bu rəvayətdən qaynaqlanır.
Məsəllər, deyimlər►Şərti coğrafi məkanı və tarixən bu coğrafiyada məskən salmış xalqların münasibətlərini əks etdirən ifadə.
Əsasən, poetik-romantik assosiasiya doğuran bu ifadə Firdovsinin məşhur «Şahnamә» əsərindən sonra yayılmışdır.
Əsərdə әfsanәvi Turan ölkәsi ilә aparılan müharibәlәr tәsvir olunur. Vaxtilә Fәridun adlı padşah çox böyük bir әrazidə hökmranlıq edirdi. O qocaldıqda öz torpaqlarını üç oğlu arasında bölür. Ölkәnin qәrbini Sarma, şәrqini Tura verib mәrkәzi hissәni oğlu İrәcә bağışlamışdı. Sonralar Sarmın ölkәsi Sarmatiya, Turun ölkәsi Turan adlanıb, İrәcin mәmlәkәtinә İran deyilmәyә başlamışdı. Lakin Tur daha yaxşı yerlәrә yiyәlәnmiş qardaşı İrәcin başını kәsib atası Fәriduna göndәrmişdi. Sonra İrәcin nәvәsi babasının intiqamını almışdı: bu dәfә zavallı Fəriduna ikinci oğlu Turun başını kәsib göndәrmişdilər. Fәridun düşmәnçilik edәn tәrәflәri barışdıra bilmәmışdi. Beləliklə, nəsillər dəyişir, amma müharibәlәrin arası kәsilmirdi.
Prof. M.Adilova görə, İran-Turan müharibәsi, әslindә, zәrdüştilikdәki Xeyirlә Şәrin mübarizəsinin əyani əksi idi. Әsәrdә adı keçən «tur»(lar) islamın qәlәbəsindən sonra gәlәn «türk»(lər)lә eynilәşdirilmişdir. Tədqiqatçılar «türk» sözünün kökünü «tur» şәklində bәrpa edirlәr, buradakı «-k» ünsürünü isә cәm şəkilçisi sayırlar. «Tur» sözü Orta Asiyada olan qədim türklәrin toteminin adıdır. «Turan» (turan) sözü dә, әslindә, mәnaca «türk» sözünә bәrabәrdır. Burada da «-an» ünsürü cәmlik anlayışını bildirir. «Tur» sözü «Avesta»da bir neçə yerdə «Tura» şәklindә işlәdilmişdir. Burada Tura xalqından bəhs olunur.
Hazırda da dilimizdә «Turan» sözü konkret bir yerin, әrazinin adı kimi deyil, şәrti mәnada işlәnir.
Məsəllər, deyimlər►Çox bic, hiylәgәr, fırıldaqçı, vәlәdüzzina adam haqqında işlədilən ifadə.
İfadәnin yaranması Şaһ Abbasın hakimiyyәti illərindә İsfahan şәhәrinin paytaxta çevrilməsi, hәm әrazi, hәm dә iqtisadi-siyasi cәhәtdәn böyümәsi ilә әlaqәdardır.
Orta əsrlərdə şәһәrlərin böyümәsi ilә әlaqәdar kəmfürsət, hiyləgər və fırıldaqçı ünsürlәrin çoxalmasına da müəyyәn şәrait yaranırdı. Bu ünsürlәr İsfaһan paytaxt olduqdan sonra onun әtraf mahallarına yayılaraq yerli türklərə daha çox әziyyətlәr verirdilәr, xalqı çapıb-talayırdılar. Digәr tәrəfdәn uzun zamanlardan bәri dövlәt mәrkəzi olan Tәbrizin saray adamları tәrәfindən nüfuzdan salınması, mәrkәzin fars şәһəri İsfaһana köçürülməsi Azәrbaycan xalqının Şah Abbas üsuli-idarәsinә nifrәtini getdikcә artırırdı. Odur ki xalqın Şah Abbasa, onun sarayı yerlәşәn İsfaһana mәnfi münasibәtini bildirәn bu ifadә hәlә o zamanlar çox geniş şәkildə yayılmışdı.
İsfaһan lotuları haqqında cürbәcür әfsanә vә rәvayәtlәr yaranmaqda idi. Bu әfsanә vә rәvayәtlәrin әks-sәdasını bir çox Azərbaycan nağıl və dastanlarında (o cümlәdәn «Aşıq Qәrib» dastanının 40 lotu ilә әlaqәdar epizodunda) görmәk mümkündür.
Məsəllər, deyimlər