Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai təsir

Sosial qrupların, ictimai insti­tutların həyata keçirdiyi hüquqi tərbiyə, xəbərdarlıq tədbirləri kompleksi.

İ.T. – ictimai rəyə, ictimaiyyətin təşkilati və tər­biyəvi iş sisteminə əsaslanır. Belə tədbirlər şəxslərin davranışının ziyanlı və xeyirli tə­rəflərini onlara izah etməkdən, müəyyən hərəkətlərə kollektivin adından münasibət bildirməkdən, qaydanı pozanlar üzərində ictimai nəzarəti artırmaqdan və s.-dən iba­rətdir. İ.T. iclaslarda müzakirələr, mət­bu­atda çı­xışlar, tənqid, hamilik kimi üsullarla həyata keçirilir.

Jurnalistika terminləri lüğəti

fonoqram

yun. phone – səs + yun. gram­ma – yazı

1. Üzərində kodlu səs siq­nal­ları (nitqin, musiqinin və s.) həkk olun­­muş maddi daşıyıcı.

Səsin yazılış üsulundan asılı olaraq F.-ın mexaniki (plastmas disk­lər), maqnit (maqnit lentləri), optik (optik disklər) və bu kimi növləri var.

2. Maddi daşı­yıcı üzərində həkk olunmuş kodlu səs siqnalları. 

3. Müəllif hüququnda: ifaların və ya digər səslərin müstəsna ola­raq səsli ya­zılması.

Müvafiq normativ aktlarda F. isteh­salçısının statusu, F.-lardan kom­mer­siya məqsədləri ilə istifadə qay­daları mü­əy­­yən­ləşdirilir. F. anlayışının qanunda ve­­­­rilmiş izahında «müstəsna» ifa­dəsinin işlədilməsi o deməkdir ki, mə­sələn, optik disklərdə çoxaldılaraq satışa çıxarılan səs yazısı ilə filmin, hər hansı əsə­rin ayrılmaz hissəsi olan səs yazısı müxtəlif hüquqi rejimlərdə qorunur.

See also:

Jurnalistika terminləri lüğəti

ictimai yayım prinsipləri

İctimai yayım xidmətinin mahiyyətindən irəli gələn əsas qaydaların məcmusu.

Azərbaycan qa­nunvericiliyinə görə, ictimai yayımın doq­quz başlıca prinsipi var: müstəqillik; in­­­­­for­­masiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü; plüralizm və dözümlülük; açıq siyasi maraqlardan uzaqlaşma; ümumi maraqların uzlaşdırılması və təmin edilməsi; milli özünüdərkin inkişaf etdi­ril­məsi; universallıq; rəngarənglik; başqa­la­rından fərqlənmə.

See also:

Jurnalistika terminləri lüğəti

ictimai yayım şurası

İctimai yayımçının səlahiyyətlərini həyata keçirən, onun proq­ramlarının qanunda göstərilən meyarlara, peşə və texniki standartlara uyğun ha­zır­lanmasına nəzarət edən orqan.

İ.Y.Ş. ­ic­timai yayımçının nizamnaməsini, əsas­na­məsini, proqram strategiyası və siyasətini, vəzifə təlimatları və tənzimləyici nor­ma­larını, büdcəsini və illik hesabatını təs­diq edir, rəhbərlərini seçir, texniki ava­­danlığın və yayımın keyfiyyət standart­larını mü­əyyənləşdirir, verilişlərin monitorinqini keçirir və s. Şura öz fəaliyyəti barədə hər ilin sonunda ictimaiyyətə hesabat verir. İ.Y.Ş.-nın üzvləri Elmlər Akademiyası, Mət­buat Şurası, Sahibkarlar Şurası, gənclər ­təş­kilatları, qadın cəmiyyətləri, idman fe­de­rasiyaları, dini konfessiyalar və yara­dı­cılıq təşkilatları nümayəndələri arasından parlament tərəfindən seçilir.

See also:

Jurnalistika terminləri lüğəti

ictimai yayımçı

İctimai yayımı kənar mü­daxilə olmadan müstəqil surətdə həyata keçirən teleradio şirkəti.

İ.Y. verilişlərinin forma və məzmununu özü müəyyən edir, əmlakı üzərində sahiblik, istifadə və sə­rən­cam hüququna malikdir.

See also:

Jurnalistika terminləri lüğəti

fonoqram nüsxəsi

yun. phone – səs + yun. gramma – yazı

Fonoqramda ya­zıl­mış səslərin hamısının və ya bir hissəsinin bilavasitə və ya dolayısı ilə hər hansı maddi daşıyıcıya köçürülmüş surəti.

See also:

Jurnalistika terminləri lüğəti