►İstəməmək, әl çәkmәk, tərgitmәk, boşlamaq, yaxa qurtarmaq.
İfadә qәdim adәt vә tәsәvvürlәrlә әlaqәdardır.
Vaxtilə arvad boşayan kişilәr bir neçә daş (adәtәn, üç) götürәr, «nikaһım boş olsun» deyib istәnilәn istiqamətə atardılar. Bununla da nikah pozulmuş hesab olunardı.
Çox qәdim ibtidai tәsәvvürә görә, insanların ruhu daşlara keçir vә daşlar insanın özünü tamamilә әvәz edə bilirdi. Hәr kәsin bir daşı var imiş («Daşım başına düşsün» qarğış ifadәsi, «Daşı ağır olmaq» da bununla әlaqәdardır). Bu daşlar da bütün canlılar kimi hәyat sürür, yaşayır, hərәkәt edir, hәm dә müәyyәn vaxtda insana çevrilә bilir. Daşını atmaqla sanki bu daşın sahibi olan adamı da atır, özlәrindәn uzaqlaşdırırdılar.
Məsəllər, deyimlər