►Adamın öz fikri, mövqeyi olmasa, kənardakıların ziddiyyətli məsləhətlərinə qulaq asmaqla pis vəziyyətə düşə biləcəyinə işarə ilə deyilən ifadə.
Məsəl Molla Nəsrəddinin məşhur bir lətifəsi ilə bağlıdır.
Bir gün Molla oğlunu yanına salıb eşşəklə gedirmiş. Yoldan keçənlər deyirlər: «Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır». Molla eşşəkdən düşüb uşağı mindirir. Başqa yolçular bunu görüb deyirlər: «Ağsaqqal kişiyə bax! Oğlanı mindirib eşşəyə, özü piyada gedir». Belə olduqda molla eşşəyə minib uşağı tərkinə alır. Yenə də yoldan ötənlər narazı qalırlar: «Sən bir bunlara bax! Yekə kişidirlər, qoşa-qoşa miniblər yazıq eşşəyin belinə».
Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür və bu dəfə piyada getməyə üz qoyurlar. Bunu görən yolçular gülüşürlər: «Bunlar nə ağılsız adamlardır, yanlarında eşşək ola-ola ikisi də piyada gedir». Axırda Molla Nəsrəddin boğaza yığılır, bütün bu söz-söhbətlərə son qoymaq üçün eşşəyi dalına almalı olur.
Az qala atalar sözünə çevrilmiş bu məsəl müasir dövrdə də mürəkkəb seçim qarşısında qalmış adamlara münasibətdə geniş işlənir.
Məsəllər, deyimlər►Hər hansı cinayətkarın törətdiyi bəd əməli olduğu kimi səhnədə və ya bir hekayətdə onun özünə göstərmək üsulu.
İfadə böyük ingilis dramaturqu V.Şekspirin məşhur «Hamlet» faciəsindəki bir epizoddan qaynaqlanaraq yayılmışdır.
Bu əsərdə Hamlet öz əmisi kralın qatil olub-olmadığını müəyyənləşdirmək istəyir. Şəhərə gəlmiş aktyor truppasına göstəriş verir ki, cinayət səhnəsini bir tamaşa kimi göstərsinlər. Cani kral tamaşaya sona qədər baxa bilmir və bununla da «tələyə» düşür.
Əsərdə bu ifşa ilə bağlı belə bir epizod da vardır:
«Kral: – Pyesin məzmununu bilirsinizmi? Əsərdə təhqiramiz bir şey yoxdur ki?
Hamlet: – Yox, yox. Bunların hamısı zarafatdır. Yalandan zəhərləyirlər. Təhqiramiz heç bir şey yoxdur.
Kral: – Pyesin adı nədir?
Hamlet: – «Siçan tələsi», lakin nə mənada? Yalnız məcazi mənada».
Məsəllər, deyimlər►Sona qədər mübarizə aparmağa, cəsarət və qətiyyət nümayiş etdirməyə, verdiyi anda sadiq qalmağa çağırış rəmzi kimi işlədilən ifadə.
İfadə Karfagen hakimi və böyük sərkərdə Hannibalın adı ilə bağlıdır.
Hannibalın 9 yaşı olanda atasından – uzun müddət Roma ilə döyüşən Karfagen sərkərdəsi Hamilkar Barkadan xahiş edir ki, onu da özü ilə hərbi yürüşə aparsın. Bunun müqabilində atasının ondan bir tələbi olur: «Söz ver ki, bütün həyatın boyu romalılara nifrət edəcək və onlarla mübarizə aparacaqsan». Hannibal müqəddəs qurbangahda təntənəli and içdi və ömürboyu bu anda sadiq qaldı.
Hannibal yavaş-yavaş hərbi yürüşlərdə mahir sərkərdə kimi məşhurlaşdı, Pireney yarımadasını zəbt etdikdən sonra Cənubi Qalliyaya, oradan isə Alp dağlarından İtaliyaya keçdi, orada bir sıra döyüşlərdə romalılarla üz-üzə gəldi, amma ciddi itkilər verdiyi üçün Romaya getməyə cəsarət etmədi.
Uzunmüddətli müharibələrdə zəifləmiş Hannibal Afrikaya dönməyə məcbur olmuş, orada isə romalılar tərəfindən məhv edilmişdi. Sülh bağlandıqdan sonra romalılar Hannibalın onlara verilməsini tələb etdilər, o isə Şərqə qaçdı və düşmənin əlinə keçməmək üçün sonda özünü zəhərlədi. Buna baxmayaraq «Hannibal andı» ifadəsi məcazi məna aldı və uzun illərdir ki, bütün dillərdə işlənərək «qəti vəd» mənasını verir.
Məsəllər, deyimlər►Yaxınlaşan çox ciddi təhlükə haqqında həyəcanlı xəbərdarlıq kimi işlədilən ifadə.
İfadə məşhur natiq və mütəfəkkir Siseronun dilindən yayılmışdır.
Karfagen sərkərdəsi Hannibal uzun müddət Roma imperiyası ilə mübarizə aparmış və məğlubedilməz romalıları vahimədə saxlamağın mümkünlüyünü sübut etməyi bacarmışdı.
Romaya doğru yürüş edəndə İtaliyanın əksər şəhərləri Hannibalın tərəfinə keçirdi; onların arasında böyüklüyünə görə İtaliyanın ikinci şəhəri olan Kapuya da vardı. Növbəti məğlubiyyətdən sonra geri çəkilən romalılar düşmənin tərəfinə keçmək istəyən xəyanətkar Kapuyanı mühasirəyə aldılar. Hannibal öz tərəfdaşına köməyə getdi. Amma romalılar sonadək mübarizə apardılar.
Bu zaman romalıları Kapuyanın mühasirəsindən uzaqlaşdırmaq üçün karfagenlilər manevr edərək öz ordularını Romaya yönəltdilər. Şəhər real təhlükə qarşısında qalanda məşhur natiq və mütəfəkkir Siseron dözə bilməyib həyəcan təbili çaldı: «Hannibal qapının ağzındadır!» Bütün şəhər sakinləri dəhşət içərisində Romanın müdafiəsinə qalxdılar. Romalıların döyüş əzmini görən Hannibal şəhərə hücum etmək fikrindən daşındı. Amma «Hannibal qapının ağzındadır!» ifadəsi məcazi məna daşımağa başladı.
İfadə günümüzə heç bir dəyişikliyə məruz qalmadan gəlib çatmışdır. Kiminsə qarşısına ölümcül təhlükə çıxanda, yaxud kimsə tələyə düşəndə dərhal bu ifadə ağıla gəlir.
Məsəllər, deyimlər►Tez-tez əsəbiləşən, əsəbi, qıcıqlandırıcı davranışları ilə başqalarını da narahat edən adamlar haqqında işlədilən ifadə.
İfadə fransızca eyni mənanı bildirən sual cümləsindən qaynaqlanaraq geniş yayılmışdır.
Bizim günlərdə də tez-tez işlədilən bu ifadə şeytanın milçəyə çevrilməsi haqqında mövhumi təsəvvürlərdən meydana gəlmişdir. Guya milçək cildinə düşən şeytan insanın burnuna, qulağına, ağzına girərək, yaxud dişləyərək onun qəzəblənməsinə, özündən çıxmasına səbəb ola bilərmiş.
Bəzən gərgin, dilxor, qanı qara olan, tez-tez əsəbiləşən insan haqqında «bunu hansı ilan vurub» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər►Naz-nemət içәrisindә yaşayıb adamlara yuxarıdan aşağı baxmaq, var-dövlətin çoxluğundan qudurmaq, hədsiz bədxərclik və israfçılıq etmək.
İfadə Bağdad xәlifәsi Harun әr-Rәşidin (763–809) adından ümumilәşәrәk yayılmışdır.
Mәşhur Abbasilәr sülalәsindәn olan Harun Şәrqdә yayılmış bir sıra әfsanә vә rәvayәtlәrdә, xüsusilә «Min bir gecә» nağıllarında idealizә edilәrәk әdalәtli padşah, maarif vә sәnәtin tәrәqqisinә çalışan incәsәnәt hamisi, xalqın atası kimi tәriflənir. Guya yoxsul xalqın həqiqi vәziyyәti ilә yaxından tanış olmaq üçün tacir paltarı geyib Bağdadın küçәlәrini gәzәrmiş.
Əslində isə Harun әr-Rәşid çox amansız vә qәddar bir despot olmuşdur. Xüsusilә Bәrmәkilәrә qanlı divan tutmuş, təkcə bir gün içindә (hicri 187-ci il) 60 min Bәrmәki ailәsini qәtlә yetirmişdi. O, Şimal-Qәrbi İranda, Xorasanda, Misirdә baş verәn üsyanları amansız şәkildә yatırtmışdı. 808–809-cu illәrdә Muğanda vә Qarabağda әrәb işğalçılarına qarşı mübarizә aparan Xürrәmilәr hәrәkatını da әn vәhşi metodlarla boğmuş vә üsyançılarla çox qәddar davranmışdı.
Harun dövründә Bağdad әhli başdan-başa naz-nemәt içәrisindә üzürmüş. Xәlifənin özünün dövlәtinin qәdәrini bilәn yox imiş. Harun dövlәtinә, sәrvətinә müvafiq dә çox sәxavәtli, әliaçıq imiş. Sәxavәti haqqında bütün Şәrqdә çoxlu rәvayәtlər yayılmışdır.
Arvadı Zübeydә xatun da cah-calallı hәyat keçirirdi. Onun süfrәsinә yalnız qızıl vә ya gümüş qablarda, ya da daş-qaşla bәzәdilmiş qablarda xörәk gәtirilmәli idi. O, hәcc ziyarәtinә gedәrkәn Mәkkәdə onun qarşılanmasına üç milyon dinar xәrclәnmişdi.
Harunun övladları da belә bәdxәrclik dәrәcәsinə çatan әliaçıqlığı ilә fәrqlәniblәr. Oğlu Mәmunun toyunda o qәdәr sәrvәt mәsrәf olunmuşdu ki, әrәb әdəbiyyatında zәrbi-mәsәl halına keçmişdi.
Məsəllər, deyimlər►Zənginliyin, var-dövlətin gəldi-gedər, səxavət, əliaçıqlıq və ədalətin isə əbədi olduğunu bildirən ifadə.
İfadə Şərqdə dini əfsanələrdən qaynaqlanaraq yayılmışdır.
Dini əfsanələrə görə, Harun Musa peyğəmbərin zamanında yaşamış və dünyanın ən dövlətli, sərvətli hakimi olmuşdur. Onun xəzinələrində səhranın qumları qədər daş-qaş və cəvahirat olduğu iddia edilir. Lakin bütün bunlara baxmayaraq Harun son dərəcə xəsis və tamahkar olmuşdur. O guya Musa peyğəmbərin qarğışı nəticəsində öz var-dövləti ilə birlikdə yerə batmışdır.
Digər tərəfdən məşhur İran şahı Ənuşirəvanın (531–579) adı bütün Şərq aləmində əliaçıqlıq, səxavətlilik və ədalət rəmzinə çevrilmişdir. Rəvayətə görə, o, paltarını dəyişərək qapı-qapı gəzir, xalqın vəziyyəti ilə tanış olur və ehtiyacı olanlara yardım göstərirmiş. Onun sarayında hər gün minlərlə adam yeyib-içir, yardım alırmış.
Buna görə də var-dövlətin müvəqqəti olduğunu və yalnız səxavətli, əliaçıq və ədalətli adamın öz adını əbədiləşdirdiyini, var-dövlət rəmzi olan Harunun çoxdan unudulduğunu və ya adının ancaq pisliyə çəkildiyini, əliaçıq və ədalətli Ənuşirəvan adının isə həmişə ehtiramla xatırlandığını bildirmək üçün bu məsəldən gen-bol istifadə edirlər.
Məsəllər, deyimlər►Həddindən artıq əliaçıq, səxavətli, kasıb-kusuba əl tutan, qonaqpərvər adam haqqında işlədilən ifadə.
İfadə ərəb dünyasında tarixi şəxsiyyət kimi tanınmış Hatəmi Teyyin adından götürülərək yayılmışdır.
Hatəm (Hatəmi Tai) Ərəbistanın şimalında məskunlaşmış Teyy qəbiləsinin başçısı idi. Doğum tarixi bəlli olmasa da, eramızın 605-ci ilində dünyasını dəyişdiyi barədə məlumatlar vardır. Şeir yazdığı, şairlik etdiyi də iddia olunur. Guya çox böyük bir sərvətə və eyni zamanda səxavətə malik olan bu adam Şərq xalqları arasında əliaçıqlıq və alicənablığın rəmzi kimi tanınıb. Onun bu müsbət xüsusiyyətləri haqqında İranda, ərəb ölkələrində və Azərbaycanda rəvayətlər yayılmışdır. Həmin rəvayətlərin birində deyilir:
«Bir gün Hatəmdən dünyada ondan daha səxavətli bir adam olub-olmadığını soruşarkən o, müsbət cavab vermiş və başına gələn belə bir əhvalatı nəql etmişdir:
– Bir dəfə yolayrıcına çıxıb yeməyə, geyməyə möhtac adam axtarırdım. Bir də gördüm arxasında bir şələ odun haldan düşmüş, sümükləri çıxmış bir qoca gəlir. Bu yerdə onun qarşısına bir qadın çıxdı və dedi:
– Uşaqlarım ac və çılpaqdırlar. Bu soyuq gündə tir-tir əsirlər. Allah rizasına şələni mənə ver, barı yetimlər oda isinsin.
Qoca bir kəlmə danışmadan odunları qadına verdi və ayaqlarını çəkə-çəkə yenə meşəyə odun yığmağa getdi.
Bunu eşidənlər Hatəmə etiraz edib deyirlər ki, bir şələ odun nə böyük şeydir, sən hər gün minlərlə acın qarnını doyurursan.
Hatəm onlara belə cavab verir:
– Başa düşün, mən var-dövlət sahibiyəm, çoxdan verirəm, o isə yoxdan...»
Məsəllər, deyimlər►Xüsusi zәhmәt çәkmәdәn hәr hansı işә şәrik və ya sahib olmağı, hazır bir şeyə yiyələnməyi, görülən işi utanıb-çəkinmədən öz adına çıxmağı bildirən ifadə.
İfadə XX әsrin әvvәllәrinә qәdәr İranda şahın kefi istәdiyi hər adama «nazir» rütbәsi (vәzifәsi) verməsi ilə bağlı yaranmışdır.
XVIII əsrin sonlarından başlayaraq XX әsrin әvvәllәrinә qәdәr İranda şah-monarx ehtiyac olub-olmamasına baxmayaraq sarayda kefi istәdiyi adama «nazir» rütbәsi (vәzifәsi) verirdi. Bu «nazir»lәrin işləmәsi, dövlәt işi aparıb-aparmaması nәzәrә alınmırdı vә heç lazım da deyildi. İş burasında idi ki, şahın «nazir» adı verdiyi şәxslər heç yerdə işlәmәsәlər dә, dövlәtdәn müәyyәn məbləğdə maaş alırdılar. Məhz belә nazirlər heç bir ictimai-faydalı işlә mәşğul olmadıqları halda milçək kimi şirəyə – «hazırına» qonurdular. Bunlar heç bir xidməti olmayan «hazır» nazir idilər. İfadә ilk vaxtlar elә belә dә işlәnirdi: «hazır-nazir».
Bu gün istənilən cəmiyyətdə müəyyən münasibətlərə görə yaxşı mövqe tutan, heç bir xüsusi xidməti olmadan dövlət strukturunda yüksək vəzifə tutub yaxşı maaş alan, həmçinin başqasının illərlə zəhmət çəkib gördüyü işə sahib çıxan belə «hazırın nazirləri» vardır.
Məsəllər, deyimlər►Yerinә düşməyən hər hansı bir iş, hәrәkәt vә söz haqqında işlədilən ifadə.
İfadә Üzeyir Hacıbәylinin «O olmasın, bu olsun» komediyasından qaynaqlanır.
İfadə Məşədi İbadın Gülnaz və Sənəmlə olan görüşündəki dialoqda səslənir. Gülnazı ilk dəfə görən Məşədi İbad söhbətə necə başlayacağını bilmir və deyir:
– Xanım, sənin ki saçların bu qədər qaradır, yəqin, sən də mənim kimi həna qoyursan.
Gülnaz əda ilə «xeyr, həna qoymuram» deyir.
Məşədi İbad:
– Hə!.. Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara.) Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi, – deyir.
Məhz buna bənzər situasiyalarda yerinə düşməyən və hətta söhbətin, yaxud işin ümumi axarını pozan danışıq və davranış haqqında «heç hәnanın yeridir?» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Bir şeyin son hәddini, hüdudunu bildirmək üçün işlәdilən ifadə.
İfadə yunan əsatirinin məşhur qəhrəmanı Heraklın adı ilə bağlıdır.
Heraklın on iki qoçaqlığı dillər əzbəridir. Bu qoçaqlıqlardan biri nәhəng üç başı və çoxlu әl-ayaqları olan Gerionun inәklәrini oğurlamasıdır. Dünyanın qurtaracağında, okeanın içindәki adada yaşayan bu nəhəngin yanına gedib çıxmaq isə olduqca çәtin və təhlükəli idi.
Herakl bütün çәtinliklәrә mətanәtlә sinə gərәrәk bu ağır sәyahәti başa vurur, dünyanın sonuna gedib çıxır. O, bir boğazın yanında müvəqqəti məskən salır vә onun hәr iki sahilindә iki nәhәng daş sütun qaldırır. Bu sütunlar Heraklın qeyri-adi gücünə, igidlik və cəsurluğuna şәhadәt etmәli idi. İndi hәmin boğaz məşhur ərəb sərkərdəsinin şərəfinə Cəbәlüttariq (Gibraltar) adlanır. Heraklın sütunları isә həmin boğazın hər iki tərəfində qürurla dayanmış qayalardır.
Dilimizdə «Herakl əməyi», «Herakl gücü» kimi ifadələr də işlənir.
Məsəllər, deyimlər►Nәyin bahasına olursa olsun, hәtta cinayәtlə də olsa, şöhrәtә çatmağa çalışmağı, rüsvayçılıqla şöhrət qazanmağı bildirən ifadə.
İfadә Qədim Yunanıstanda gözəl bir məbədin yandırılması ilə bağlı tarixi әһvalatla әlaqәdar yaranmışdır.
E.ə. VII–VI әsrlәrdә Yunanıstanın digәr vilayәtlәrinә nisbәtәn Kiçik Asiyada elm vә incәsәnәt daha çox inkişaf etmişdi. Burada ovçuluq vә mәhsuldarlıq ilahәsi Artemidanın hörməti geniş yayılmışdı. Onun şәrәfinә Efes şәhәrindә tikilmiş məbәd bütün dünyanın fәxri olub mәşhur yeddi möcüzәdən biri sayılır. Hәmin әvәzsiz mәbәdin tikintisi bir çox ölkәlәrin kömәyi ilә 120 ilə başa gәlmişdir. Lakin yunanca «Artemision» adlandırılan bu gözәl, mәrmәrdәn hörülmüş məbəd yüz ildәn sonra – e.ә. 356-cı ildә yandırılıb xaraba qoyuldu. Efesdә yaşayan Herostrat adlı birisi öz adını tarixdә әbәdilәşdirmәk mәqsәdilә bu müqәddәs mәbәdə od vurmuşdu.
Herostratın cinayәti bütün yunanları qәzәblәndirmişdi. Yunanlar nadan Herostratın adını heç yerdә çәkmәmәk, onu tamamilә unutdurmaq qәrarına gəlmişdilәr. Artemida mәbәdindәki yanğından bәhs etdikdә belә heç kәs bu əbləhin adını çәkmәmәli idi. Kim onun adını tutardısa, ölümә mәhkum edilmәli idi. Bütün bunlara baxmayaraq bәzi qәdim müәlliflәrin әsәrlәrindә Herostrat xatırlanır. Xüsusilә yunan tarixçisi Feopomi bu vәhşinin adını öz әsәrlәrindә dәfәlәrlә işlәtmiş vә onun tarixә düşmәsinә sәbәb olmuşdur. Demәli, hәr halda, Herostrat öz arzusuna çatmışdır: onun adı neçə əsrlərdir ki, tarixdə yaşayır.
Bununla yanaşı, «Artemision» məbədini Herostratın yandırmadığı barədə elmi mülahizələr də mövcuddur.
Məsəllər, deyimlər►O qədər də əhəmiyyətli olmayan, lakin şişirdilən hər hansı fakt və ya hadisəyə istehzalı münasibət bildirən ifadə.
İfadə görkəmli Azərbaycan ədibi, kiçik hekayələr ustası Əbdürrəhim bəy Haqverdiyevin «Ac həriflər» hekayəsindən götürülüb.
Eyniadlı televiziya tamaşasından (1996) sonra bu ifadə xeyli geniş yayılıb.
Tamaşada hadisələrin cərəyan etdiyi yeməkxanada qəribə hallar baş verir. Əksər müştərilərin fikri-zikri yediyinin pulunu ödəmədən aradan çıxmaqdır. Bir müştəri (aktyor Yaşar Nuri) isə heç kimə və heç nəyə əhəmiyyət vermədən qəzet oxuyur, şəhər yeniliklərinə emosional münasibətini bildirir. Oxuduğu hər xəbərə (şəhərdə filan tamaşa olub, şəhərə hansısa truppa gəlib və s.) isə bircə kəlmə ilə reaksiya verir:
– Hə, noolsun?!
İndinin özündə də mənasız və əhəmiyyətsiz hadisəni şişirdilmiş şəkildə və həyəcanla çatdırdıqda adamların içindən bu ifadə qopur.
Məsəllər, deyimlər►Tez-tez, davamlı, arzu olunmayan eyni davranışa münasibətdə işlədilən ifadə.
İfadə bir çox qədim xalqlarda mövcud olmuş təqvim düzümündən qaynaqlanır.
Mәlumdur ki, tarixən ilin uzunluğunu tәbiәt, ayın uzunluğunu adәt, һәftәnin uzunluğunu isə һökumәt müәyyәn edir; məsələn, hazırda istifadə etdiyimiz yeddi gündәn ibarәt olan müasir һәftә, әslindә, qәdim yәһudi adәtlәrindәn və «Bibliya»dan götürülmüşdür. Amma bu rəqəm tarixən ayrı-ayrı dövrlərdə müxtəlif xalqlarda fərqli tәrzdә – üç, beş, yeddi vә s. günlәrdәn ibarәt һesab edilmişdir; məsələn, qәdim şumerlәr vә babillilәr yeddi günlük һәftәdәn istifadә edirdilәr.
Bir sıra qәdim xalqlar kimi qәdim romalılar (һabelә etrusklar) da һәftәni sәkkiz gün һesablayırdılar. Belә һәftә ticarәt һәftәsi adlanırdı. Hәftәnin yeddi günü iş günü olurdu, sәkkizinci gün isə bazar günü idi. Bazar günlәri (sәkkizinci gün) kәnd әһli şәһәrlәrә böyük ticarət mərkəzlərinə gedәrdilәr. Hәm dә bayram һesab edilәn belә bazar günlәrində geniş miqyasda ticarәt aparılır, müxtәlif ictimai tәdbirlәr keçirilirdi. Kәnd camaatı yalnız şәһәrә gәlә bildiklәri bu bazar günlәrindә səliqəli geyinər, üz-başlarını qırxdırardılar.
Professor M.Adilova görə, «mәn doqquz» ifadәsinin buraya әlavә edilməsi ifadədəki mәnanı şiddәtlәndirmәk mәqsәdi güdür. «Doqquz» rәqәmi һәm «sәkkiz»lә qarşılaşdırma mәqsәdini güdür, һәm dә artıqlığı, çoxluğu, son һәddi bildirir.
Məsəllər, deyimlər►Yol gedərkən tez-tez ayaq saxlayan, rastlaşdığı adamlarla ehtiyac duyulmadan dayanıb söhbət edən şəxslərə münasibətdə kinayə ilə deyilən ifadə.
İfadə xalq arasında yayılmış əhvalatla bağlıdır.
Nağı adlı təhsilli bir molla eyni zamanda həkimlik də edirmiş. Hər gün səhər tezdən atını minib kəndi qapı-qapı gəzər, hər gördüyü adamın yanında atı saxlayıb hal-əhval tutar, xəstə olub-olmadığını yoxlayarmış. Zaman keçdikcə mollanın atı adətkərdə olub hər adamın yanında, hər qapının ağzında dayanarmış.
Buna görə də yol gedərkən tez-tez dayanan adamlara: «Nağının atı kimi niyə hər addımda dayanırsan?» – deyə müraciət edirlər.
Çox zaman bu rəvayəti Şəkidə yaşamış həkim Nağının adı ilə də bağlayırlar.
Məsəllər, deyimlər