Reklam
Reklam

Məsəllər, deyimlər

DAŞ ATMAQ

►Eyham vurmaq, xəbər yollamaq, nəyəsə işarə etmək, bəzən də sataşmaq.

İfadə qədimdə xalq arasında şevgiliyә daş (sonralar alma) atma adәti ilə bağlı yaranaraq yayılmışdır.

Qədim insanlar daşdan çox müxtәlif mәqsәdlәrlә istifadә etdiklәri kimi, hәm dә bir siqnal, xatırlatma, işarә vasitəsi olaraq faydalanırdılar. Xüsusilә bir-birinə daha mәhrәm olanlar atılan daşın mәnasını daha aydın başa düşürdülәr. «Pәncәrәdәn daş gәlir» adlı mәşhur xalq mahnısında da bu adətin izlәri vardır.

Sevgiliyә daş atma adәti geniş yayılmışdı vә aşağıdakı xalq ifadәsi də bu adәtlә әlaqәdardır.

Ay daş atan bəxtəvər,

Daşın da bir vaxtı var.

Azərbaycanda oğlanın qıza daş atması ilә yanaşı, alma atması adəti dә geniş yayılmışdı. Nağıllarımızda padşahın qızının seçdiyi oğlana alma atması ilə bağlı maraqlı epizodlar vardır.

Məsəllər, deyimlər