Reklam
Reklam

Məsəllər, deyimlər

İNQİLAB TARİXİN LOKOMOTİVİDİR

►Tarixən ictimai inkişafa təkan verən kütləvi etiraz hərəkatlarının, o cümlədən inqilabların siyasi əhəmiyyətini qabardan ifadə.

İfadə Karl Marksın (1818–1883) Fransada inqilabi mübarizəyə dair əsərindən qaynaqlanaraq yayılmışdır.

Elmi kommunizm nəzəriyyəsinin banilərindən olan K.Marksın «Fransada 1848 vә 1850-ci illәrdә sinfi mübarizәyə dair» әsәrinin tәrcümәsi vә marksizm ideyalarının yayılması ilә әlaqәdar bu ifadə dünyanın bir çox dillәrinə daxil olmuşdur.

Əslində, bu ifadə cəmiyyətdə hər hansı dəyişikliyə inqilab yolu ilə nail olmağın üstünlüyünü, inqilabın daha qabarıq və gərəkli olması baxımından cazibədar təqdim edilməsini bildirir və «tarixi inqilab çәkib aparar» qənaətinə bəraət qazandırır.

İnqilabın obrazlı tәrifi olan bu ifadә әdәbi-bәdii dilimizdә sovet һakimiyyәti illərindә geniş miqyasda işlәnilmәyә başlamışdır.

Məsəllər, deyimlər