►«Sürətli qaçmaq, aradan çıxmaq» mənasında işlədilən ifadə.
İfadә xalq yazıçısı Anarın «Dantenin yubileyi» povestindən qaynaqlanır.
Əsasәn, danışıq dilindә işlәnәn bu ifadәnin əsli «Daban әlaltı»dır – çox iti, sürәtlә qaçmağı obrazlı şәkildә bildirmәk üçün işlәdilir. Anarın «Dantenin yubileyi» povestində ifadə bu şəkildə işlədilmişdir: «Eldarın yerindәn sıçramasıyla Məcidin qapını çırpıb daban әlaltı qaçması bir oldu».
Dabanın əl altına (vә ya әl altının dabana) dәyməsi üçün iti sürətlә qaçmağa һazırlaşarkәn, adәtәn, әlin içinә tüpürüb bir-birinә sürtürlәr. Bununla әlaqәdar dilimizdә һәm dә «dabanına tüpürmək» ifadәsi eyni anlayışı bildirmәk üçün işlәnir.
Məsəllər, deyimlər►«Bir işin alınması, araya-ərsəyə gəlməsi üçün güzəştə getmək, yenilməyi qəbul etmək» mənasında işlədilən ifadə.
İfadə Məhəmməd peyğəmbərə aid olan bir rəvayətlə bağlıdır.
Rəvayətə görə, özünü Allahın elçisi elan etmiş Məhəmməd peyğəmbərə onun fövqəladə insan olduğuna inanmayan həmvətənləri bir möcüzə göstərməyi – qarşıdakı dağı yeridib durduqları yerə gətirməyi təklif edirlər.
Məhəmməd dağa onların yanına gəlməyi əmr edir, lakin, təbii ki, dağ yerindən tərpənmir. Belə olduqda o, «dağ mənim yanıma gəlmirsə, mən dağın yanına gedərəm» deyib dağa doğru irəliləyir.
Bu məsəl əvvəlcə özünü təkəbbürlü aparan adamın sonradan güzəştə gedib sadə hərəkət etməyə məcbur olduğu və ya əksinə, daha hörmətli adamın səviyyəcə özündən qat-qat kiçik adamın ayağına getməyə məcbur olduğu zaman işlədilir.
İslam peyğəmbərinə aid olmasına baxmayaraq bu ifadə xristian ölkələrində də geniş yayılmışdır.
Məsəllər, deyimlər►«Biz (və ya başqaları) bir işi heç vaxt layiqincə və yüksək səviyyədə görə bilmirik» mənasında işlədilən ifadə.
İfadə 1992–1998-ci illərdə Rusiya Federasiyasının baş naziri olmuş Viktor Çernomırdinin (1938–2010) pul islahatı barədə məşhur çıxışından (6 avqust 1993-cü il) sonra geniş yayılmışdır.
1993-cü ilin 24 iyulunda Rusiya Mərkəzi Bankı elan etdi ki, 1961–1992-ci illər arasında dövriyyədə olan pul banknot nümunələri 26 iyul 1993-cü ildən etibarən əhalidən qəbul edilməyəcək. Buna görə də onları 27 iyula kimi yeniləri ilə dəyişmək lazımdır. Mübadilə məhdudiyyəti 35 min rubl (həmin vaxt – təxminən 35 dollar) müəyyən olunmuşdu. Bundan sonra ölkədə kütləvi ajiotaj başlanmışdı. İnsanların təşvişə düşməsini nəzərə alan prezident Boris Yeltsin iki gün sonra sərəncam verdi ki, mübadilə məbləği adambaşına 100 min rubl olsun və mübadilə müddəti 1993-cü ilin avqust ayına kimi uzadılsın.
İfadənin birinci hissəsi olan «Daha yaxşı eləmək istəyirdik...» B.Yeltsin və V.Çernomırdinin dövrü haqqında kitabın adı oldu. Bundan sonra ifadə sürətlə rus danışıq dilinə daxil oldu və əslində, xoş məqsəd güdən, amma heç bir müsbət nəticə verməyən, yaxud mənfi nəticələr verən hərəkətləri bildirmək üçün işlədilməyə başladı.
Əslində, rus ictimai mühitində buna bənzər ifadələrə XIX əsrdə də rast gəlinirdi; məsələn, P.A.Kropotkinin «Fərqli illərin gündəliyi» əsərində belə bir ifadə var: «Cəmiyyətlə münasibətdə hökumətin pis vərdişləri var və o, candərdi, könülsüz hərəkət edir: daha yaxşısını eləmək istəyir, amma həmişəki kimi alınır...» Amma V.Çernomırdinin bu ifadəni hansı mənbədən sitat gətirməsi haqda heç bir sübut yoxdur.
Məsəllər, deyimlər►Bir vəziyyətin digəri ilə əvəzlənməsi, ciddi, ağıllı bir şeyin qısa müddətdə gülməli hala keçməsi ehtimalı haqqında işlədilən ifadə.
İfadənin Fransa imperatoru Napoleon Bonaparta məxsus olduğu iddia edilir.
Bəzi yazılı mənbələrə görə, Fransa imperatoru həmin ifadəni 1812-ci ildə Rusiyada – Moskva ətrafında məğlub olub geriyə qayıdarkən ölkəsinin Varşavadakı səfiri de Pradtuya tez-tez deyərmiş. Səfir isə özünün «Böyük Varşava hersoqluğunda səfirliyin tarixi» (1816) kitabında bu haqda ətraflı yazmışdır.
Bəzi mənbələrə görə, ifadənin ilkin mənbəyi fransız yazıçısı Jan-Fransua Marmontel (1723–1799) hesab edilir. Yazıçıda fikir fərqli şəkildədir: «Ümumiyyətlə, bütün gülməli şeylər dahiliklə əvəzlənir».
Məsəllər, deyimlər►Bir işin müəyyən zamanla, tədricən, yavaş-yavaş başa gəldiyini bildirən ifadə.
İfadә antik ədəbiyyatın nümayəndələrindən biri olmuş Ovidinin (e.ə. 43 – b.e. 17) әsәrlәrindәn qaynaqlanır.
Әslindә, atalar sözü kimi mәşһurlaşaraq bir sıra dillәrә yayılmış bu fikir qәdim yunan mәnbәlәrindә dә özünü göstәrir; mәsәlәn, Lukretsi (e.ə. 99–55) «Şeylәrin tәbiәti һaqqında» poemasında yazmışdır: «Damla daş yonar».
«Әkinçi» qәzetindә dәrc edilmiş (29 mart 1876-cı il) bir yazıda deyilir: «Elm kitablarımız olsa, onları oxurlar vә necә ki su damcı-damcı düşmәk ilә daşı deşәr, habelә o kitabları oxumaqdan elm vә әdәb mürur ilә xalqın könlündә nәqş bağlayıb möhkәmlәnər».
Məsəllər, deyimlər►Daimi qorxu, gərginlik və narahatlığı, insanın başı üzərindәn әskik olmayan tәhlükәni vurğulamaq üçün işlədilən ifadə.
İfadə Siseronun (e.ə. 106–43) bәhs etdiyi qәdim yunan әfsanәsi ilә әlaqәdar yayılmışdır.
E.ə. 405-ci ildə Dionisi adlı sərkərdə yunanların Siciliyada ən mühüm şəhəri olan və çiçəklənmə dövrünü yaşayan Sirakuzanın hökmdarı oldu. Onun hakimiyyəti illərində Sirakuzanın qüdrəti artmaqda davam etdi. 390-cı ildən Dionisi, demək olar ki, bütün Siciliyaya, hətta İtaliya «çəkməsinin» bəzi ərazilərinə də nəzarəti ələ keçirmişdi. O, hökmranlıq etdiyi 40 ilə yaxın dövrdə hakimiyyəti uzun müddət özündə saxlamaq üçün hiylə və fitnə-fəsadlara əl atmışdı; çünki hər bir yunan şəhəri daim üsyan ab-havası ilə yaşayır, inqilablar hakimiyyətdə olanları bir-birinin ardınca taxtdan salırdı. Bu səbəbdən də Dionisi genişşaxəli casus şəbəkəsi yaradaraq bir anlığa belə ehtiyatı əldən vermir, mühafizəçiləri həmişə yanında olur, heç kimə və heç nəyə inanmırdı.
Bir dəfə saray əyanlarından olan Damokl onun şan-şöhrətinə həsəd aparanda Dionisi ona öz hakim kreslosunu təklif edir. Heç olmasa, bir günlüyə də olsa onu əvəz eləməyə razı salır. Damokl razılaşır və axşam ziyafətində masanın yuxarı başında əyləşir.
Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. Yuxarı baxır və başı üzərində sıyrılmış iti qılınc görür. Qılınc bircə tüklə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, bütün axşamı boğazından bir tikə keçmədən, beləcə tərpənməz oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.
Dionisi bununla hər bir hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçdiyini vurğulayır. Buna görə də insanı gözləyən təhlükədən danışarkən onun başına nə vaxt və nələrin gələcəyi haqda bir söz demək mümkün olmayanda «Damokl qılıncı» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►«Yol göstərən», «xilas edən», «dardan qurtaran» mənalarında işlədilən ifadə.
İfadə qütb (dan) ulduzunun adı ilə bağlı yaranmışdır.
Kompasın ixtirasından uzun əsrlər əvvəl insanlar həm dənizdə, həm də səhrada istiqaməti günəş və ulduzların köməyi ilə müəyyən edirdilər. Uzun müşahidələrdən sonra onlar digər ulduzların arasında gündə bir dəfə fərqli vaxtlarda peyda olan və hərəkətsiz bir ulduz görürdülər. Əsasən, səhərə yaxın göründüyündən bu parlaq göy cismini «dan ulduzu» adlandırmağa başladılar.
Demək olar ki, Yerin Şimal qütbünün üzərində yerləşən səma cismini biz indi də «dan ulduzu», yaxud «qütb ulduzu» adlandırırıq, səyyahlar və dənizçilər isə ona «Nicat ulduzu» deyirdilər. Məhz bu tərpənməyən, yerini dəyişməyən ulduzun köməyi ilə istənilən istiqaməti tapmaq daha rahat olurdu.
«Nicat ulduzu» ifadəsinin başqa mənası da var: «məqsədin istiqaməti», «istənilən fəaliyyət və işdə istiqamətin düzgün seçilməsinin əlaməti». Bir xristian əfsanəsində üç münəccim ulduzlara əsasən dünyanın hansısa bir yerində «Allahın oğlu» – İsanın doğulmasından xəbər vermişdi. «Dan ulduzu» ifadəsi bizim günlərdə də insanlara ümid verən, parlaq, xilaskar mənalarında işlədilir.
Məsəllər, deyimlər►Gözəl danışıq nə qədər xoş görünsə də, dinləməyin, susmağı bacarmağın daha məqbul olduğunu bildirən ifadə.
İfadə birbaşa Molla Nəsrəddinlə bağlı lətifədən qaynaqlanmışdır.
Bir gün Molla bazarda tutuquşu satana rast gəlir. Ondan tutuquşunun əlli manata olduğunu öyrənir. Evə qayıdıb hindtoyuğunu tutur və bazara satmağa aparır. Soruşurlar:
– Molla, hindtoyuğunu neçəyə deyirsən?
Deyir:
– Beş yüz manata.
Deyirlər:
– Ay Molla, hindtoyuğu da beş yüz manata olar?
Molla tutuquşunu göstərib deyir:
– O boyda quşu əlli manata satır, heç bir söz demirsiniz. Mən qoyun boyda hindtoyuğunu beş yüz manata deyirəm, hələ bir məni danlayırsınız da… Mənim hindtoyuğum ondan azı bir otuz dəfə böyük olar, ya yox?
Deyirlər ki, o, tutuquşudur, adam kimi danışa bilir. Molla səhv etdiyini anlasa da, özünü o yerə qoymayıb deyir:
– Nə olsun? O danışır, bu da susur. Danışmaq gümüşdürsə, susmaq qızıldır.
Məsəllər, deyimlər►Eyham vurmaq, xəbər yollamaq, nəyəsə işarə etmək, bəzən də sataşmaq.
İfadə qədimdə xalq arasında şevgiliyә daş (sonralar alma) atma adәti ilə bağlı yaranaraq yayılmışdır.
Qədim insanlar daşdan çox müxtәlif mәqsәdlәrlә istifadә etdiklәri kimi, hәm dә bir siqnal, xatırlatma, işarә vasitəsi olaraq faydalanırdılar. Xüsusilә bir-birinə daha mәhrәm olanlar atılan daşın mәnasını daha aydın başa düşürdülәr. «Pәncәrәdәn daş gәlir» adlı mәşhur xalq mahnısında da bu adətin izlәri vardır.
Sevgiliyә daş atma adәti geniş yayılmışdı vә aşağıdakı xalq ifadәsi də bu adәtlә әlaqәdardır.
Ay daş atan bəxtəvər,
Daşın da bir vaxtı var.
Azərbaycanda oğlanın qıza daş atması ilә yanaşı, alma atması adəti dә geniş yayılmışdı. Nağıllarımızda padşahın qızının seçdiyi oğlana alma atması ilə bağlı maraqlı epizodlar vardır.
Məsəllər, deyimlər►«Etibarlı müdafiə olunmaq, güvənli yerdə olmaq» mənasında işlədilən ifadə.
İfadə düşməndən qorunmaq üçün hasarların tikilməsi ilə bağlı yaranmışdır.
Keçmişdə düşmənlərdən qorunmaq üçün şəhərlərin ətrafında qalın hasarlar inşa edirdilər. Daş və kərpicdən tikilən hasarlar xüsusən möhkəm olur, düşmən hücumlarından etibarlı müdafiə olunmağa və uzunmüddətli mühasirəyə tab gətirməyə kömək edirdi.
Zaman keçdikcə ifadə daha geniş məna qazanmağa başladı: dayaq, insanı əlavə çətinliklərdən qoruyan yüksək təbəqə, yaxud hüquqi sənədin himayəsi altında rahat yaşamaq və s.
«Daş hasar arxasında» ifadəsinin sinonimi kimi bu günümüzdə daha çox «himayə altında» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Aldatmaq, kәlәk gәlmәk, fırıldaq yolu ilә qazanc әldә etmәk.
İfadә keçmişdә Azәrbaycanda baqqalların ticarət üsulu ilә әlaqәdar yaranıb, sonralar ümumiləşərək mәcazi mәna kәsb edib.
Baqqalların tәrәzilәri müasir tәrәzilәrdәn çox fәrqli idi. Bu tәrәzilәrin üst hissәsi «baş» adlanırdı (bununla әlaqәdar «tәrәzinin başın(ı) düzәlt» tipli ifadәlәr işlәnir). Yuxarıdakı tәrkibin birinci hissәsi (daş) isә çәki daşını bildirir. Özü dә bu çәki daşı indiki şәkildә metaldan yox, çaylaq daşından olurdu. Avam camaatla alver edәrkәn hiylәgәr baqqallar, adәtәn, tәrәziyә daş qoyur, bu zaman tәrәzinin başını әyir vә bu yolla müştərini çəkidə aldadıb oğurluq edirdilәr.
İfadәnin mәşhurlaşıb yayılmasında sözlәrin daxilәn ahәngdar (hәmqafiyә) olması da mühüm rol oynamışdır.
Məsəllər, deyimlər►İstəməmək, әl çәkmәk, tərgitmәk, boşlamaq, yaxa qurtarmaq.
İfadә qәdim adәt vә tәsәvvürlәrlә әlaqәdardır.
Vaxtilə arvad boşayan kişilәr bir neçә daş (adәtәn, üç) götürәr, «nikaһım boş olsun» deyib istәnilәn istiqamətə atardılar. Bununla da nikah pozulmuş hesab olunardı.
Çox qәdim ibtidai tәsәvvürә görә, insanların ruhu daşlara keçir vә daşlar insanın özünü tamamilә әvәz edə bilirdi. Hәr kәsin bir daşı var imiş («Daşım başına düşsün» qarğış ifadәsi, «Daşı ağır olmaq» da bununla әlaqәdardır). Bu daşlar da bütün canlılar kimi hәyat sürür, yaşayır, hərәkәt edir, hәm dә müәyyәn vaxtda insana çevrilә bilir. Daşını atmaqla sanki bu daşın sahibi olan adamı da atır, özlәrindәn uzaqlaşdırırdılar.
Məsəllər, deyimlər►Mәhv etmәk, viran qoymaq, әsasından dağıtmaq, altını üstünә çevirmәk, xarabazara çevirmək, rəqibinə heç bir şans verməmək.
İfadә «İncil»dәn qaynaqlanaraq dünyanın bir sıra dillərində yayılmışdır.
Dini rәvayәtlərә görә, İsa peyğәmbәr Yerusәlimin mәһv olacağını әvvәlcәdәn xәbәr vermiş, onun dәbdәbәli tikililәrinə әli ilә işarә edәrәk demişdi: «O nәhәng binaları görürsәnmi? Bunlar hamısı elә dağılacaq ki, daşı daş üstә qalmayacaq».
Müasir dövrdә bu ifadә dini mәnadan uzaqlaşıb real, dünyәvi mәna kәsb etmişdir. Hərbi yürüşlər zamanı şəhərlərin dağıdılıb viran qoyulması daha çox bu ifadə ilə bildirilib.
Dilimizdə bu frazeoloji birləşməyə uyğun gələn «altını üstünә çevirmәk», «xarabazara çevirmək», «kor qoymaq» və s. ifadələr də işlənir.
Məsəllər, deyimlər►Öldürmәk, daşa basmaq, gözdən salmaq, ciddi cəzalandırmaq, qovub uzaqlaşdırmaq.
İfadə qədim insanların daşa, onun sehrli və təmizləyici qüvvəsinə olan etiqadı ilə bağlı yaranaraq yayılmışdır.
Qәdim insanlar daşa etiqad edir, onun sehrli qüvvәsinə inanırdılar. Tәsadüfi deyil ki, bir sıra dinlәrdə günaһkarın daşqalaq edilmәsi tәlәb olunur. Bu adət qәdim Şәrqdә geniş yayılmışdı vә bəzi islam ölkələrində son dövrlərədək yaşamaqda idi. «Quran»da şeytan (qәdim yәһudilәr buna «Şatana» deyirdilәr), adәtәn, «Rәcim» adlanır ki, bu, daşqalaq edilmәk, daşa basılmaq mәnasındadır.
Eһtimal ki, qәdimdә daşın tәmizlәyici, saflaşdırıcı qüvvәsinә olan etiqad һәmin daşqalaq etmәk adәtini doğurmuşdur.
Qədimdә bəzi xalqlarda müəyyәn cinayәt işlәmiş bir şәxsi daşa basıb öldürərdilәr. Cәza yerinә yığılmış adamlar caniyә daş atardılar. Birinci daşı isə, adәtәn, şahidlәr atmalı idilər.
Məsəllər, deyimlər►Əsl məqsəd və niyyətini gizlədərək haray-həşir salmağı, istəyinə çatdıqdan sonra isə sakitləşməyi bildirən ifadə.
Bu məsəl Molla Nəsrəddinin bir lətifəsi ilə bağlıdır.
Gecələrin birində Mollanın evinin qabağında hay-küy düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb küçəyə çıxır ki, görsün nə olub. Qarışıqlıqda kimsə yorğanı onun çiynindən çəkib götürür. Qaranlıq olduğu üçün Molla yorğanın hara aparıldığını görmür. Ora yorğan, bura yorğan, «gördüm» deyən olmur. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
– A kişi, nə hay-küy idi, nə dava idi bayırda?
Molla soyuqqanlıqla deyir:
– Başa düşmədim, deyəsən, dava bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.
Məsəllər, deyimlər