Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai yayım

Əsas məqsədi cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin ümu­mi maraqlarını təmin etmək, söz və fikir azadlığına töhfə vermək, müxtəlif baxış və əqidələri əks etdirmək olan teleradio ya­yımı növü.

İ.Y. xidmətinin qarşı­sında düzgün məzmunlu, tarazlaşdırılmış infor­ma­siyaları əhaliyə yüksək texniki və keyfiyyət standartlarına uyğun şəkildə çatdırmaq vəzifəsi durur. İ.Y. xidmətinin təşkili, prin­sipləri, statusu, idarəçilik for­ması, maliyyə­ləşdirilmə qaydaları qanunla müəyyən edilir. Dünyada müxtəlif (Ame­rika, BBC, Skandinaviya və s.) İ.Y. modelləri mövcuddur. Bu modellərdən asılı olmayaraq İ.Y. xidməti xalqı maarif­ləndirən, cəmiyyətdə demokratiya və fikir plüra­lizmini inkişaf etdirən, milli və bəşəri də­yərləri yaşadan müstəqil dövlət təsisatı hesab olunur.

See also:

Jurnalistika terminləri lüğəti