Dövlət və ictimai xidmət orqanlarında baş verən və gizli saxlanılan qanun pozuntuları, haqsızlıqlar barədə həmin qurumların daxilindən mediaya informasiya ötürən şəxs.
F.-ların sızdırdıqları informasiya yayıldıqdan sonra onlar, adətən, işlədikləri qurumlarda təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırlar. Lakin F.-ların məqsədi ictimai diqqəti pozuntulara cəlb etməkdir. Buna görə də onlar bir çox ölkələrdə hüquqi müdafiə ilə təmin olunurlar; məsələn, ABŞ-da 1989-cu ildə qəbul edilmiş, 2007-ci ildə yenilənmiş «Fitçalanların müdafiəsi haqqında» xüsusi qanun fəaliyyət göstərir.
See also:
Jurnalistika terminləri lüğəti1. Cəmiyyət üçün müəyyən dəyər daşıma; ictimai məzmuna, mahiyyət və mənaya malik olma.
Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına görə, material İ.Ə. kateqoriyasına üç halda aid edilir: sağlamlıq və təhlükəsizliyin qorunması ilə əlaqədardırsa; ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiəsi üçün zəruridirsə və ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsinin qarşısını alırsa. İ.Ə.-li informasiyanın əldə edilməsi üçün digər imkanlar mövcud olmadıqda xüsusi avadanlıqlardan istifadə mümkün sayılır.
2. Hər hansı hadisənin gərginliyini yaşayan insanların həmin hadisəyə, yaxud fakta ümumi dəyərlər baxımından verdikləri əhəmiyyət, qiymət.
Etnik, dini ayrı-seçkiliyə məruz qalmış adam bu faktı aid olduğu sosial qrupun ortaq dəyərlərindən çıxış edərək qavrayır və s.
See also:
Jurnalistika terminləri lüğətiing. flash – alovlanma, an
Hər hansı əhəmiyyətli hadisə barədə və ya jurnalistin həmin hadisə yerindən göndərdiyi təcili, qısa xəbər.
Adətən, F-X. anonsa çıxarılır, xüsusi işarələrlə, məsələn, formaca partlayışı xatırladan haşiyə ilə digər materiallardan fərqləndirilir.
See also:
Jurnalistika terminləri lüğətiƏsas məqsədi dövlət orqanları və ictimai funksiyalar yerinə yetirən təşkilatların qərarlarının siyasi, iqtisadi və sosial həyat üçün əhəmiyyəti, gözlənilən nəticələri barədə cəmiyyəti məlumatlandırmaqdan, qarşılıqlı ünsiyyət yaratmaqdan ibarət fəaliyyət növü.
İ.Ə. bir tərəfdən dövlət və qeyri-hökumət strukturları, kommersiya təşkilatları, digər tərəfdən isə cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə xidmət edir. Mahiyyətcə eyni olan İ.Ə. və «pablik rileyşnz» terminləri Azərbaycan dilində praktik istifadədə fərqli məna çalarlarına malikdir. «Pablik rileyşnz» («piar») daha çox birtərəfli təsir forması, İ.Ə. isə dialoq kimi başa düşülür. Məhz buna görə, məsələn, «qara piar» anlayışı mövcuddur, «qara İ.Ə.» isə deyilmir.
Jurnalistika terminləri lüğətiing. flash – alovlanma, an + fr. carte – menyu
Rəqəmsal informasiyanın yazılması və saxlanması üçün elektron yaddaş qurğusu.
F-K.-lardan foto və videokameralarda, mobil telefonlarda, kompüterlərdə, digər elektron cihazlarda geniş istifadə olunur; məsələn, rəqəmsal fotoaparatlarda onlar lenti əvəz edir.
Jurnalistika terminləri lüğətiİnsanı əhatə edən maddi və mənəvi aləm, cəmiyyət; bir-biri ilə qarşılıqlı əlaqədə və vəhdətdə olan hadisələrin, proseslərin məcmusu.
Sosiologiya elmi İ.H. anlayışını sözün geniş mənasında «cəmiyyət» məfhumunun sinonimi kimi izah edir və jurnalistikanı İ.H.-ın dinamik sahələrindən biri kimi nəzərdən keçirir. Jurnalistikanın sosiologiyasında isə media məhsulu İ.H.-ı dərk etməyin mühüm mənbəyi olaraq araşdırılır.
Jurnalistika terminləri lüğətiing. flash – alovlanma, an + ing. mob – kütlə
Bir qrup insanın gözlənilmədən ictimai yerdə toplaşaraq qısa müddət ərzində həyata keçirdiyi və cəld dağılışdığı qeyri-adi aksiya.
F. smartmobun növlərindən biridir. O, əvvəlcədən planlaşdırılır, iştirakçılar, əsasən, sosial şəbəkələr, telekommunikasiya vasitələri ilə əlaqə saxlayaraq toplantının vaxtı, yeri və ssenarisini razılaşdırırlar. F. ictimaiyyətin diqqətini hər hansı problemə (məsələn, mətbuat azadlığı, kitaba maraq, zorakılığa etiraz və s.) cəlb etmək məqsədilə, yaxud bir qrup şəxsin özünüifadə forması kimi həyata keçirilə bilər. İlk F. 2003-cü il iyunun 17-də Nyu-Yorkda Harper`s Magazine jurnalının redaktoru Bill Vasik tərəfindən təşkil olunub. 150–200 nəfər böyük univermağın xalça şöbəsində toplaşaraq şəhərkənarı anbarda bir yerdə yaşadıqlarını və «məhəbbət xalçası» almağa gəldiklərini deyib. Qısa müddətdə F.-lar dalğası Amerika və Avropanı bürüyüb. “Ginnesin rekordlar kitabı”na düşmüş ən böyük F. 2009-cu ildə Çikaqoda 21 min adamın iştirakı ilə keçirilib. F. termininə hələ XIX əsrdə Avstraliyada rast gəlinir. Burada qısa jarqon ifadələrlə danışan qadın məhbusların dilini fləş dil, özlərini fləşmob adlandırıblar. Müasir anlamda isə termin ilk dəfə Vasikin tədbirinin ardınca sosial şəbəkələrdə işlədilib və bir ildən sonra «qeyri-adi və mənasız aksiya» izahı ilə Oksford lüğətlərinə salınıb. “Yeni minilliyin Vebster lüğəti”ndə F. «internetdə təşkil olunan və ictimai yerdə toplaşaraq qəribə aksiya həyata keçirən, tez də dağılışan insan qrupu» kimi təfsir edilib. Media isə terminin əhatə dairəsini genişləndirərək onu məqsədli, o cümlədən siyasi xarakter daşıyan çevik aksiyalara da aid edib və beləliklə, F. termininin indiki anlamı formalaşıb.
See also:
Jurnalistika terminləri lüğəti1. Qanunlarla və ya digər normativ-hüquqi aktlarla müəyyənləşdirilmiş ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər.
İ.İ.-nın sahibləri onu internet resurslarında, KİV-də yerləşdirməli, müvafiq mərkəzlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə açıqlamalıdırlar.
2. İctimai əhəmiyyət kəsb edən və əhaliyə açıqlanmalı olan istənilən məlumat.
See also:
Jurnalistika terminləri lüğətiing. Frequency Modulation – tezlik modulyasiyası
İnformasiya siqnalını daşıyan dalğanın rəqs amplitudasının sabitləşdirildiyi yüksəktutumlu tezlik modulyasiyası.
Modulyasiya (dəyişdirilmə) məhz daşıyıcı dalğa tezliyinin informasiya siqnalı vasitəsilə lazımi səviyyədə sabit saxlanılmasından və bununla da onun tutumunun artırılmasından ibarətdir. Nəticədə radio yayımını dalğalar bir-birinə qarışmadan fərqli tezliklərdə həyata keçirmək olur.
See also:
Jurnalistika terminləri lüğəti