Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

vulqar sosiologizm

Marksist ədəbiyyatda ictimai şüur formalarının (fəlsəfənin, ədəbiyyatın, incəsənətin) müstəsna olaraq müəyyən bir sinfin mənafelərinin ifadəçisi kimi təqdim edilməsi.

V.S. üçün ictimai hadisələrin bəsitləşdirilmiş izahı, ictimai inkişafın ayrı-ayrı faktorlarının (texnika, istehsalatın təşkilat formaları, iqtisadiyyat, siyasət, ideologiya) birtərəfli qaydada şişirdilməsi xasdır. İnsanın traktovkasında V.S. özünü onun bioloji təbiətinin nəzərə alınmamasında büruzə verir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti