►İkiüzlülüklә, hiyləgәrcәsinә axıdılan göz yaşını, yalançı tәәssüfü bildirən ifadə.
İfadə hiyləgərliyi ilə seçilən Nil timsahlarının öz qurbanını udmazdan əvvəl göz yaşları tökməsi haqqında qədim inancdan yaranmışdır.
Qədim insanlar timsahı sirli, әsrarәngiz heyvan hesab edirdilәr, onun haqqında rəvayәtlər danışır, şəninə qurban kəsirdilər. Qәdim yunan alimlәrindәn Elian heyvanlar haqqında yazdığı bir әsәrindә göstәrirdi ki, timsah hәddәn artıq hiylәgər vә bic heyvandır. O yazırdı ki, timsaһ ağzına su doldurub insanların vә heyvanların keçdiklәri yola tökmәklә yolu sürüşkәn edir ki, yıxılsınlar vә onları ovlamaq asan olsun.
İfadәnin yaranması bir sıra xalqlardakı belә bir qәdim inancla әlaqәdardır ki, timsah öz ovunu görәrkən onun halına acıdığı üçün guya gözlәrindәn yaş axıdır vә bu yaş ovunu yediyi bütün müddәt әrzindә onun gözlәrindәn axır.
İsveç alimlәri Raqnar Fanqe və Knut Şmidt-Nilsen timsahın hәqiqәtәn göz yaşı töküb-tökmәdiyini müәyyәnlәşdirmәk üçün tədqiqat aparıblar. Aydınlaşdırıblar ki, timsah həqiqәtәn göz yaşı axıdır, lakin buna sәbәb onların başqalarına olan acıma, mәrhәmәt hissi deyil, duzla bağlı olan hadisədir.
Elm sübut edir ki, sürünәnlәrin böyrәklәri o qәdər də kamil funksiyalı deyil. Odur ki orqanizmdəki artıq duzları kәnar etmәk üçün onların bәdәnindә xüsusi vәzilәr var və bu vәzilәr duzu ifraz etməkdə böyrәklәrә yardımçı olur. Timsahın bәdәnindәki duz mәһlullarını kәnar edәn vәzilәr onun gözlәrinin әtrafında yerlәşir. Bu vәzilər sürətlә fәaliyyәt göstәrdikdə adama kənardan elә gәlir ki, timsah ağlayır.
Məsəllər, deyimlər