Reklam
Reklam

Məsəllər, deyimlər

TERRA İNKOQNİTA

►Latın dilindən («terra incognita») götürülmüş və bir şeyin naməlum, qeyri-müəyyən, öyrənilməmiş olduğunu bildirən ifadə.

İfadənin ilk dəfə 1522-ci ildə Polşada məşhur coğrafiyaçı Yan Stobnitskinin (?) xəritəsində Asiyadan cənub-şərqə doğru uzanan böyük bir materik üzərində qeyd olunduğu ehtimal edilir.

Əvvəl bir çox mənbələrdə bu ifadənin danimarkalı astronom Tixo de Brageyə (1546–1601) aid olduğu göstərilirdi. Lakin sonralar ortaya çıxan bir çox coğrafi xəritələrdə həmin ifadənin artıq dəfələrlə işləndiyi meydana çıxmışdır. Ümumiyyətlə, bu ifadə daha çox xəritəşünaslıq elminin kəşfləri ilə bağlıdır. Çünki qlobusun və onlarca coğrafi xəritələrin meydana çıxması insanların onlara məlum olmayan ərazilər haqqında bilikləri almasına kömək edirdi. Beləliklə, həmin xəritələrin üzərində latınca yazılmış «terra inkoqnita» ifadələri azalırdı.

Müasir dövrdə bu ifadə daha çox məcazi məna daşıyaraq haqqında az məlumat olan münaqişə ocaqlarına, dünyanın ucqarlarındakı ərazilərə və cırtdan dövlətlərə aid edilir.

Məsəllər, deyimlər