►Kiməsə bənzədib bir müddət xatırlaya bilmədiyin birinin qəfil yada düşməsi ilə əlaqədar işlədilən ifadə.
İfadə 1958-ci ildə çəkilmiş «Uzaq sahillərdə» filmindən qaynaqlanır.
Mixaylonun partizan silahdaşı Anjelika tapşırıqla əlaqədar sinyor Rosselininin evinə gedir və italiyalı milyonçu Fraskininin xanımı adı altında özünü təqdim edir. Əvvəlcə Rosselini qoca Fraskininin xanımının bir ay öncə vəfat etdiyini öz qulluqçusuna xatırlatsa da, daha sonra milyonçunun arvadına yas saxlamadan yenidən evlənə bilmə ehtimalını da irəli sürür. Lakin sinyor Rosselini Anjelikanı elə ilk baxışdan haradansa tanıdığını bildirəndə o, vəziyyətdən çıxış yolu kimi: «Ola bilər, Venesiyada, qonaqlıqda», – deyə cavab verir.
Anjelikanın alman ordusunun zabiti kimi təqdim etdiyi Mixaylo az sonra içəriyə girərək sinyor Rosseliniyə silah çəkib ərzaq anbarlarının yerini soruşduqda qorxusundan geriyə doğru addımlayan Rosselini güldana toxunub onu yerə salır. Bu zaman o, ətrafa səpələnən gülləri görüb: «A, tanıdım... gülsatan qız», – deyə, nəhayət ki, Anjelikanı harada gördüyünü xatırlayır.
Məsəllər, deyimlər►İstәyinә, arzusuna çata bilmәmәk üzündәn çәkilәn әzabı bildimək məqsədilə işlədilən ifadə.
İfadə qədim yunan əsatirlərindən qaynaqlanır.
Qәdim yunan әsatirlәrinә görә, әvvәllər ilahların sevimlisi olan Frigiya hökmdarı Tantal öz cinayәtlәri üstündә vә tanrıları tәhqir etdiyi üçün әbәdi cәzaya, әziyyәtə mәhkum edilmişdi. Tantal cәһәnnәmә göndәrilmişdi vә orada boğaza qәdәr suyun içindә dayanmalı, başı üzәrindә müxtәlif meyvәlәrin yetişib sallanmasına baxmalı olmuşdu.
Tantal öz aclığını vә susuzluğunu heç cür rәf edә bilmirdi. Ona görә ki ağzını suya uzatdıqda su ondan kәnara çәkilir, әlini meyvәyә uzatdıqda isə meyvә yüksәyә qalxır vә әli çatmırdı. İfadә bu әsatirlә әlaqәdar mәcazlaşmışdır.
Bizim dövrümüzdә kimyaçılar çox böyük әziyyәt nәticәsindә yeni bir metal kәşf edib onun xüsusiyyәtlәrini öyrәnәndәn sonra ona «tantal» adı vermişlәr. Kimyaçıların fikrincә, hәmin metalın kәşfindә çәkilәn әzab Tantalın әzabına bәrabәrdir.
Məsəllər, deyimlər►Savadsız, məhdud dünyagörüşlü və ya yarımçıq təhsil sahibi olanlar haqqında istehza ilə işlədilən ifadə.
İfadə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» komediyasının qəhrəmanı Məşədi İbadın dilindən səslənərək yayılmışdır.
Əsərdə Məşədi İbad bu ifadəni iki dəfə işlədir. «Mən «Tarixi-Nadir» kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır». Başqa bir yerdə isə anlaşılmaz ifadələrlə danışan qəzetçi Rza bəyə deyir: «Axı o qədər qəliz danışırsan ki, bilmək olmur nə deyirsən. Mən özüm «Tarixi-Nadir» kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?»
Məşədi İbadın sözlərini qəribliyə salmaq o qədər də düzgün deyil, çünki XX əsrin əvvəllərində Azərbaycan məktəblərində «Tarixi-Nadir» kitablarından dərs keçilir, bu kitabı oxuyub başa vurmaq «savadlılıq» kimi qiymətləndirilirdi.
İran şahı Nadir (1688–1747) haqqında külli miqdarda tarix əsərləri yazılmış, onun hakimiyyəti, qəsbkarlıq yürüşləri təsvir edilmişdir. Bunlardan biri də onun şəxsi katibi Mirzə Məhəmməd Mehdi xan Astrabadinin yazdığı qısa – cəmi bir neçə səhifəlik «Tarixi-Nadir» («Tarixi-Cahangüşai-Nadiri») əsəridir.
Məsəllər, deyimlər►Olub-keçənləri yada salmaq, ötənləri geri qaytarmağa cəhd etmək, tarixi təkrarlamaq.
İfadә elmi kommunizmin baniləri sayılan K.Marks vә F.Engelsin «Kommunist partiyasının manifesti» (1848) әsәrindәn götürülmüşdür.
Proletariatın rәһbәrlәri xırda burjuaziyanı sәciyyәlәndirәrkən onların konservatizmini, mürtәce maһiyyətini belә göstәrirlәr ki, xırda burjua «tarixin tәkәrini geri döndərmәyә» çalışır. K.Marks bu fikri həmçinin belə ifadə etmişdir: «Tarixin təkəri həmişə irəliyə və yaxşıya doğru dönər».
Bundan başqa, «Tarix təkrar olunur» kimi də ifadə geniş istifadə edilir. Bu ifadә alman filosofu Fridrix Hegel tərəfindən dünya ictimaiyyətinə yayılmışdır. Onun qeyd etdiyinə görə, һər һansı tarixi çevriliş insanlar tәrәfindәn o zaman bәyәnilir ki, o tәkrar olunsun: «Әvvәlcә tәsadüfi görünәn һәr şey tәkrar olunduqdan sonra һәqiqətә çevrilir».
Qәdim yunan filosofu Pifaqorun (e.ә. VI әsr) fikrincә: «Ruh ölmәzdir, dünyada baş verәn hadisәlәr müәyyәn fasilәdәn sonra yenidən tәkrar olunur. Ümumiyyәtlә, tәzә heç nә baş vermir».
Məsəllər, deyimlər►Nümunəvi bir mədəniyyət ocağı kimi teatrda hər şeyin əhəmiyyətli olduğunu, kandardan, asılqandan başlayaraq səhnəyə qədər hər şeyə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayan ifadə.
İfadənin böyük rus teatr xadimi Konstantin Stanislavskiyə (1863–1938) aid olduğu ehtimal edilir.
Yazılı mənbələrdə K.Stanislavskinin belə bir ifadə işlətməsi təsdiq olunmur. Ona görə də başqa gümanlara görə, bu sözlәr Stanislavskinin sənət dostu, görkəmli rus rejissoru Vladimir Nemiroviç-Dançenkonun dilindәn yayılmışdır. Lakin bu fikrə dә etiraz edənlər var. İfadənin haradan qaynaqlanması mübahisəli olsa da, onun dilimizə rus dili vasitəsilə keçməsi mübahisə doğurmur.
Bu da faktdır ki, bu qanadlı sözlərdə dərin hikmət vardır. Yəni ifadə onu təlqin edir ki, böyük bir mədəniyyət ocağı kimi teatrda hər şey, hər bir element əhəmiyyətlidir. Ona görə də kandardan, asılqandan başlayaraq səhnəyə qədər hər şeyə xüsusi diqqət yetirmək vacibdir.
Məsəllər, deyimlər►Latın dilindən («terra incognita») götürülmüş və bir şeyin naməlum, qeyri-müəyyən, öyrənilməmiş olduğunu bildirən ifadə.
İfadənin ilk dəfə 1522-ci ildə Polşada məşhur coğrafiyaçı Yan Stobnitskinin (?) xəritəsində Asiyadan cənub-şərqə doğru uzanan böyük bir materik üzərində qeyd olunduğu ehtimal edilir.
Əvvəl bir çox mənbələrdə bu ifadənin danimarkalı astronom Tixo de Brageyə (1546–1601) aid olduğu göstərilirdi. Lakin sonralar ortaya çıxan bir çox coğrafi xəritələrdə həmin ifadənin artıq dəfələrlə işləndiyi meydana çıxmışdır. Ümumiyyətlə, bu ifadə daha çox xəritəşünaslıq elminin kəşfləri ilə bağlıdır. Çünki qlobusun və onlarca coğrafi xəritələrin meydana çıxması insanların onlara məlum olmayan ərazilər haqqında bilikləri almasına kömək edirdi. Beləliklə, həmin xəritələrin üzərində latınca yazılmış «terra inkoqnita» ifadələri azalırdı.
Müasir dövrdə bu ifadə daha çox məcazi məna daşıyaraq haqqında az məlumat olan münaqişə ocaqlarına, dünyanın ucqarlarındakı ərazilərə və cırtdan dövlətlərə aid edilir.
Məsəllər, deyimlər►Hər hansı işin başlanğıcında bəd gətirmək, bir işin alınacağına inanmamaq, buna şübhə yaratmaq.
İfadə xalq arasında tək səbirə münasibətdə hələ də tamamilə aradan qalxmayan mövhumi təsəvvürlərdən yaranmışdır.
Xalq arasında yayılmış inanca görə, guya cüt səbir xoşbəxtlik, tək səbir isə bədbəxtlik baş verəcəyini bildirən əlamətdir. Mühüm bir iş görmək ərəfəsində tək səbir gəldikdə mövhumatçı adam o işin başlanmasını təxirə salır və təsadüfən həmin iş müvəffəqiyyətsizliklə tamamlandıqda isə bunu mütləq tək səbirin təsiri ilə əlaqələndirir.
Böyük satirik şair M.Ə.Sabir bu mövhumatçıların cahilliyinə istehza edərək «Tək səbir» adlı şeirində yaxşı, alicənab, xeyirxah işlərin görülməsinə tək səbirin nə qədər «zərər» verdiyini göstərmişdir.
Əvvəl bir iş görmək fikrinə düşüb sonra qəflətən həmin fikirdən vaz keçdikdə bu hərəkətin səbəbini «Nə oldu, tək səbir gəldi?» – deyə soruşurlar.
Məsəllər, deyimlər►Bədnəzərdən, bəd niyyətdən, şərdən qorunmaq, gözə gəlməmək üçün işlədilən ifadə.
İfadə insanlarda tüpürcəyin sehrli gücünə olan inancdan qaynaqlanır.
Qədim insanlar belə hesab edirdilər ki, bu sözləri deyib ətrafa tüpürərkən şər qüvvələri qovub canını qurtara bilir. Adətə görə, şeytana sol çiyin üzərindən tüpürürdülər, sol tərəf qeyri-sağlam, günahlı, bütün mənalarda dürüst olmayan hesab edilirdi.
Ümumiyyətlə, qədimlərdə tüpürcək qüvvət mənbəyi, şəfaverici bir vasitə sayılırdı; məsələn, ara həkimləri yaranı sağaltmaq üçün onun üstünə tüpürürdülər, İsa Məsih ağız suyunu korların gözünə sürtərək onlara şəfa verirdi. Şərqdə analar uşaqlarının tez böyüməsi üçün qayğı ilə hər gün onların üzərinə tüpürürdülər. Qədim döyüşçülər ölümcül gücü möhkəmləndirmək üçün öz silahlarını ağız suyu ilə isladırdılar. Hələ indi də döyüşdən, yaxud ciddi və çətin bir işi görməzdən əvvəl bizlərdən bəziləri ovuclarına tüpürərək əllərini bir-birinə sürtür və bunu adamı qüvvətləndirən bir şey hesab edirlər. Əcdadlarımız həm də əmin idilər ki, ağız suyu bütün bədbəxtliklərdən, pisliklərdən və məkrlərdən insanları qoruyur.
Maraqlıdır ki, tarixən belə hörməti olan və çox güclü «silah» sayılan tüpürcək indi təhqir və hörmətsizlik vasitəsinə çevrilib.
Məsəllər, deyimlər►İkiüzlülüklә, hiyləgәrcәsinә axıdılan göz yaşını, yalançı tәәssüfü bildirən ifadə.
İfadə hiyləgərliyi ilə seçilən Nil timsahlarının öz qurbanını udmazdan əvvəl göz yaşları tökməsi haqqında qədim inancdan yaranmışdır.
Qədim insanlar timsahı sirli, әsrarәngiz heyvan hesab edirdilәr, onun haqqında rəvayәtlər danışır, şəninə qurban kəsirdilər. Qәdim yunan alimlәrindәn Elian heyvanlar haqqında yazdığı bir әsәrindә göstәrirdi ki, timsah hәddәn artıq hiylәgər vә bic heyvandır. O yazırdı ki, timsaһ ağzına su doldurub insanların vә heyvanların keçdiklәri yola tökmәklә yolu sürüşkәn edir ki, yıxılsınlar vә onları ovlamaq asan olsun.
İfadәnin yaranması bir sıra xalqlardakı belә bir qәdim inancla әlaqәdardır ki, timsah öz ovunu görәrkən onun halına acıdığı üçün guya gözlәrindәn yaş axıdır vә bu yaş ovunu yediyi bütün müddәt әrzindә onun gözlәrindәn axır.
İsveç alimlәri Raqnar Fanqe və Knut Şmidt-Nilsen timsahın hәqiqәtәn göz yaşı töküb-tökmәdiyini müәyyәnlәşdirmәk üçün tədqiqat aparıblar. Aydınlaşdırıblar ki, timsah həqiqәtәn göz yaşı axıdır, lakin buna sәbәb onların başqalarına olan acıma, mәrhәmәt hissi deyil, duzla bağlı olan hadisədir.
Elm sübut edir ki, sürünәnlәrin böyrәklәri o qәdər də kamil funksiyalı deyil. Odur ki orqanizmdəki artıq duzları kәnar etmәk üçün onların bәdәnindә xüsusi vәzilәr var və bu vәzilәr duzu ifraz etməkdə böyrәklәrә yardımçı olur. Timsahın bәdәnindәki duz mәһlullarını kәnar edәn vәzilәr onun gözlәrinin әtrafında yerlәşir. Bu vәzilər sürətlә fәaliyyәt göstәrdikdə adama kənardan elә gәlir ki, timsah ağlayır.
Məsəllər, deyimlər►Gözəlliyə və insan qəlbini oxşamağa xidmət etməli olan incəsənətin silahlı münaqişə, güc nümayişi və müharibə şəraitində məcburən ikinci plana keçməsini bildirən ifadə.
İfadə latın dilindəki «İnter anna silent leges» («Silah dillənəndə qanunlar susar») ifadəsinin tərcüməsindən qaynaqlanaraq yayılmışdır.
Qədim Romada hələ uzaqdakı hədəfi vuran topların olmadığı bir vaxtda bu məşhur ifadəni ilk dəfə görkəmli natiq M.T.Siseron e.ə. 52-ci ildə söyləmişdir. O, dövrün məşhur siyasətçisi və xalq tribunu Tit Anniy Milonun məhkəməsindəki müdafiə nitqində latınca məşhur ifadəni məhkəmə şəraitinə uyğunlaşdıraraq işlətmişdir. Siseronun bu ifadəni ucadan səsləndirməsinə məhkəmə nitqini söylədiyi zaman tribunanı silahlı əsgərlərin dövrəyə alması səbəb olmuşdur. Hərçənd Siseronun bəlağətli və məntiqli nitqi müdafiə etdiyi T.A.Milonu cəzadan xilas edə bilməmişdir.
İfadə bir çox hallarda latın variantındakı ilkin məzmununa uyğun olaraq «Toplar dillənəndə qanunlar susar» şəklində də işlənir.
Məsəllər, deyimlər►Alver zamanı diqqətsiz olmaq, nə verildiyinə diqqət yetirməmək.
İfadənin Fransa folklorundan qaynaqlandığı güman edilir.
Bununla bağlı rəvayətin canı odur ki, bir nəfər bazarlıq edir və verilən malın əvəzinə ona torbada pişik sırındığının fərqinə varmır. Lakin evə gəlib torbasına baxanda pişiyi görür və etiraz eləmək üçün əli heç yerə çatmır.
Bu gün Fransa və Almaniyada hələ də kiməsə yararsız bir şey satan fırıldaqçı haqqında «torbada pişik satıb» deyirlər. İngilislər bu ifadədə pişiyi donuz balası ilə əvəz ediblər. Rus dilinə keçən ifadə uğursuz alıcıya yumoristik münasibəti bildirmək üçün işlədilir.
Azərbaycan dilində bir işdə müəmma olduğu halda, yəni işin içində iş olduğunu bildirmək mənasında «torbada pişik var» ifadəsi işlənir.
Məsəllər, deyimlər►Cəzalandırmaq, ağır cəzaya məruz qoymaq, məğlub edib divan tutmaq.
İfadә tarixdə qalib dövlətin məğlub etdiyi düşmənin ərazisindən rəmzi olaraq torpaq daşıyıb aparması adəti ilə bağlı yaranmışdır.
Torpağın torbada daşınıb aparılması adәti qәdim Şumerdә, Babilistanda vә Assuriyada geniş yayılmışdı. Məğlub olan ölkədәn qәnimәtlərin aparılması nәinki iqtisadi vә siyasi-ictimai әһәmiyyәtli hadisә hesab olunurdu, hәm dә sırf mәnәvi-rәmzi mәnası olan hәrəkәt sayılırdı. Mәğlub ölkәdәn tanrıların heykәllәrini aparmaqla öz ilahlarının sayını çoxaldır, düşmәnlәri isə ilahsız vә demәli, kömәksiz qoyurdular.
Tarixdәn mәlumdur ki, e.ә. 689-cu ildә Assuriya qoşunu bir hәmlә ilә Babil şəhәrini fәth etmiş, әhalini qırmış, sarayları vә mәbәdlәri dağıtmış, şəhәrә divan tutmuşdu. Bunlarla kifayәtlәnmәyәn assuriyalılar tonlarla Babil torpağını gәmilәrә yüklәyib Bәhreyn adasına aparmış vә orada hәmin torpağı külәyә vermişdilәr, belәliklә dә öz әbәdi rәqiblәrini mәnәvi cәhətdәn dә tamamilә mәhv etdiklərini göstərmәk istəmişdilәr.
Məsəllər, deyimlər►Yaradılmışın (insanın) bir gün öləcəyinə, dəfn olunaraq torpağa qarışacağına və beləliklə, fani dünyadan ona heç nə qalmayacağına işarə ilə deyilən ifadə.
İfadə İsa peyğəmbәrin dilindәn yayılmışdır.
Müqəddəs kitab olan «Tövrat»da deyilir: «Hәr şey torpaqdan yaranmış vә hər şey torpağa dönәcəkdir». «İncil»ә görә: «Allah Yer üzündә birinci insan olan Adәmi bir parça gildən yaratmışdır».
Dünyada ilk insan olan Adәmin torpaqdan yaranması haqqındakı әfsanәdәn müsәlman dinindә dә istifadә olunmuşdur. Allah mələkləri nurdan (öz nurundan), can (cin, iblis) tayfasını nardan (atәşdәn, oddan), insanı isә torpaqdan xәlq etmişdir. Dinlәr tarixindә ilk insan һesab edilәn «Adәm» adının һәrfi mənası qәdim ibrani dilindә «yerin әdәmindәn (torpağın üst qatı) yaranmış» demәkdir.
Min illәrlә insan canlının «torpaqdan әmәlә gәlib» torpağa çevrildiyinin şaһidi olmuşdur. Qədim alimlәrin fikrincә, canlı torpaqla cansız torpağın fәrqi birincidәki «can» vә ya «ruh»dur.
Məsəllər, deyimlər►Hər hansı işə heç bir aidiyyəti olmayan, müqəvva, yalnız görüntü yaradan, xəyali nüfuz sahibi olan şəxs haqqında işlədilən ifadə.
İfadə XIX əsrin ortalarından başlayaraq Rusiyada istefada olan generalları görüntü yaratmaq məqsədilə toylara, yaxud hər hansı mötəbər məclislərə dəvət etmək ənənəsindən yaranmışdır.
Ehtimala görə, varlı tacirlər ətrafdakılara özünün necə hörmət-izzət sahibi olduğunu göstərmək, cəmiyyətdəki nüfuzunun yüksək olmasını təsdiqləmək üçün öz toylarına, yaxud başqa şənliklərə istefada olan generalı dəvət edirdilər. Generallar bu toylara müyyən bəxşiş müqabilində gəlirdilər. Onlardan sadəcə görüntü naminə məclisdə az müddətə də olsa iştirak etmək tələb olunurdu. Toya gələn generalın əynində mütləq hərbi forma olmalı idi ki, məclis iştirakçılarının diqqətini cəlb etsin.
Başqa bir ehtimala görə, bu ifadənin yaranıb yayılması A.Çexovun «Generalla toy» (1884) əsəri və onun əsasında yazdığı «Toy» (1890) adlı məzhəkəsi ilə əlaqədardır.
Son illərdə bu ifadə şifahi dilimizdə və publisistik yazılarda geniş işlənir.
Məsəllər, deyimlər►Adət edilən bir şeyi, o cümlədən pis vərdişləri tərgitməyin müşkül olduğunu bildirən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətlə bağlı meydana gəlmişdir.
Toyuğun qabağına nə vaxt dən tökürlərsə, üstündə eşələnib daim ayaqları ilə nəyisə kənara sıçradırdı. Onun bu halından bezən sahibi bir gün toyuğu taxıl anbarına salır. Toyuq adətinə sadiq qalıb yenə başlayır buğdanı ayaqları ilə eşələyib arabir dimdikləməyə.
Bunu görən sahibi artıq dözməyib deyir:
– Bu qədər buğdanın içində sən nəyi eşələyirsən?
Toyuq isə ayaqlarına işarə edərək cavab verir:
– Nə eləyim, bu tökülmüşlərim öyrənibdir, məndə nə günah var?
Məsəllər, deyimlər