yun. barbaros – yadelli
İstifadəsi yolverilməz hesab edilən əcnəbi söz və ya ifadə.
Alınma sözlərdən fərqli olaraq V. dilin təmizliyinə xələl gətirən, onun lüğət ehtiyatına daxil olmayan ünsür hesab edilir. V.-lər təkcə söz və ifadələrdən ibarət olmur. Müəyyən şəkilçilər, köməkçi nitq hissələri, yaxud başqa dilin fonetik xüsusiyyətlərinə uyğun tələffüz forması da V. sayılır. V.-ləri dilin özündə mövcud olan ifadələrlə asanlıqla əvəz etmək mümkündür. V.-lərdən ədəbiyyatda, jurnalistikada yalnız xüsusi kolorit, yaxud komik effekt yaratmaq məqsədilə və ya müəyyən tarixi dövrün dilini xarakterizə etmək üçün istifadə oluna bilər: “Yoldaşlar, bircə spokoys olun, qoy sözünü desin qurtarsın” (C.Cabbarlı). “Sizin dövrünüzdə bu cürmü günah, / Bilmədim, nə oldu, olduq vinovat” (Q.Zakir).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKainatın yaradıcısı olan Allahın həqiqi varlıq olub bütün yaradılmışların onun təcəllisi olduğunu qəbul edən yanaşma.
Təsəvvüfün başlanğıc nöqtəsi kimi düşünülən bu fəlsəfi cərəyanın Hindistanda yarandığı ehtimal olunur. Daha sonra Şərq və Avropa ədəbiyyatına yayılıb. V-V. “varlığın birliyi” və “varlıqda birlik” mənasında işlənən təsəvvuf termini, Tanrı-aləm-insan əlaqələrini izah edən düşüncə sistemidir. Bu düşüncə Muhyiddin İbn Ərəbi tərəfindən sistemləşdirilib. V-V. əqidəsində tək varlıq olaraq Allah qəbul edilir, bunun xaricindəki varlıqlar isə Allahın təzahür və təcəllisi hesab edilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik şeirdə qafiyə elementi: qafiyə yaradan sözdə rəviyə birləşən ilk hərf.
Məsələn:
Bu günləri kim qəm içrə zarəm,
Hicran ələmiylə biqərarəm.
Tədbir ilə döndərib məzacın,
Sövdasının eyləsin əlacın. (M.Füzuli)
Birinci beytdə “zarəm” və “biqərarəm” qafiyəsində “r” samiti rəvi, “m” samiti isə V.-dir. İkinci beytdəki “məzacın” və “əlacın” qafiyə sözlərində isə “c” samiti rəvi, “n” samiti V.-dir. Onlar bir-biri ilə qısa sait səs (hərəkə) vasitəsilə əlaqələndirilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMarksist ədəbiyyatda ictimai şüur formalarının (fəlsəfənin, ədəbiyyatın, incəsənətin) müstəsna olaraq müəyyən bir sinfin mənafelərinin ifadəçisi kimi təqdim edilməsi.
V.S. üçün ictimai hadisələrin bəsitləşdirilmiş izahı, ictimai inkişafın ayrı-ayrı faktorlarının (texnika, istehsalatın təşkilat formaları, iqtisadiyyat, siyasət, ideologiya) birtərəfli qaydada şişirdilməsi xasdır. İnsanın traktovkasında V.S. özünü onun bioloji təbiətinin nəzərə alınmamasında büruzə verir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnsanın, mənəvi dəyər, hadisə və predmetlərin bədii dillə müsbət şəkildə ifadəsi; tərənnüm.
İnsan gözәlliyinin, yaxud müәyyәn bir әşyanın qeyri-adi, bәdii ifadәlәrlә, məcazlar vasitәsilә tәsviridir. Klassik ədəbiyyatda insan gözəlliyi ilə bərabər, onun hünəri, bacarığı, ədaləti və s. V. edilirdi. Saray ədəbiyyatı daha çox hökmdarların V.-i üzərində qurulub. V. bir çox qəsidələrin tәrkib hissәsi olub. Mәsәlәn, hökmdarın tərifinә hәsr olunmuş qәsidәdә onun atının, qılıncının, tacının, üzüyünün, yaxud simasının, boy-buxununun V.-i verilirdi. İstər şifahi, istərsə də yazılı ədəbiyyatda V. daha çox məhəbbət əsərlərində özünü göstərir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti