►Nәyin bahasına olursa olsun, hәtta cinayәtlə də olsa, şöhrәtә çatmağa çalışmağı, rüsvayçılıqla şöhrət qazanmağı bildirən ifadə.
İfadә Qədim Yunanıstanda gözəl bir məbədin yandırılması ilə bağlı tarixi әһvalatla әlaqәdar yaranmışdır.
E.ə. VII–VI әsrlәrdә Yunanıstanın digәr vilayәtlәrinә nisbәtәn Kiçik Asiyada elm vә incәsәnәt daha çox inkişaf etmişdi. Burada ovçuluq vә mәhsuldarlıq ilahәsi Artemidanın hörməti geniş yayılmışdı. Onun şәrәfinә Efes şәhәrindә tikilmiş məbәd bütün dünyanın fәxri olub mәşhur yeddi möcüzәdən biri sayılır. Hәmin әvәzsiz mәbәdin tikintisi bir çox ölkәlәrin kömәyi ilә 120 ilə başa gәlmişdir. Lakin yunanca «Artemision» adlandırılan bu gözәl, mәrmәrdәn hörülmüş məbəd yüz ildәn sonra – e.ә. 356-cı ildә yandırılıb xaraba qoyuldu. Efesdә yaşayan Herostrat adlı birisi öz adını tarixdә әbәdilәşdirmәk mәqsәdilә bu müqәddәs mәbәdə od vurmuşdu.
Herostratın cinayәti bütün yunanları qәzәblәndirmişdi. Yunanlar nadan Herostratın adını heç yerdә çәkmәmәk, onu tamamilә unutdurmaq qәrarına gəlmişdilәr. Artemida mәbәdindәki yanğından bәhs etdikdә belә heç kәs bu əbləhin adını çәkmәmәli idi. Kim onun adını tutardısa, ölümә mәhkum edilmәli idi. Bütün bunlara baxmayaraq bәzi qәdim müәlliflәrin әsәrlәrindә Herostrat xatırlanır. Xüsusilә yunan tarixçisi Feopomi bu vәhşinin adını öz әsәrlәrindә dәfәlәrlә işlәtmiş vә onun tarixә düşmәsinә sәbәb olmuşdur. Demәli, hәr halda, Herostrat öz arzusuna çatmışdır: onun adı neçə əsrlərdir ki, tarixdə yaşayır.
Bununla yanaşı, «Artemision» məbədini Herostratın yandırmadığı barədə elmi mülahizələr də mövcuddur.
Məsəllər, deyimlər